İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973)
"İtalyanların Rusiyada ağlasıgmaz macəraları (rus. Невероятные приключения итальянцев в России; it. Una matta, matta, matta corsa in Russia) — rejissor Eldar Ryazanov və Franko Prosperinin filmi.
İtalyanların Rusiyada ağlasığmaz macəraları | |
---|---|
rus. Невероятно приключения итальянцев в России | |
Janr | Komediya |
Rejissor | Eldar Ryazanov |
Prodüser | Dino de Laurentis |
Ssenari müəllifləri | Emil Braginski Eldar Ryazanov Franko Kastellano Cüzeppe Mokkya |
Baş rollarda | Andrey Mironov Antonia Santilli |
Operatorlar | Mixail Biç Qabor Poqani |
Bəstəkar | Karlo Rustikelli |
İstehsalçılar | "Mosfilm" kinostudiyası Dino de Laurentiis Cinematografica |
İlk baxış tarixi | 1974 |
Filmin növü | bədii film |
Rəng | rəngli |
Müddət | 98 dəqiqə |
Ölkələr | SSRİ İtaliya |
Dillər | rus dili, italyan dili |
İl | 1973 |
IMDb | ID 0070439 |
Məzmunu
Romanın 93 nömrəli xəstəxanasında bir rus emiqrantı can verir. Bu zaman Olqa adlı nəvəsinə (Antonia Santilli) vəsiyyət edir ki, onun Leninqradda şirin altında 9 milyard italyan lirəsi dəyərində xəzinəsi var. Bu vəsiyyəti onun nəvəsi ilə yanaşı həkimlər Antonio və Cüzeppe, habelə kapitan Andrey Vasilyev (Andrey Mironov), Rozario Aqro eşidir və Leninqrada xəzinənin ardınca gedirlər. Və bununla da italyanların Rusiyada ağlasığmaz macəraları başlayır...
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifləri : Emil Braginski, Eldar Ryazanov
- Quruluşçu rejissor : Eldar Ryazanov, Franko Prosperi
- Prodüser : Dino de Laurentis
- Operatorlar :Qabor Poqani, Mixail Biç
- Bəstəkar : Karlo Rustikelli
- Səs operatoru : Yuri Mixaylov
Rollarda
- Andrey Mironov – kapitan Andrey Vasilyev
- Antonia Santilli – Olqa
- Ninetto Davoli – Cüzeppe
- Aligiero Noskeze – Antonio Lomaçse
- Tano Çimarova – Rozario Aqro
- Yevgeni Yevstiqneyev – italiyalı
- Olqa Arosyeva – Andrey Vasilyevin anası
- Eldar Ryazanov – həkim
- Kinq – şir
Filmi izlə
İtalyanlarin Rusiyada aglasigmaz macəraları — azərbaycan dilində 2017-01-04 at the Wayback Machine
İtalyanların Rusiyada ağlasığmaz macəraları — rus dilində