Əlqamə ibn Qeys (ərəb. علقمة بن قيس; 591 – 681) və ya Əbu Şibl Əlqamə ibn Qeys ibn Abdillah ibn Malik ən-Nəxai əl-Kufi — Kufə fiqh və təfsir məktəbinin görkəmli nümayəndələrindən biri. Abdullah ibn Məsudun tələbəsi. Tabiindəndir.
Əlqamə ibn Qeys | |
---|---|
ərəb. علقمة بن قيس | |
![]() | |
Doğum tarixi | 591 |
Vəfat tarixi | 681 |
Elm sahələri | fiqh, təfsir |
Elmi rəhbəri | Abdullah ibn Məsud |
Tanınmış yetirmələri | İbn Sirin, İbrahim ən-Nəxai |
Bioqrafiyası
Məhəmməd peyğəmbər sağ ikən dünyaya gəlmiş, lakin onu görməmişdir. Yəmənli olan Nəxa qəbiləsinə mənsubdur. Xorasandakı müharibələrdə və həmçinin Əli tərəfdən Siffin və Nəhrəvan döyüşlərində iştirak edib. Döyüşlərin birində ağır yaralanaraq topal qalıb. Abdullah ibn Məsuda tələbəlik edib. Qiraət və təfsirdə fərləndiyi kimi fiqhdə də fərqlənərək onun ən qabaqcıl tələbəsi olub. Bir çox sahədə müəlliminin rəğbətini qazanan Əlqamənin səsi çox gözəl olub. Ona görə də Abdullah ibn Məsud ona Quran oxumağı və başqalarına öyrətməyi tövsiyə edib. İbrahim ən-Nəxainin dayısı və Əsvəd ibn Yəzidin də əmisi olan Əlqamənin övladı olmayıb. Əbu Şibl künyəsi ona müəllimi İbn Məsud tərəfindən verilib. Əlqamə Ömər, Osman, Əli, Aişə, Salman Farsi, Əbüd-Dərda, Huzeyfə, Həbbab, Əmmar və Əbu Musa əl-Əşari kimi görkəmli səhabələrdən hədis rəvayət edib. Əlqamədən İbrahim ən-Nəxai və Şəbi fiqh, Yəhya ibn Vəssab, Ubeyd ibn Nudəylə (Nədlə) və Əbu İshaq əs-Səbii kimi alimlər qiraət öyrəniblər. Məhəmməd ibn Sirin, Əbu Vail Şəqiq ibn Sələmə, Əbdürrəhman ibn Yezid, Yezid ən-Nəxai və Qeys ibn Rumi kimi alimlər isə Əlqamədən hədis rəvayət ediblər. Hər beş gündə bir Qurani-Kərimi xətm etdiyi rəvayət edilən Əlqamə, Əbu Hənifənin səhabələrə çatan müəllimləri zəncirində də mühüm halqanı təşkil edir. Əbu Hənifənin on səkkiz il yanında qaldığı müəllimi Həmmad ibn Əbu Süleyman, Əlqamənin məşhur tələbələri İbrahim ən-Nəxai və Şəbinin ən qabaqcıl tələbəsi idi. O dövrdə bir çox səhabə hələ həyatda olmasına baxmayaraq, elm tələbələri Əlqamənin dərslərinə böyük maraq göstərir, hətta bir çox səhabə ona müraciət edərək ondan fətva istəyirdi. Kufə fiqh və təfsir məktəbinin formalaşmasında mühüm yeri olan Əlqamə ibn Qeys, 682-ci ildə (hicri 62) Kufədə vəfat etmişdir. Mənbələrdə vəfat tarixi olaraq hicri 61, 63, 65 və ya 72-ci illər də qeyd olunur.
Dəyərləndirmələr
Cəzəri onu "böyük fəqih" kimi xarakterizə edir. Etibarlı hədis mənbələrində onun rəvayət etdiyi hədislərin sayı üç yüzdən çoxdur. Mühəddislərdən Əhməd ibn Hənbəl. Yəhya ibn Main, eləcə də cərh və tədil imamları olan Zəhəbi və İbn Həcər onu etibarlı (siqa) rəvayətçilər arasında qeyd edirlər.
Ədəbiyyatlar
- Mahmut Samar, HANEFÎ MEZHEBİNİN TEŞEKKÜL SÜRECİNDE ALKAME B. KAYS’IN (Ö. 62/682) YERİ, 2020.
İstinadlar
- Zəhəbi. Siyəri aləmin-nubəla (ərəb). V. Qahirə: Darul-Hədis. 2006. 16.
- İbn Səad. ət-Təbəqatul-Kubra (ərəb). VI. 146.
- Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 183. ISBN .
- Zəhəbi. Siyəru aləmin-nubəla (ərəb). V. Qahirə: Darul-Hədis. 2006. 20.
- "علقمة بن قيس". 02.04.2025 tarixində arxivləşdirilib.
