İmişli FK — və ya digər adı ilə İmişli Futbol Klubu. Azərbaycan Respublikası İmişli şəhərini təmsil edən futbol klubudur. 2022-ci ildən iştirak edir.
İmişli FK | |
---|---|
Klubun tam adı | İmişli Futbol Klubu |
Ölkə | Azərbaycan Respublikası |
Kodu | İMŞ |
Rəng(lər) | |
Yaranma tarixi | 2004 ) |
Stadionu | |
Tutumu | 9700 |
Koordinatlar | V22R+9FM |
Baş məşqçisi | Əsgər Abdullayev |
Kapitanı | Tolqar Yaqubov |
Liqa | Azərbaycan Birinci Liqası |
2022/2023 | 13 |
Tarixi
"İmişli" klubu 2004-cü ildə MKT-Araz adı ilə fəaliyyətə başlamışdır. Daha sonradan Mil-Muğan olaraq davam etmişdir. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır.
Avropa kuboklarında iştirak
Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində
2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur.
Mil Derbisi
Mil düzünün iki klubu ve İmişli FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
Uğurları
- Azərbaycan Kuboku:
- Finalçı (1) — 2006/2007
Liqa və Kuboklarda
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Kubok |
---|---|---|---|---|---|---|---|---|---|---|
1-ci | 8 | 34 | 16 | 9 | 9 | 35 | 23 | 57 | 1/2 final | |
1-ci | 9 | 26 | 9 | 8 | 9 | 31 | 36 | 35 | 1/4 final | |
1-ci | 5 | 24 | 12 | 5 | 7 | 23 | 18 | 41 | Finalçı | |
(2009–10) | 2-ci | 5 | 22 | 11 | 5 | 6 | 41 | 29 | 38 | 1/16 final |
(2010–11) | 2-ci | 4 | 26 | 15 | 3 | 8 | 49 | 34 | 48 | 1/8 final |
(2011–12) | 2-ci | 7 | 26 | 11 | 3 | 12 | 35 | 43 | 36 | İştirak etməyib |
(2013–14) | 2-ci | 9 | 30 | 11 | 7 | 12 | 29 | 33 | 40 | 1/8 final |
(2014–15) | 2-ci | 13 | 30 | 7 | 5 | 18 | 30 | 65 | 26 | İştirak etməyib |
(2015–16) | 2-ci | 8 | 26 | 8 | 8 | 10 | 28 | 26 | 32 | 1/8 final |
2022/2023
Liqanın axırlarına qədər klub oyunlarını Saatlı stadionunda keçiridi. Yalnız 6 aprel tarixində, keçirilən baxış nəticəsində İmişli öz ev oyunlarını doğma meydanda keçirə bildi. Uzun fasilədən sonra aprelin 12-də "Qarabağ-2" ilə doğma meydanda keçirilən görüşü, rəsmi protokola görə, 4500 tamaşaçı tərəfindən izlənmişdir. Komandanın İmişlidə keçirdiyi sonrakı iki görüşünə də maraq az olmayıb: "Kəpəz-2" ilə matçına 2500, bu mövsüm sonuncu ev görüşü - "Zirə-2" ilə qarşılaşmaya isə 4500 tamaşaçı tribunadan baxıb. Beləliklə, 3 matça düz 11.300 tamaşaçı gəlib. Bunlar Azərbaycan futbolunun bugünkü reallığında ən yüksək göstəricilərdən biridir
2023/2024
22 iyul tarixində "İmişli" klubu ictimaiyyətə yeni baş məşqçi olan Əsgər Abdullayevi təqdim etdi.
Futbolçular
|
İstinadlar
- Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? 2022-02-18 at the Wayback Machine (az.) apasport.az tarixi:2010.11.27
- "Arxivlənmiş surət". 2023-04-09 tarixində . İstifadə tarixi: 2023-04-07.
- "Arxivlənmiş surət". 2023-08-05 tarixində . İstifadə tarixi: 2023-08-05.
- "Arxivlənmiş surət". 2023-08-05 tarixində . İstifadə tarixi: 2023-08-05.
- "Arxivlənmiş surət". 2019-10-03 tarixində . İstifadə tarixi: 2023-03-09.
Həmçinin Bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, sayt, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer