Wikipedia
Çovdar (Daşkəsən)
Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd.
Çovdar | |
---|---|
40°37′13″ şm. e. 46°05′59″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Daşkəsən rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 132 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 21 |
Poçt indeksi | AZ1600 |
Nəqliyyat kodu | 16 |
Tarixi
Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur.
Toponimikası
"Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır.
Coğrafiyası və iqlimi
Kənd Çovdar dağının şimal yamacında yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 132 nəfər yaşayır. Onların 77 nəfəri kişi, 55 nəfəri isə qadındır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur.
Təhsil
Şəkillər
İstinadlar
- "Şəhərlərarası telefon kodları". mincom.gov.az (azərb.). İstifadə tarixi: 2021-01-15.
- "Çovdar (Daşkəsən)". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I. Bakı: "Şərq-Qərb". 2007. səh. 201. ISBN 978-9952-34-155-3.
- "Çovdar (Daşkəsən)". Azərbaycan əhalisinin siyahıyaalınması (2009). I. Bakı: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2010. səh. 87.
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- Regional Mədəniyyət və Turizm İdarələrinin İnteqrasiyalı İdarəetmə Planı
Xarici keçidlər
- Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytı