Çərəkdar
Çərəkdar, Çərəktar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd.
Çərəkdar | |
---|---|
40°08′39″ şm. e. 46°20′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Çərəktar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çərəktar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Çərəktar kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Çərəktar Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirş.
Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçib.
Yaylaqlar
Buzluq yurdu, Əvəlikli yurd, Daşarası yurdu, Həmzəçimən yurd, Kərəmli dağı yurdu, Qalayçı yurd, Şaban yurdu, Ağbulaq yaylağı, Şikarın yurdu.
Bulaqlar
Qəndi bulağı, Göy talanın bulağı, Novlu bulaq, Sarı bulaq, Şırşır bulaq, Aynanın bulağı, Zimzim bulağı, Turş su, Armudlu bulağı, Xeyrənsə bulağı, Civəli bulağı.
Çərəktar bulağı
Kəlbəcər rayonu ərazisində mineral bulaq. Bulaq adını ərazisində yerləşdiyi eyniadlı yaşayış məntəqəsindən almışdır.
Məşhur yerlər
Məhəl təpəsi, Göydağ, Talalar, Kolavat, Qaraqaya, Alçalı boynu, Gəvrişli dərə, Arpaçəpəri, Çınqıllıtəpə, Kilsəli, Dağın qılıncı, Atapəyəsi, Arıq Alının pəyə yeri, Uzuntala, Almalı, Həsən bəyin qozlusu, Qurumdərə, Keş kəndi, Güvəli, Xırmanlar, Edilxan yurdu, Hovuzun dərəsi, Ələsvurulan, Ağavurulan, Əvəzin qəbri, Maralyalayan daş, Təkəyatan qaya, Kollucəvə, Fıstıqlı gərdən, Armudluq, Xanpərinin yeri, Astanın yeri, Bağyeri, Heyvalı, Küptalası, Ayıvurulan, Taplar, Göyqum, Qozluq yeri.
Binələr-Qışlaqlar
Seyidin binəsi, Xurşudlu binəsi, Məmməd bəyin binəsi, Alı bəyin binəsi, Həsən bəyin binəsi, Uzuntala binəsi, Kollucəvə binəsi.
İstinadlar
- http://census.stat-nkr.am/nkr/1-1.pdf
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.
- 26.03.1993 Гетаван-Чарекдар.wmv
- Çərəkdar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-155-3.
- Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Xarici keçidlər
- Kəlbəcər rayonunun toponimləri[ölü keçid]
- Kəlbəcər rayonu
- Qarabaq[ölü keçid]