fbpx
Wikipedia

İslam iqtisadi sistemi

İslam insanların həyat tərzini nizamlayan və tənzimləyən sosial-iqtisadi, sosial-siyasi, hüquqi-etik, mədəni-əxlaq qaydalarını əhatə edən bütov bir elmi sistemdir. .

İslam iqtisadiyyatı İslamın ictimai və əxlaq normaları ilə müəyyən edilən xüsusi iqtisadi inkişaf yolunun mümkünlüyü haqqında təsəvvürləri ifadə etmək üçün işlədilən termindir.

Bir sıra Afrika və Asiya ölkələri istiqlaliyyət qazandıqdan sonra həmin ölkələrdə fəal inkişaf etdirilməyə başlanmış bu konsepsiya XX əsrin 70-ci illərinin axırlarından etibarən təkcə inkişaf etməkdə olan ayrı-ayrı ölkələrdə deyil, eləcə də ümumdünya miqyasında təsərrüfat dəyişikliklərinə dair layihələrlə getdikcə daha sıx əlaqələndirilir və "islamsayağı yeni iqtisadi qayda" yaradılmasına dair müxtəlif planlara daxil edilir. Planların və layihələrin yaradıcıları onları bir tərəfdən kapitalist inkişaf yolundan prinsipcə fərqlənən xüsusi inkişaf yolunun əsası kimi təbliğ edirlər.

İslam iqtisadi sistemi mahiyyətinə görə real həyatda gedən iqtisadi proseslərin ümumbəşəri dəyərlər əsasında dərk olunması və özünəməxsus spesifikliyi ilə səciyyələnən anlayışdır.

Məzmununa görə ilahi göstəriş əsasında insanların təsərrüfat prosesində davranış qaydalarını müəyyən edən islam iqtisadiyyatı formasına görə sərvət və nemətlərin istehsalında, bölgüsündə, istifadəsində ədalətli fəaliyyət göstərmələrini əks etdirir. İslam iqtisadi sistemində əsas məqsədlər kimi aşağıdakıları göstərmək olar:

  1. Bütün cəmiyyət üzvlərinin rifahını yaxşılaşdırmaq;
  2. Faydalı fəaliyyəti təmin etmək;
  3. Hər bir kəs üçün iqtisadi potensialdan istifadə etməyə bərabər şərait yaratmaq;
  4. Yoxsulluğu aradan qaldırmaq;
  5. Əldə olunmuş sərvət və nemətlərdən könüllü sədəqə vermək.

İqtisadi sahədə İslamın başlıca təlimi onun ilkin və fundamental mənbəsi olan Qurani-Kərimə əsaslanır. Quranda iqtisadi konsepsiyanın təməlini təşkil edən iqtisadi məsələləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Həddən çox varlılığın tənqidi;
  2. Yığılan məbləğin xərclənməsi;
  3. Sələmçiliyin tənqidi;
  4. Ticarətin dəstəklənməsi;
  5. Mülkiyyət münasibətləri;
  6. Mirasçıların hüquqları;
  7. Sədəqə və ehsan;
  8. Borclar.

Quran Allahın yerdə və göylərdə olan bütün şeyləri insana boyun əydirdiyini, Allahın quruda, suda və səmada olan hər şeyi insan üçün yaratdığını bildirir. Allahın yaratdıqlarından necə faydalanmağın və gələcək nəsilləri də, nəzərə almaqla onlardan ağıllı bir şəkildə necə istifadə etməyin məsuliyyəti insanın öz üzərinə düşür.

Quran bir çox ayədə insanın öz maddi rifahına xor baxmamasının zəruri olmasına diqqəti yönəldir. Quran maddi rifaha xor baxmamağın zəruriliyini Nisa surəsində "Allahın sizə dolanmaq üçün bəxş etdiyi mallar..." ifadəsi ilə təsdiqləyir və Qəsəs surəsində bu əmri verir: "Dünyadakı nəsibini də unutma" . Ancaq Quran insanı formalaşdıran iki cəhət ― yəni ruh ilə bədənin vəhdəti üzərində dayanaraq bu zərurəti Bəqərə surəsində belə qeyd etmişdir: "İnsanların bəzisi: "Ey Rəbbimiz, bizə nə verirsənsə, elə bu dünyada ver", deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Bəziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!" deyərlər. Belə şəxsləri qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir" .

İslamın iqtisadi siyasəti Quranda Həşr surəsində açıq-aydın ifadələrlə müəyyənləşdirilib: "Bu ona görədir ki, (mal-dövlət) içinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın" . Var-dövlət, rahat yaşayış baxımından bütün insanların bərabərliyi ideal səviyyədə olsa belə, bu, cəmiyyətə mütləq və birmənalı şəkildə xeyir gətirməz. Çünki insanların hamısı heç də eyni qabiliyyətə malik olmurlar. Belə ki, üzvləri bərabər olan insan qrupu formalaşdırılsaydı, çox keçmədən mal-dövlətini sağa-sola səpib sovuranlar iqtisadi çətinliyə düşərdilər və başqalarının sərvətinə göz dikərdilər.

İnsan əməyi ilə əldə etdiyi qazancdan özünün, ailəsinin və mirasçılarının faydalanacağını bildiyi zaman daha səylə çalışmağa və yeni-yeni təşəbbüslər göstərməyə can atar. Bu cəhətdən insanlar arasında maddi baxımdan dərəcələnmənin, sıralanmanın onun öz yararına olduğu görünür. Çünki belə olduqda aşağı dərəcədə olanlar yuxarı dərəcəyə qalxmaq üçün nə lazım olduğunu və öz səyləri ilə nə edə biləcəklərini görür və bilirlər. Ona görə də, Quran Nəcm surəsində belə buyurur: "İnsana ancaq öz zəhməti qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti görünəcəkdir" .

İslam dini özünün iqtisadi sistemini bu əsas prinsipdən çıxış edərək müəyyənləşdirmişdir. Azlıq təşkil edən varlı, zəngin insanların olmasına icazə verilir, amma onlara çox xərc tələb edən vəzifələr də tapşırılır, həvalə edilir. Çünki varlılar yoxsulların xeyrinə olaraq vergi ödəməyə borcludurlar. Həmçinin onların sərvəti, var-dövləti əxlaqsız yollarla qazanmaları, yığmaları qəti qadağandır.

İslam dinində başqasına yardım edən şəxslər hədsiz tərifə layiq görülmüşlər. Dilənçilik haqqında isə İslam ən ağır ifadələrdən istifadə etmişdir. Qeyd olunur ki, dilənçilik qiyamət günündə utanc səbəbi olacaqdır . Eyni şəkildə İslamda xəsislik və ifrat da qadağan edilmişdir.

Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatı azad mübadiləni, şəxsi mülkiyyəti və sazişlərin təhlükəsizliyini müdafiə edir. Mülkiyyət məsələsi hər zaman iqtisadiyyatın hüquqi tənzimlənməsi məsələlərində əsasdır. Bununla bərabər yaddan çıxartmaq lazım deyil ki, yerdə və göydə olan bütün mülkiyyət Allaha məxsusdur. Bunlar Quranda öz əksini tapmışdır . Beləliklə, islam konsepsiyasında mülkiyyət qəti, təbii və ilahi hüquqda mülkiyyətə sahib olmaya əsaslanmışdır. Allah əmanət kimi etibar etdiyi Yer kürəsində insanı öz canişini edib və ona sahibolma, idarəetmə və istifadəetmə hüququnu verib .

Quran islamın ilkin dövrlərində mövcud olan sələmçiliyə qarşı çıxmışdır. Belə yanaşma maliyyə sistemində faiz dərəcələrinin yenidən şərh edilməsinə və ya aradan qaldırılmasına istiqamətlənən fəaliyyətlərə səbəb olmuşdur. Bunu həyata keçirməklə islam iqtisadçıları da "İslami Cəmiyyət"in yaradılmasına ümid edirlər. Lakin islamdakı liberal cərəyanlar isə bundan imtina edərək islamı müasir dünyəvi institut və normalarla uyğunluq içərisində qəbul edirlər.

Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatı nəyin pis və ya qadağan (haram), nəyin isə yaxşı və ya icazə olunmuş (halal) olması haqqında mühakimələrə əsaslanır. Ona görə də, qərbin iqtisad elmindən fərqli olaraq burada İslam (şəriət) hüququ fundamental məna alır. İslam hüququ, qalan hüquqi sistemlər kimi, iqtisadi və başqa fəaliyyətləri üçün öz "çərçivəsini" yaradır, lakin burada önəmli bir fərq vardır. Dünyəvi sistemlərdə qanunlar insan izni ilə hazırlanır, dəyişilir və ləğv olunub nəticədə dünyəvi xarakter daşıyırsa, İslam sistemində qanunlar İlahi təbiətlərini daşımalıdırlar ki, dəyişilməz, əbədi və insan müdaxiləsindən azad bir xarakterə malik olsunlar .

Bütövlükdə iqtisadiyyatda "haramı" belə qruplaşdırmaq olar:

  • Sələmçilik ilə məşğul olmaq;
  • Rüşvət vermək və almaq;
  • Fırıldaq və yalan yolu ilə qazanc əldə etmək;
  • Haram kateqoriyasına aid məhsul (narkotik maddələr, spirtli içkilər, donuz və ondan hazırlanmış məhsullar, fahişəlik, qumar və s.) istehsal etmək və satmaq;
  • Bazarı monopollaşdırmaq məqsədilə tədbirlər görmək və səhlənkar rəqabət aparmaq;
  • Oğurlanmış və ya zəbt olunmuş mülkiyyətin və ya qanuni yolla əldə olunmayan hər hansı bir şeyin alqı-satqısını təşkil etmək;
  • Alıcıları çaşdırmaq və qorxutmaq;
  • Süni şəkildə artırılmış qiymətlərlə məhsulları satmaq.

Haram bu siyahı ilə bitmir, hər qrupun öz alt qrupu, mənası və interpretasiyası vardır. Qadağa qoyulmayan fəaliyyətlər avtomatik olaraq icazə olunanlar kateqoriyasına aid olunur. Lakin hər icazə olunan arzu olunan demək deyildir. Məsələn: satılan malın müqayisəli nöqsanlarının gizlədilməsi ― əgər bu yalan deyilsə. Yox əgər yalandırsa, o zaman bu haramdır.

İslama görə ticarət əlaqələri zamanı saziş imzalandıqdan sonra endirimlərin istənilməsi arzu olunmazdır. Ümumiyyətlə, qanuni və doğru saziş imzalandıqdan sonra, düzəlişlərin birtərəfli tələbi doğru deyildir.

Qaranlıq yerlərdə ticarətin aparılması da doğru deyil, çünki bu müştəriyə mala yaxşı baxmaqda maneəçilik törədir.

Hər hansı bir yolla olursa olsun həddən çox qazanc əldə etmək arzu olunan deyil. Baxmayaraq ki, "həddən çox qazanc" ifadəsinin tam mənası aydın deyildir. Bu məsələ alimlər arasında çoxlu mübahisələrə səbəb olmuşdur. Bir şey aydındır ki, qazanc tək motivasiya faktoru olmamalıdır. Bu "islami şəxs"i (Homo İslamicus) "iqtisadi şəxsdən" (Homo Oeconomicus) fərqləndirir. Bütövlükdə İslam həyat fəaliyyətinin bütün sahələrinə, o cümlədən də iqstiadiyyata təsir göstərir. Bütün həyat boyu qəssablıq, kəfənlərin və tabutların hazırlanması ilə məşğul olmaq da arzuolunmazdır. Bunun izahı odur ki, insanların qana və ölümə vərdiş etmələri onların hisslərinin sərtləşməsinə gətirib çıxardır.

İslamda insanlara məsləhət görülən iqtisadi fəaliyyət növləri isə bunlardır:

  • Möminlərə faizsiz borcun verilməsi;
  • Qazancın bölünməsi prinsipləri əsasında müxtəlif layihələrin maliyyələşdirilməsi;
  • Kasıb müştərilər istisna olmaq şərti ilə hamıya eyni qiymətlərlə malların satılması;
  • Müştəri alınan malın keyfiyyəti və qiymətindən narazı qaldıqda, satıcı tərəfindən onun geri götürülməsi (islama görə müştəri üstünlük təşkil edir);
  • Bazarda bütün dəyişikliklərlə ayaqlaşan çevik qiymət sisteminin olması;
  • İqtisadi fəaliyyətin açıq şəkildə aparılması və şəffaflığın təmin olunması;
  • İqtisadi fəaliyyətin xəsisliklə deyil, alicənablıq prinsiplərində aparılması;
  • Malların keyfiyyət baxımından istehsalının və satışının təkmilləşdirilməsi;
  • Daima əməklə məşğul olmaq və bu məqsədlərlə səhər yuxudan tez oyanmaq və s.

Göründüyü kimi, bu qaydalar sadəcə cənnətdə yer qazanmaq üçün yox, həm də uğurlu iqtisadi fəaliyyətin aparılması və dünya nemətlərinin əldə edilməsi üçün çox faydalıdır. Yuxarıda sadalanan kateqoriyaları bilmək və icazə verilən və icazə verilməyənlər arasında sərhəd qoymaq bacarığı düzgün iqtisadi fəaliyyətlərin aparılmasının əsasıdır. Beləliklə, "islam iqtisadçısı" iki əsas keyfiyyətə malik olmalıdır:

  1. öz sahəsində mütəxəssis olmaq;
  2. müsəlman hüququnda bilik və təcrübəyə malik olmaq.

Bu keyfiyyətləri hər bir əmək adamına aid etmək olar. Çünki onlar öz peşələrindən başqa dini suallardan da baş çıxarmalıdırlar.

Ədəbiyyat siyahısı

  1. Meybullayev M.X., "İslam iqtisadiyyatı", Bakı, "Ünsiyyət", 2001 s.54
  2. "İslam: Qısa məlumat kitabı", Bakı, "Azərnəşr", 1985 s.67
  3. 3, s.67-68
  4. Qurani-kərim, 4/5
  5. Qurani-kərim, 28/27
  6. Qurani-kərim, 2/200-202
  7. Qurani-kərim, 59/7
  8. Qurani-kərim, 53/39-40
  9. Məhəmməd Həmidullah, "İslama giriş", Bakı, "Qismət", 2006, s.181
  10. Qurani-kərim, 2/107; 2/255; 2/284; 5/120; 48/14
  11. Qurani-kərim, 2/30, 2/40
  12. Nomani, F. and A. Rahnema, "Islamic Economic Systems", London & New Jersey, Zed Books Ltd, 1994

Mənbə

  • Tərxan Paşazadə, "İslam iqtisadi sisteminin əsasları", "Dövlət və Din" İctimai fikir toplusu, (№ 3 (11)), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı – may-iyun 2009, səhifə: 166-170.

islam, iqtisadi, sistemi, islam, insanların, həyat, tərzini, nizamlayan, tənzimləyən, sosial, iqtisadi, sosial, siyasi, hüquqi, etik, mədəni, əxlaq, qaydalarını, əhatə, edən, bütov, elmi, sistemdir, islam, iqtisadiyyatı, islamın, ictimai, əxlaq, normaları, ilə. Islam insanlarin heyat terzini nizamlayan ve tenzimleyen sosial iqtisadi sosial siyasi huquqi etik medeni exlaq qaydalarini ehate eden butov bir elmi sistemdir 1 Islam iqtisadiyyati Islamin ictimai ve exlaq normalari ile mueyyen edilen xususi iqtisadi inkisaf yolunun mumkunluyu haqqinda tesevvurleri ifade etmek ucun isledilen termindir 2 Bir sira Afrika ve Asiya olkeleri istiqlaliyyet qazandiqdan sonra hemin olkelerde feal inkisaf etdirilmeye baslanmis bu konsepsiya XX esrin 70 ci illerinin axirlarindan etibaren tekce inkisaf etmekde olan ayri ayri olkelerde deyil elece de umumdunya miqyasinda teserrufat deyisikliklerine dair layihelerle getdikce daha six elaqelendirilir ve islamsayagi yeni iqtisadi qayda yaradilmasina dair muxtelif planlara daxil edilir Planlarin ve layihelerin yaradicilari onlari bir terefden kapitalist inkisaf yolundan prinsipce ferqlenen xususi inkisaf yolunun esasi kimi teblig edirler 3 Islam iqtisadi sistemi mahiyyetine gore real heyatda geden iqtisadi proseslerin umumbeseri deyerler esasinda derk olunmasi ve ozunemexsus spesifikliyi ile seciyyelenen anlayisdir Mezmununa gore ilahi gosteris esasinda insanlarin teserrufat prosesinde davranis qaydalarini mueyyen eden islam iqtisadiyyati formasina gore servet ve nemetlerin istehsalinda bolgusunde istifadesinde edaletli fealiyyet gostermelerini eks etdirir Islam iqtisadi sisteminde esas meqsedler kimi asagidakilari gostermek olar Butun cemiyyet uzvlerinin rifahini yaxsilasdirmaq Faydali fealiyyeti temin etmek Her bir kes ucun iqtisadi potensialdan istifade etmeye beraber serait yaratmaq Yoxsullugu aradan qaldirmaq Elde olunmus servet ve nemetlerden konullu sedeqe vermek Iqtisadi sahede Islamin baslica telimi onun ilkin ve fundamental menbesi olan Qurani Kerime esaslanir Quranda iqtisadi konsepsiyanin temelini teskil eden iqtisadi meseleleri asagidaki kimi qruplasdirmaq olar Hedden cox varliligin tenqidi Yigilan meblegin xerclenmesi Selemciliyin tenqidi Ticaretin desteklenmesi Mulkiyyet munasibetleri Mirascilarin huquqlari Sedeqe ve ehsan Borclar Quran Allahin yerde ve goylerde olan butun seyleri insana boyun eydirdiyini Allahin quruda suda ve semada olan her seyi insan ucun yaratdigini bildirir Allahin yaratdiqlarindan nece faydalanmagin ve gelecek nesilleri de nezere almaqla onlardan agilli bir sekilde nece istifade etmeyin mesuliyyeti insanin oz uzerine dusur Quran bir cox ayede insanin oz maddi rifahina xor baxmamasinin zeruri olmasina diqqeti yoneldir Quran maddi rifaha xor baxmamagin zeruriliyini Nisa suresinde Allahin size dolanmaq ucun bexs etdiyi mallar 4 ifadesi ile tesdiqleyir ve Qeses suresinde bu emri verir Dunyadaki nesibini de unutma 5 Ancaq Quran insani formalasdiran iki cehet yeni ruh ile bedenin vehdeti uzerinde dayanaraq bu zerureti Beqere suresinde bele qeyd etmisdir Insanlarin bezisi Ey Rebbimiz bize ne verirsense ele bu dunyada ver deyirler Bele sexslerin axiretde hec bir payi yoxdur Bezileri ise Ey Rebbimiz bize dunyada da axiretde de gozel nemetler ver bizi cehennem ezabindan qoru deyerler Bele sexsleri qazandiqlarina qazandiqlari emellerine gore axiretde mukafat gozleyir 6 Islamin iqtisadi siyaseti Quranda Hesr suresinde aciq aydin ifadelerle mueyyenlesdirilib Bu ona goredir ki mal dovlet icinizdeki zenginler arasinda elden ele dolasan bir servet olmasin 7 Var dovlet rahat yasayis baximindan butun insanlarin beraberliyi ideal seviyyede olsa