Ədalət Şükürov
Ədalət Şükürov (Ədalət Zakir oğlu Şükürov; d. 22 aprel 1966, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni. Azərbaycan Respublikasının Əməkdar artisti, Dağıstan Respublikasının Xalq Artisti. Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər Klubunun sədri.
Ədalət Şükürov | |
---|---|
Ədalət Zakir oğlu Şükürov | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Ədalət |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1992 - günümüz |
Janr | Pop |
Mükafatları | |
adaletshukurov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanıb. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmətini çəkib. Hərbi xidməti bitirib, geri döndükdən sonra 1987-ci ildə Sankt-Peterburq Mədəniyyət Universitetinin "kütləvi tədbirlər rejissoru" fakultəsinə daxil olur. Ali təhsil aldıqdan sonra Ədalət Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyir. Bir müddət sonra o, Luqa şəhərinin baş rejissoru işləyir və kütləvi tədbirlər keçirir. "Salsa Viva" rəqs məktəbini bitirib. Baltik Turizm və Biznes Akademiyasında aspirantura oxuyub. Elmi işini Sankt-Peterburqda müdafiə edib. 2007-ci ildən İqtisad elmləri namizədidir. Dizaynerliklə də məşğul olan Ədalət Şükürov, arabir rəssamlıq da edir.
Azərbaycan, İngilis, İspan və Rus dillərini bilir.
Şəxsi həyatı
Evlidir. İki övladı var.
Karyerası
1992-cı ildən mahnı bəstələməyə və şeirlər yazmağa başlayır. Daha sonra musiqi və mətnləri aranjman edərək, ifa edir. Oxuduğu mahnılar xüsusilə Azərbaycanda çox sevildiyindən O, 2000-ci ildə Azərbaycana gəlir və fəaliyyətini burada davam etdirir. Həmin zamanlar Dağıstanda da çox sevilir və ora dəvət alır. 2000-ci ildən etibarən mütəmadi olaraq Dağıstanın əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında "Dərbəndin ad günü", "Gənclər Günü", Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var. Ədalət Şükürova 16 may 2006-cı ildə Azərbaycan və Rusiya dövlətləri arasında Mədəniyyət münasibətlərinin təbliğatı və inkişafında aktiv iştirak etdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın əməkdar artisti fəxri adı verilib. 22 aprel 2008-ci ildə Dağıstan Respublikasının prezidenti Muxu Əliyev tərəfindən Dağıstanın əməkdar artisti fəxri adı verilib. 22 iyun 2015-ci ildə Dağıstan Respublikasının prezidenti şəxsən Ramazan Abdulatipov tərəfindən böyük təqdimatla Dağıstanın xalq artisti fəxri adı verilib. Bundan başqa, ona "Dağıstanda xidmətlərinə görə" medalı da təqdim olunub.
Konsertlər
Tarix | Konsertin adı | Konsert Zalı |
---|---|---|
2009 | Yada sal məni, sevgilim | Yaşıl Teatr |
2013 | Solo konsert | Dağıstanın Mahaçqala şəhərindəki Rusiya konsert zalı |
2016 | İsti yay | Mambo Beach Klub |
2016 | Bokal vina | Ukrayna, Kiyev şəhərindəki "Carribean Club" |
2017 | Açıq Hava Konserti | Heydər Əliyev Mərkəzinin parkında |
2017 | Nə yaxşı ki, yanımdasan sən | Mambo Beach Klub |
2018 | Любимым женщинам | Dağıstanın Mahaçqala şəhərindəki "Rus dram teatrı"ının böyük zalı |
2018 | Solo konsert | Dərbənd şəhərindəki Şəhristan restoranı |
2018 | Açıq Hava Konserti | Heydər Əliyev Mərkəzinin parkında |
2018 | Açıq Hava Konserti | Dağıstan Dövlət Filarmoniyasında |
Mükafatları
Aşağıdakı siyahıda Ədalət Şükürovun mükafatları göstərilmişdir.
Türkiye & Azerbaycan Kardeşlik Ödülleri
İl | Mükafat | İstinadlar |
---|---|---|
2017 | Azerbaycanın En İyi Pop Sanatçısı |
Fəxri adları
Mükafat və döş nişanı | Tarix | Qeyd | İstinadlar |
---|---|---|---|
Azərbaycan Respublikasının Əməkdar Artisti | 2006 | İlham Əliyev tərəfindən | |
Dağıstan Respublikasının Əməkdar Artisti | 2008 | Muxu Əliyev tərəfindən | |
Dağıstan Respublikasının Xalq Artisti | 2015 | Ramazan Abdulatipov tərəfindən |
Vəzifəsi
Vəzifə | Tarix | Federasiya | İstinadlar |
---|---|---|---|
Sumqayıt şəhər Klubunun sədri | 2017 | Azərbaycan Kikboksinq Federasiyası |
Albomlar
Albomun adı | Çıxış tarixi | Albom şirkəti | Format |
---|---|---|---|
Əzizim | 2002 | Səbuhi AMD | CD, kaset, iTunes |
22 aprel (instrumental) | 2002 | Səbuhi AMD | CD, kaset, iTunes |
Demə-demə | 2002 | Səbuhi AMD | CD, kaset, iTunes |
Qapı | 2003 | Səbuhi AMD | CD, kaset, iTunes |
Qoca çinar | 2004 | Səbuhi AMD | CD, kaset, iTunes |
İtirdim | 2005 | Səbuhi AMD | CD, kaset, iTunes |
Kiminsən? | 2007 | Səbuhi AMD | CD, kaset, iTunes |
Yada Sal Məni, Sevgilim | 2008 | STS Production | CD, kaset, iTunes |
Badə | 2010 | STS Production | CD, kaset, iTunes |
Duşa bolna | 2012 | STS Production | CD, kaset, iTunes |
İstinadlar
- ↑ Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 may 2006-cı il tarixli, 1458 nömrəli Sərəncamı
- ↑ Ədalət Şükürov Dağıstanın xalq artisti oldu – FOTO
- Əməkdar artist Sumqayıt Regional Klubun prezidenti seçilib
- Onlar həm alim, həm də sənətçidirlər…
- Ədalət Şükürovun "İsti yay"ından fotolar
- http://axsam.az/?name=xeber&news_id=56859
- https://azertag.az/xeber/Heyder_Aliyev_Merkezinde_Adalet_Sukurovun_solo_konserti_olub-1085423
- http://az.baku.ws/show-business/30855-dalt-ukurov-n-yax-ki-yanmdasan-sn-solo-konserti-il-mambo-beach-klubda.html
- http://heydaraliyevcenter.az/#4_Tedbirler65_258
- http://kudagomkala.tggram.com/post/1237
- https://www.haberler.com/turkiye-azerbaycan-kardeslik-odulleri-toreni-10388714-haberi/
- http://www.e-qanun.az/framework/11719
- https://oxu.az/showbiz/85907
- https://sputnik.az/sport/20170203/408730182/edalet-shukurova-vezife-verildi.html
Xarici keçidlər
- Rəsmi Veb Saytı 2017-09-12 at the Wayback Machine
- iTunes
- YouTube Kanalı
- Spotify
- Ədalət Şükürov | Instagram
- Ədalət Şükürov | Facebook
- Ədalət və Rəşad türkiyəli məşhurlarla bir arada — fotolar
- Ajda Pekkan'ı hiç böyle görmediniz
- Türkiye & Azerbaycan Kardeşlik Ödülleri Töreni
- Ədalət Şükürov Dağıstanın xalq artisti oldu – FOTO
- Ədalət Şükürova vəzifə verildi
- "Könüllü məşhurlar" layihəsinin növbəti qonağı əməkdar artist Ədalət Şükürov oldu.
- Zəhra üçün bir araya gəldilər — video
- Məşhurlar məşəl daşıdılar — fotolar
- Ədalət Şükürov Azərbaycanın əməkdar artisti oldu
- Onlar həm alim, həm də sənətçidirlər…
- Ədalət Şükürov Sinan Özenin toyunda (FOTO, VİDEO)
- Sərdar Ortaç Ədalət Şükürovun mahnısını oxudu — açıqlama+audio
- "Heç nəyim yox idi, yataqxanada yaşayırdıq" — Ədalət Şükürov
- Ədalət Şükürov aparıcı ilə "salsa" oynadı — VİDEO — FOTOLAR