Wikipedia
Çaparlı (Ağsu)
Çaparlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 773 nəfərdir (2009).
Çaparlı | |
---|---|
40°30′52″ şm. e. 48°27′27″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 773 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0614 |
Tarixi
Çaparlı Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Keçmiş adı Gorus Çaparlı olmuşdur. 1813-cü ildə rus ordusu Azərbaycanı işğal edəndə Tovuz, Şəmkir və Qovlar qədim yaşayış sahələrindən qovulmuş Qaraduzlu və Çaparlı tayfaları, eləcə də Gorusdan Körus tayfalarının bir hissəsi Türkiyənin Qars vilayətinə, az bir hissəsi - 300 ailə isə Şirvan zonasına üz tutublar. Bununla da həmin ailələr Ağsu rayonunun ərazisində məskunlaşaraq, Çaparlı kəndini yaradıblar..
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.185
- Çaparlı kəndi çətin durumda - FOTO[ölü keçid]
Ağsu rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |