Şıxzahırlı
Şıxzahırlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.
Şıxzahırlı | |
---|---|
40°28′42″ şm. e. 49°01′25″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qobustan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
Kəndin adı Şeyx Zahir adlı şəxsin adı ilə bağlansa da buna heç bir sübut yoxdur. Kənd sakinləri söyləyirlər ki şəcərələrimizdə və keçmişimizdə belə adda şəxs olmamışdır. Kənd müxtəlif tayfaların birləşib elatlaşması nəticəsində bundan 150 il əvvəl yaranıb .Şıxzərli adında Şamaxıda bir küçə də olmuşdur.Həmçinin Qobustan rayonu Sündü kəndi yaxınlığında yerləşən Şıxzərli yurdu var. Arxivlərdə Şirvan xanlığı dağılanda Qəbristan mahalında Şıx zahirli çul və Şıx zahirli şəkər adlı obaların adları çəkilir . Kənd əhalisi vaxtı ilə köçəri və yarım köçəri həyat tərzi keçirib. İndi bu ənənəni dəvam etdirillər. Etnik olaraq Azərbaycanlılardır. Kəndin bir çox adlı sanlı Aşıq , Muğam üzrə ustad yetirmələri vardır. Bu səbəbdən bu kəndə "Şirvanın Səyyar Konservatoriyası" da deyilir.
Toponimikası
Şıxzayırlı oyk, düz. Qobustan r-nunun Dərəkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndin adını Şeyx Zahir şəxs adı ilə bağlılığı güman edilir. 1917-ci il kəndin adı Şıxcəyirli kimi qeydə alınmışdır. Şamaxı r-nunda Cəyirli kəndinin olması bu variantın doğruluğunu göstərir.
Şıxzərli Kurqanı
Kurqan kəndin yaxınlığında yerləşir .Tarixi ilk orta əsrlərə gedib çıxır. Kurqanın albanlara aid olduğu güman edilir.
Şıxzərli palçıq vulkanı
Bakıdan 120 km şimal-qərbdə, Şıxzahırlı kəndinin əsas girişində yerləşir. Ardıcıl olaraq 6—7 ildən bir aktivləşir və püskürmə baş verir .
Din
Kənddə Şıxzahırlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1658 nəfər əhali yaşayır.
Tanınmışları
- Musaxan Güləliyev
- Aşıq Abbas Musaxanoğlu.
- Aşıq Mahmud Ələsgəroğlu
- Aşıq Əvəzxan Xankişiyev
- Altay Niftaliyev—Tarzən.
- Zabit Nəbizadə
- Abuzər Güləliyev
- Aşıq Əvəz Fərmanoğlu
- Aşıq Vüqar Mahmudoğlu
- Aşıq Rza Qobustanlı
- Aşıq İslam Rza oğlu
- Abgül Mirzəliyev
- Aşıq Ağaxan Talışxan oğlu
- Mirağa Niftəliyev
- Elbrus Niftəliyev
- Anar Niftəliyev
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (azərb.)
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qobustan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |