İrfan Kahveçi
İrfan Can Kahveci — Türkiyəli futbolçu. Türkiə Super Liqasında mübarizə aparan Fənərbaxça klubunun və Türkiyə milli komandasının mərkəz yarımmüdafiəçisi.
İrfan Kahveçi | |
---|---|
türk. İrfan Kahveci | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1995 (26 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 175 sm |
Çəkisi | 71 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Klub haqqında məlumat | |
Klub |
Klub karyerası
Gənclərbirliyi
Gənclərbirliyi klubunun yetirməsidir. Gənclərbirliyi klubunun gənclər heyətində oynadıqdan sonra 2014–15 mövsümündə əsas komandada debüt edir.
Türkiyə Super Liqasında ilk qolunu, 9 Noyabr 2014 tarixində "Kasımpaşa" klubuna qarşı oyunda vurur. Debüt mövsümündə ümumi 30 oyunda meydana çıxıb 6 qol vurur.
"Gənclərbirliyi"ndə keçirdiyi ikinci mövsumdə, bütün yarışlarda 33 oyunda meydanda olub 3 dəfə qol ilə fərqlənir.
İstanbul Başakşehir
26 dekabr 2016-cı ildə Kahveci, İstanbul Başakşehir ilə 4,5 illik müqavilə imzalayır.
Futbolçu 2 dekabr 2020-ci ildə UEFA Çempionlar Liqasında RB Leypsiqə qarşı het-trik edir. Lakin komandası oyunda 3–4 hesabı ilə məğlub olur. Bu het-trik ilə o, Ronaldo və Qaret Beyldən sonra Çempionlar Liqasında komandası məğlub olsada het-trik edən üçüncü futbolçu olur.
Fənərbaxça
31 yanvar 2021-ci ildə Fənərbaxça klubu, öz rəsmi Twitter hesabında Kahveçinin komandaya qoşulduğunu elan edir. Futbolçu Fənərbaxça ilə 7 milyon avro qarşılığında dörd il yarımlıq müqavilə imzalayır.
Milli komanda karyerası
Futbolçunun Türkiyə Milli komandasına ilk dəvəti, 1 avqust 2016-cı ildə Rusiya millisinə qarşı yoldaşlıq göruşundə olur.. Futbolçunu debüt oyunu isə, 23 mart 2018-ci ildə milli komandada ilk oyununa İrlandiyaya qarşı oyunda olur.
Titulları
İstanbul Başakşehir
Çempionluq
- Super Liqa : 2019–20
İstinadlar
- Irfan Can Kahveci // Transfermarkt (çd.) — 2000.
- İrfan Kahveci // FBref.com (çd.)
- http://www.sabah.com.tr/spor/futbol/2016/12/26/irfan-can-kahveci-resmen-basaksehirde (#empty_citation)
- https://www.cbssports.com/soccer/news/rb-leipzig-vs-istanbul-basaksehir-score-german-side-wins-seven-goal-thriller/ (#empty_citation)
- https://www.uefa.com/uefachampionsleague/news/0257-0e99f0d0d91b-eb0f4ba7a8f7-1000--champions-league-hat-tricks-the-full-lowdown/ (#empty_citation)
- "Ailemize hoş geldin İrfan Can Kahveci" (Tweet). Missing or empty |user= (help); Missing or empty |number= (help); Missing or empty |date= (help)
- https://www.fenerbahce.org/haberler/futbol/2021-tr/2/irfan-can-kahveci-fenerbahcemizde (#empty_citation)
- https://www.kap.org.tr/en/Bildirim/906610 (#empty_citation)
- http://spor.haber7.com/milli-takim/haber/2095678-fatih-terimden-surpriz-kadro
- https://eu-football.info/_match.php?id=15425
- https://www.dailysabah.com/sports/football/istanbuls-medipol-basaksehir-wins-first-ever-turkish-super-lig-title (#empty_citation)