- əl-Əsqalani. Təkribut-təhzib (az.). I. Dəməşq: Darur-Rəşid. 1986. 397.
- Zəhəbi. Siyəru aləmin-nubəla (ərəb). Qahirə. 2006. 17.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elqame ibn Qeys ereb علقمة بن قيس 591 681 ve ya Ebu Sibl Elqame ibn Qeys ibn Abdillah ibn Malik en Nexai el Kufi Kufe fiqh ve tefsir mektebinin gorkemli numayendelerinden biri Abdullah ibn Mesudun telebesi Tabiindendir Elqame ibn Qeysereb علقمة بن قيس Dogum tarixi 591 Vefat tarixi 681 Elm saheleri fiqh tefsir Elmi rehberi Abdullah ibn Mesud Taninmis yetirmeleri Ibn Sirin Ibrahim en Nexai Mundericat 1 Bioqrafiyasi 2 Deyerlendirmeler 3 Edebiyyatlar 4 IstinadlarBioqrafiyasiredakteMehemmed peygember sag iken dunyaya gelmis lakin onu gormemisdir Yemenli olan Nexa qebilesine mensubdur Xorasandaki muharibelerde ve hemcinin Eli terefden Siffin ve Nehrevan doyuslerinde istirak edib Doyuslerin birinde agir yaralanaraq topal qalib Abdullah ibn Mesuda telebelik edib Qiraet ve tefsirde ferlendiyi kimi fiqhde de ferqlenerek onun en qabaqcil telebesi olub Bir cox sahede muelliminin regbetini qazanan Elqamenin sesi cox gozel olub Ona gore de Abdullah ibn Mesud ona Quran oxumagi ve basqalarina oyretmeyi tovsiye edib Ibrahim en Nexainin dayisi ve Esved ibn Yezidin de emisi olan Elqamenin ovladi olmayib Ebu Sibl kunyesi ona muellimi Ibn Mesud terefinden verilib 1 Elqame Omer Osman Eli Aise Salman Farsi Ebud Derda Huzeyfe Hebbab Emmar ve Ebu Musa el Esari kimi gorkemli sehabelerden hedis revayet edib Elqameden Ibrahim en Nexai ve Sebi fiqh 1 2 Yehya ibn Vessab Ubeyd ibn Nudeyle Nedle ve Ebu Ishaq es Sebii kimi alimler qiraet oyrenibler Mehemmed ibn Sirin Ebu Vail Seqiq ibn Seleme Ebdurrehman ibn Yezid Yezid en Nexai ve Qeys ibn Rumi kimi alimler ise Elqameden hedis revayet edibler Her bes gunde bir Qurani Kerimi xetm etdiyi revayet edilen Elqame Ebu Henifenin sehabelere catan muellimleri zencirinde de muhum halqani teskil edir 3 Ebu Henifenin on sekkiz il yaninda qaldigi muellimi Hemmad ibn Ebu Suleyman Elqamenin meshur telebeleri Ibrahim en Nexai ve Sebinin en qabaqcil telebesi idi O dovrde bir cox sehabe hele heyatda olmasina baxmayaraq elm telebeleri Elqamenin derslerine boyuk maraq gosterir hetta bir cox sehabe ona muraciet ederek ondan fetva isteyirdi 4 Kufe fiqh ve tefsir mektebinin formalasmasinda muhum yeri olan Elqame ibn Qeys 682 ci ilde hicri 62 Kufede vefat etmisdir Menbelerde vefat tarixi olaraq hicri 61 63 65 ve ya 72 ci iller de qeyd olunur 5 DeyerlendirmelerredakteCezeri onu boyuk feqih kimi xarakterize edir Etibarli hedis menbelerinde onun revayet etdiyi hedislerin sayi uc yuzden coxdur Muheddislerden Ehmed ibn Henbel Yehya ibn Main elece de cerh ve tedil imamlari olan Zehebi ve Ibn Hecer onu etibarli siqa revayetciler arasinda qeyd edirler 6 7 EdebiyyatlarredakteMahmut Samar HANEFI MEZHEBININ TESEKKUL SURECINDE ALKAME B KAYS IN O 62 682 YERI 2020 Istinadlarredakte 1 2 Zehebi Siyeri alemin nubela ereb V Qahire Darul Hedis 2006 16 Ibn Sead et Tebeqatul Kubra ereb VI 146 Mikail Refail Delilleri ile Islam fiqhi az Baki Serq Qerb 2014 183 ISBN ISBN 978 9952 489 89 7 Zehebi Siyeru alemin nubela ereb V Qahire Darul Hedis 2006 20 علقمة بن قيس 02 04 2025 tarixinde arxivlesdirilib el Esqalani Tekribut tehzib az I Demesq Darur Resid 1986 397 Zehebi Siyeru alemin nubela ereb Qahire 2006 17 Menbe https az wikipedia org w index php title Elqame ibn Qeys amp oldid 8128893