Şaken Aymanov
Şaken Aymanov (Tam adı: Şaken Kenjetayeviçd Aymanov (qaz. Шәкен Кенжетайұлы Айманов); d. 15 fevral 1914, Pavlodar vilayəti, Bayanaul kəndi – ö. 23 dekabr 1970, Moskva, Rusiya SFSR, SSRİ) — qazax aktyoru, teatr və kino rejissoru. SSRİ xalq artisti (1959). Qazaxıstan kinosunun atası hesab edilirdi.
Şaken Aymanov | |
---|---|
qaz. Шәкен Кенжетайұлы Айманов | |
| |
Doğum tarixi | |
Doğum yeri | Pavlodar vilayəti, Bayanaul kəndi |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya SFSR, SSRİ |
Vəfat səbəbi | nəqliyyatın insan üzərindən keçməsi[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1954-cü ildən |
Üzvlüyü | |
Mükafatları | |
IMDb | ID 0015004 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
15 fevral 1914-cu ildə Pavlodar vilayətinin Bayanaul kəndində anadan olmuşdur. Ailəsi kəndli maldar idi.
Şakenin əsl adı Şahkərimdir (qaz. Шаһкерім).
1928-ci ildə orta məktəbi bitirmişdir. 1931-1933-cü illərdə Semipalatinsk şəhərində yerləşən Qazaxıstan Pedaqoji Texnikumunda təhsil almışdır.
1933-cü ildən Qazaxıstan Dram Teatrında aktyor, rejissor, 1947-1951-ci illərdə baş rejissor işləmişdir.
1940-cı ildən kino sahəsində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. Uzun müddət "Qazaxfilm" kinostudiyasının bədii rəhbəri olmuşdur.
1940-cı ildən Sov.İKP-nın üzvü idi.
Qazaxıstan SSR Ali Sovetinin 4 və 7-ci çağırışlarında deputat seçilmişdir.
O, 1963-cü ildə keçirilən III Moskva Beynəlxalq Film Festivalında münsiflər heyətinin üzvü olmuşdur.
23 dekabr 1970-ci ildə Moskva şəhərində vəfat etmişdir. Almatı şəhərindəki Mərkəzi qəbiristanlıqda dəfn edilmişdir.
Mükafatları
Şaken Aymanov SSRİ-nin və Qazaxıstan SSR-nin bir sıra dövlət mükafatları ilə təltif edilmişdir. Onlardan bəziləri bunlardır:
- "Əmək igidliyinə görə" medalı (1940);
- "Qırmızı Əmək Bayrağı" ordeni (1946);
- Qazaxıstan SSR xalq artisti (1947);
- SSRİ Dövlət mükafatı laureatı (1952);
- Üçüncü dərəcəli Stalin mükafatı (1952);
- SSRİ xalq artisti (1959);
- Lenin ordeni (1967);
- 2 dəfə "Şərəf Nişanı" ordeni;
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı.
Tamaşalardakı rolları
- M. Auezovun “Koblandı” tamaşasında "Koblandı";
- M. Qorkinin “Həyatın dibində” tamaşasında "Satin";
- A. N. Ostrovskinin “Tufan” tamaşasında "Tixon";
- U. Şekspirin “Şıltaq qızın yumşalması” tamaşasında "Petruççio".
Filmoqrafiya
“Abayın mahnısı” (1946), “Cambul” (1953) və başqa filmlərə cəkilmişdir.
“Məhəbbət poeması” (1954), “Çöllər qızı” (1955), “Biz burada yaşayırıq” (1957), “Atamanın aqibəti” (1970) və digər filmlərin rejissorudur.
Xatirəsi
1974-cü ildə çəkilmiş "Şəkər Aymanov" sənədli filmi Şaken Aymanovun yaradıcılığına həsr olunmuşdur.
“Qazaxfilm” kinostudiyası 1984-cü ildən Şaken Aymanovun adını daşıyır. "Qazaxıfilm" kinostudiyasının ərazisində onun mərmər büstü qoyulub. Film studiyasında Aymanovun muzey kabineti yaradılıb.
Alma-Ata şəhərində Şaken Aymanov adına küçə var.
Yaşadığı evə onun xatirə lövhəsi vurulmuşdur.
Pavlodarda onun adına kinostudiya var.
Alma-Ata şəhərində 2003-cü ildən 2014-cü ilədək illik "Şaken ulduzları" (qaz. Шәкен Жұлдыздары) adlı animasiya filmləri festivalı keçirilmişdir.
Şaken Aymanovun 100 illik yubileyi münasibəti ilə üzərində 2014-cü il yazılmış poçt markası miniatür filateliya məhsulu kimi 12 yanvar 2015-ci ildə Qazaxıstan poçtu tərəfindən dövriyyəyə buraxılmışdır.
Ailəsi
Qardaşı — Kauken Kenjetayev (1916—2008), müğənni, Kazak Opera və Balet Teatrının direktoru, Qazaxıstan SSR-nin xalq artisti (1959);
Oğlu — Murat Aymanov (1939—1993);
Qızı — Mayra Aymanov (1938—1993), opera müğənnisi, Asanali Aşimovun həyat yoldaşı idi.
İstinadlar
- ↑ AYMANOV Şaken Kenjetayeviç. ensiklopediya.gov.az (az.)
- . presstv.ir
- . caspionet.kz
- "Рекомендательный библиографический указатель/Национальная библиотека РК". «Voxpopuli.kz». 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 февраля 2017.
- Жолдасбекұлы М., Салғараұлы Қ., Сейдімбек А. Айманов Шәкен // Елтұтқа. Ел тарихының әйгілі тұлғалары. — Астана: KÜL TEGIN, 2001. — С. 335-336. — 358 с. — ISBN 9965-441-26-X.
- . 2014-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- Архивная служба Павлодарской области :: Календарь памятных дат
- miniature sheet of 1[ölü keçid]
- KZ002.15
Xarici keçidlər
- Şaken Aymanov (ing.) Internet Movie Database saytında