Keşlə FK
"Keşlə" Futbol Klubu — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu, (2008 və 2010) və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibi.
Keşlə FK | |
---|---|
Klubun tam adı | Keşlə Futbol Klubu |
Ölkə | Azərbaycan |
Ləqəb(lər) | Bankirlər |
Rəng(lər) | ağ-qırmızı |
Yaranma tarixi | 1997 ) |
Stadionu | ASK Arena |
Tutumu | 8.125 |
Prezidenti | Zaur Axundov |
Baş məşqçisi | Sənan Qurbanov |
Liqa | Premyer liqa |
2020/2021 | 6 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Komandanın tarixi
"Keşlə" futbol komandasının tarixi 1997-ci ildən başlayır. 2004-cü ilə kimi "Xəzər Universiteti", 2017-ci ilə dək isə "İnter" adını daşıyıb, 28 oktyabr 2017-ci ildən bəri "Keşlə" adlanır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.
Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.
- Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:- ) və 2:1.
- İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlanыdiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.
Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı.2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də,yekun cədvəlində 7-ci pillə ilə kifayətlənib. 14 – cü Milli cempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəlində 4 – cü yerdən yuxarı qalxa bilməmişdir.Gənc komanda olmasına baxmayaraq, 2007-2008-ci il mövsümündə ölkə çempionu olub. Ötən çempionatdasa 2-ci yeri tutub. 2009-2010-cu il mövsümündə ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur.
2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb.
Liqa və kubok tarixi
Mövsüm | Liqa | Azərbaycan kuboku | Bombardir | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Div. | Yer | Oy. | Q | H | M | VQ | BQ | X | Adı | Liqa | |||
1999-00 | 1 | 11 | 22 | 5 | 3 | 14 | 19 | 41 | 18 | 1/8 Final | Samir Ələkbərov | 7 | |
2000–01 | 1 | 7 | 20 | 9 | 2 | 9 | 26 | 38 | 29 | 1/8 Final | Ramin Nəsibov | 8 | |
2003-2004 | 1 | 4 | 26 | 15 | 6 | 5 | 43 | 16 | 51 | 1/8 Final | A. Soxadze | 6 | |
2004-2005 | 1 | 7 | 34 | 19 | 9 | 6 | 44 | 24 | 66 | Finalçı | Elşən Məmmədov | 10 | |
2005-2006 | 1 | 4 | 26 | 14 | 8 | 4 | 35 | 14 | 50 | 1/4 Final | Idahor | 6 | |
2006-2007 | 1 | 4 | 24 | 13 | 6 | 5 | 36 | 12 | 45 | Yarımfinal | Samir Əliyev | 6 | |
2007-2008 | 1 | 1 | 26 | 18 | 4 | 4 | 55 | 18 | 58 | Finalçı | Xəqani Məmmədov | 19 | |
2008-2009 | 1 | 2 | 26 | 18 | 7 | 1 | 54 | 16 | 61 | Finalçı | Valter Quqlielmone | 17 | |
2009–10 | 1 | 1 | 32 | 22 | 12 | 8 | 58 | 37 | 78 | Yarımfinal | Robertas Poşkus | 12 | |
2010–11 | 1 | 5 | 32 | 13 | 10 | 9 | 29 | 24 | 49 | Finalçı | Robertas Poşkus | 5 | |