bele bu cemiyyete mutleq ve birmenali sekilde xeyir getirmez Cunki insanlarin hamisi hec de eyni qabiliyyete malik olmurlar Bele ki uzvleri beraber olan insan qrupu formalasdirilsaydi cox kecmeden mal dovletini saga sola sepib sovuranlar iqtisadi cetinliye duserdiler ve basqalarinin servetine goz dikerdiler Insan emeyi ile elde etdiyi qazancdan ozunun ailesinin ve mirascilarinin faydalanacagini bildiyi zaman daha seyle calismaga ve yeni yeni tesebbusler gostermeye can atar Bu cehetden insanlar arasinda maddi baximdan derecelenmenin siralanmanin onun oz yararina oldugu gorunur Cunki bele olduqda asagi derecede olanlar yuxari dereceye qalxmaq ucun ne lazim oldugunu ve oz seyleri ile ne ede bileceklerini gorur ve bilirler Ona gore de Quran Necm suresinde bele buyurur Insana ancaq oz zehmeti qalar Subhesiz ki qiyamet gunu onun zehmeti gorunecekdir 8 Islam dini ozunun iqtisadi sistemini bu esas prinsipden cixis ederek mueyyenlesdirmisdir Azliq teskil eden varli zengin insanlarin olmasina icaze verilir amma onlara cox xerc teleb eden vezifeler de tapsirilir hevale edilir Cunki varlilar yoxsullarin xeyrine olaraq vergi odemeye borcludurlar Hemcinin onlarin serveti var dovleti exlaqsiz yollarla qazanmalari yigmalari qeti qadagandir Islam dininde basqasina yardim eden sexsler hedsiz terife layiq gorulmusler Dilencilik haqqinda ise Islam en agir ifadelerden istifade etmisdir Qeyd olunur ki dilencilik qiyamet gununde utanc sebebi olacaqdir 9 Eyni sekilde Islamda xesislik ve ifrat da qadagan edilmisdir Qeyd etmek lazimdir ki islam iqtisadiyyati azad mubadileni sexsi mulkiyyeti ve sazislerin tehlukesizliyini mudafie edir Mulkiyyet meselesi her zaman iqtisadiyyatin huquqi tenzimlenmesi meselelerinde esasdir Bununla beraber yaddan cixartmaq lazim deyil ki yerde ve goyde olan butun mulkiyyet Allaha mexsusdur Bunlar Quranda oz eksini tapmisdir 10 Belelikle islam konsepsiyasinda mulkiyyet qeti tebii ve ilahi huquqda mulkiyyete sahib olmaya esaslanmisdir Allah emanet kimi etibar etdiyi Yer kuresinde insani oz canisini edib ve ona sahibolma idareetme ve istifadeetme huququnu verib 11 Quran islamin ilkin dovrlerinde movcud olan selemciliye qarsi cixmisdir Bele yanasma maliyye sisteminde faiz derecelerinin yeniden serh edilmesine ve ya aradan qaldirilmasina istiqametlenen fealiyyetlere sebeb olmusdur Bunu heyata kecirmekle islam iqtisadcilari da Islami Cemiyyet in yaradilmasina umid edirler Lakin islamdaki liberal cereyanlar ise bundan imtina ederek islami muasir dunyevi institut ve normalarla uygunluq icerisinde qebul edirler Qeyd etmek lazimdir ki islam iqtisadiyyati neyin pis ve ya qadagan haram neyin ise yaxsi ve ya icaze olunmus halal olmasi haqqinda muhakimelere esaslanir Ona gore de qerbin iqtisad elminden ferqli olaraq burada Islam seriet huququ fundamental mena alir Islam huququ qalan huquqi sistemler kimi iqtisadi ve basqa fealiyyetleri ucun oz cercivesini yaradir lakin burada onemli bir ferq vardir Dunyevi sistemlerde qanunlar insan izni ile hazirlanir deyisilir ve legv olunub neticede dunyevi xarakter dasiyirsa Islam sisteminde qanunlar Ilahi tebietlerini dasimalidirlar ki deyisilmez ebedi ve insan mudaxilesinden azad bir xaraktere malik olsunlar 12 Butovlukde iqtisadiyyatda harami bele qruplasdirmaq olar Selemcilik ile mesgul olmaq Rusvet vermek ve almaq Firildaq ve yalan yolu ile qazanc elde etmek Haram kateqoriyasina aid mehsul narkotik maddeler spirtli ickiler donuz ve ondan hazirlanmis mehsullar fahiselik qumar ve s istehsal etmek ve satmaq Bazari monopollasdirmaq meqsedile tedbirler gormek ve sehlenkar reqabet aparmaq Ogurlanmis ve ya zebt olunmus mulkiyyetin ve ya qanuni yolla elde olunmayan her hansi bir seyin alqi satqisini teskil etmek Alicilari casdirmaq ve qorxutmaq Suni sekilde artirilmis qiymetlerle mehsullari satmaq Haram bu siyahi ile bitmir her qrupun oz alt qrupu menasi ve interpretasiyasi vardir Qadaga qoyulmayan fealiyyetler avtomatik olaraq icaze olunanlar kateqoriyasina aid olunur Lakin her icaze olunan arzu olunan demek deyildir Meselen satilan malin muqayiseli noqsanlarinin gizledilmesi eger bu yalan deyilse Yox eger yalandirsa o zaman bu haramdir Islama gore ticaret elaqeleri zamani sazis imzalandiqdan sonra endirimlerin istenilmesi arzu olunmazdir Umumiyyetle qanuni ve dogru sazis imzalandiqdan sonra duzelislerin birterefli telebi dogru deyildir Qaranliq yerlerde ticaretin aparilmasi da dogru deyil cunki bu musteriye mala yaxsi baxmaqda maneecilik toredir Her hansi bir yolla olursa olsun hedden cox qazanc elde etmek arzu olunan deyil Baxmayaraq ki hedden cox qazanc ifadesinin tam menasi aydin deyildir Bu mesele alimler arasinda coxlu mubahiselere sebeb olmusdur Bir sey aydindir ki qazanc tek motivasiya faktoru olmamalidir Bu islami sexs i Homo Islamicus iqtisadi sexsden Homo Oeconomicus ferqlendirir Butovlukde Islam heyat fealiyyetinin butun sahelerine o cumleden de iqstiadiyyata tesir gosterir Butun heyat boyu qessabliq kefenlerin ve tabutlarin hazirlanmasi ile mesgul olmaq da arzuolunmazdir Bunun izahi odur ki insanlarin qana ve olume verdis etmeleri onlarin hisslerinin sertlesmesine getirib cixardir Islamda insanlara meslehet gorulen iqtisadi fealiyyet novleri ise bunlardir Mominlere faizsiz borcun verilmesi Qazancin bolunmesi prinsipleri esasinda muxtelif layihelerin maliyyelesdirilmesi Kasib musteriler istisna olmaq serti ile hamiya eyni qiymetlerle mallarin satilmasi Musteri alinan malin keyfiyyeti ve qiymetinden narazi qaldiqda satici terefinden onun geri goturulmesi islama gore musteri ustunluk teskil edir Bazarda butun deyisikliklerle ayaqlasan cevik qiymet sisteminin olmasi Iqtisadi fealiyyetin aciq sekilde aparilmasi ve seffafligin temin olunmasi Iqtisadi fealiyyetin xesislikle deyil alicenabliq prinsiplerinde aparilmasi Mallarin keyfiyyet baximindan istehsalinin ve satisinin tekmillesdirilmesi Daima emekle mesgul olmaq ve bu meqsedlerle seher yuxudan tez oyanmaq ve s Gorunduyu kimi bu qaydalar sadece cennetde yer qazanmaq ucun yox hem de ugurlu iqtisadi fealiyyetin aparilmasi ve dunya nemetlerinin elde edilmesi ucun cox faydalidir Yuxarida sadalanan kateqoriyalari bilmek ve icaze verilen ve icaze verilmeyenler arasinda serhed qoymaq bacarigi duzgun iqtisadi fealiyyetlerin aparilmasinin esasidir Belelikle islam iqtisadcisi iki esas keyfiyyete malik olmalidir oz sahesinde mutexessis olmaq muselman huququnda bilik ve tecrubeye malik olmaq Bu keyfiyyetleri her bir emek adamina aid etmek olar Cunki onlar oz peselerinden basqa dini suallardan da bas cixarmalidirlar Edebiyyat siyahisi Redakte Meybullayev M X Islam iqtisadiyyati Baki Unsiyyet 2001 s 54 Islam Qisa melumat kitabi Baki Azernesr 1985 s 67 3 s 67 68 Qurani kerim 4 5 Qurani kerim 28 27 Qurani kerim 2 200 202 Qurani kerim 59 7 Qurani kerim 53 39 40 Mehemmed Hemidullah Islama giris Baki Qismet 2006 s 181 Qurani kerim 2 107 2 255 2 284 5 120 48 14 Qurani kerim 2 30 2 40 Nomani F and A Rahnema Islamic Economic Systems London amp New Jersey Zed Books Ltd 1994Menbe RedakteTerxan Pasazade Islam iqtisadi sisteminin esaslari Dovlet ve Din Ictimai fikir toplusu 3 11 Azerbaycan Respublikasi Dini Qurumlarla Is uzre Dovlet Komitesi Baki may iyun 2009 sehife 166 170 Menbe https az wikipedia org w index php title Islam iqtisadi sistemi amp oldid 4407508, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.