2011–12 | 1 | 3 | 32 | 16 | 8 | 8 | 29 | 21 | 56 | Yarımfinal | Baçana Tsxadadze | 7 | |
2012–13 | 1 | 3 | 32 | 16 | 9 | 7 | 38 | 22 | 57 | 1/4 Final | Baçana Tsxadadze | 8 | |
2013–14 | 1 | 2 | 36 | 20 | 7 | 9 | 60 | 37 | 67 | 1/4 Final | Vaqif Cavadov | 16 | |
2014–15 | 1 | 2 | 32 | 17 | 12 | 3 | 55 | 20 | 63 | Yarımfinal | Mikel Alvaro | 9 | |
2015–16 | 1 | 4 | 36 | 16 | 11 | 9 | 39 | 28 | 59 | Yarımfinal | Nizami Hacıyev / Mirsahib Abbasov | 6 | |
2016–17 | 1 | 3 | 28 | 11 | 10 | 7 | 39 | 33 | 43 | Yarımfinal | Rauf Əliyev | 11 | |
2017–18 | 1 | 6 | 28 | 8 | 7 | 13 | 29 | 39 | 31 | Qalib | Pərdis Fərcad-Azad / Adrian Skarlataçe / Slavik Alxasov | 4 | |
2018-19 | 1 | 8 | 28 | 6 | 5 | 17 | 29 | 45 | 23 | 1/4 Final | Amil Yunanov / Conatan Ayite | 5 |
Uğurları
- Azərbaycan çempionatı:
- Azərbaycan Kuboku:
- Birlik Kuboku:
Keşlə Avrokuboklarda
Son yenilənmə: 19 iyul 2018
Turnir | Oyunlar | Q | H | M | VQ | BQ |
---|---|---|---|---|---|---|
UEFA Çempionlar Liqası | 6 | 1 | 3 | 2 | 3 | 5 |
UEFA Avropa Liqası | 26 | 12 | 7 | 7 | 37 | 29 |
UEFA İntertoto Kuboku | 4 | 3 | 0 | 1 | 6 | 4 |
Cəmi | 36 | 16 | 10 | 10 | 46 | 38 |
Mövsüm | Turnir | Mərhələ | Klub | Ev | Qonaq | Ümumi | |
---|---|---|---|---|---|---|---|
2004 | UEFA İntertoto Kuboku | 1R | Breqens | 2–1 | 3–0 | 5–1 | |
2R | Tampere Yunayted | 1–0 | 0–3 | 1–3 | |||
2008–09 | UEFA Çempionlar Liqası | 1M | Rabotniçki | 0–0 | 1–1 | 1–1(a) | |
2M | Partizan | 1–1 | 0–2 | 1–3 | |||
2009–10 | UEFA Avropa Liqası | 2M | Spartak Trnava | 1–2 | 1–3 | 1–5 | |
2010–11 | UEFA Çempionlar Liqası | 1M | Lex Poznan | 0–1 | 1–0 | 1–1(8–9 p.) | |
2012–13 | UEFA Avropa Liqası | 1M | Narva Trans | 5–0 | 2–0 | 7–0 | |
2M | Asteras Tripolis | 1–1 | 1–1 | 2–2(2–4 p.) | |||
2013–14 | UEFA Avropa Liqası | 1M | Mariehamn | 1–1 | 2–0 | 3–1 | |
2M | Tromsö | 1–0 | 0–2 | 1–2 | |||
2014–15 | UEFA Avropa Liqası | 1M | Tiraspol | 3–1 | 3–2 | 6–3 | |
2M | Elfsborq | 0–1 | 1–0 | 1–1(3–4 p.) | |||
2015–16 | UEFA Avropa Liqası | 1M | Laçi | 0–0 | 1–1 | 1–1(a) | |
2M | Hafnarfyordur | 2–2(ə.v.) | 2–1 | 4–3 | |||
3M | Atletik Bilbao | 0–0 | 0–2 | 0–2 | |||
2017–18 | UEFA Avropa Liqası | 1M | Mladost Luçani | 2–0 | 3–0 | 5–0 | |
2M | Fola Eş | 1–0 | 1–4 | 2–4 | |||
2018–19 | UEFA Avropa Liqası | 1M | Balzan | 2-1 | 1-4 | 3-5 | |
2020–21 | UEFA Avropa Liqası | 1M | Laçi | 0–0(4–5 p.) | M/D | M/D |
Heyəti
- 1 Fevral 2019 tarixində yenilənib
|
İstinadlar
- Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? (azərb.) apasport.az tarixi:2010.11.27
- Peşəkar Futbol Liqasının məlumatı 2017-10-28
Xarici keçidlər
- Rəsmi saytı (azərb.) (ing.)
- http://www.pfl.az/content.php?page=51 2011-07-06 at the Wayback Machine