Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

çuhaçi Ninomiya 二宮 忠八 Ninomiya çuhaçi 20 iyun 1866 Yavatahama d Ehime prefekturası 8 aprel 1936 Yaponiya aviasiya qabaqc

Çuhaçi Ninomiya

Çuhaçi Ninomiya
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Çuhaçi Ninomiya (二宮 忠八, Ninomiya Çuhaçi, 20 iyun 1866, Yavatahama[d], Ehime prefekturası – 8 aprel 1936) – Yaponiya aviasiya qabaqcılı. Qarğa tipli uçan aparat (1891) və qızılböcək tipli uçan aparat (1893) kimi müstəqil aviasiya dizaynları hazırlamışdır.

Çuhaçi Ninomiya
yap. 二宮 忠八
image
Doğum tarixi 20 iyun 1866(1866-06-20)
Doğum yeri
  • Yavatahama[d], Ehime prefekturası, Yaponiya
Vəfat tarixi 8 aprel 1936(1936-04-08) (69 yaşında)
Vəfat səbəbi mədə xərçəngi
Fəaliyyəti aeronavt[d], mühəndis, hərbi qulluqçu
image Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Çuhaçi Ninomiya 1866-cı ildə samuray ailəsinin dördüncü oğlu kimi doğulmuşdur. Uşaqlıqdan uçan aparatlara böyük marağı olmuşdur. Orduya qoşulmazdan öncə çərpələnglərin hazırlanması ilə məşğul olmuş, reklam məqsədləri üçün "valideyn və uşaq" çərpələngi ixtira etmişdir. Fotodükkanda işlədikdən sonra 14 yaşında böyük qardaşının dərman dükkanında işləməyə başlamışdır. Tibbi bilikləri səbəbilə Yaponiya ordusunda xəstə baxıcısı təyin olunmuşdur.

1889-cu ilin noyabrında Yaponiya ordusunda hərbi təlim zamanı dincələn Ninomiya qanadını çırpmadan uçan qarğaları müşahidə etmiş və bundan ilhamlanaraq ilk miniatür təyyarə modelini yaratmışdır. Təyyarə modelinin 60 santimetr genişliyində bir qanadı, dörd pərvanəsi və üç təkəri var idi, pərvanəsi gəmi pərvanəsi əsasında yaradılmışdı. "Karasu" (hərf. "qarğa") adını verdiyi bu modelin ön hissəsinə qarğa şəkli də çəkmişdir. Ninomiyanın 29 aprel 1891-ci ildə Maruqame hərbi təlim sahəsindəki keçirdiyi təcrübə zamanı bu model 1 metr hündürlüyə qalxmış və 9 metr məsafəyə uçmuşdur.

Aviasiya təcrübələrinə davam edən Ninomiya uçan balıqlar daxil olmaqla digər uçan canlıları müşahidə etməyə başlamış və onlar əsasında eskizlər çəkmişdir. 1893-cü ildə qızılböcəklərdən ilhamlanaraq istiqamət dəyişə bilən "Tamamuşi" adlı yeni miniatür təyyarə modeli yaratmışdır. 1894-cü ildə Çin-yapon müharibəsi zamanı onun bölüyü Çinə göndəriləndə modellərini və planlarını özü ilə aparmışdır. O, insan daşıyan təyyarələrin hazırlanması üçün orduya müraciət etsə də, müraciəti rədd edilmişdir.

Ordudan ayrıldıqdan sonra Osakada yerləşən farmakologiya şirkətində işləməyə başlamışdır. O, təyyarə istehsalı üçün vəsait toplamış və təyyarə uçuşu eksprementləri aparmaq üçün münasib olan Yavata şəhərinə köçmüşdür. O, 1908-ci ildə insan daşıya bilən ilk təyyarə modelini tamamlamaq üzrəykən Rayt qardaşlarının 1903-cü ildəki uğurundan xəbər tutmuşdur. Bu xəbəri eşidən Ninomiya dərhal bütün aviasiya təcrübələrini dayandırmış, tamamlanmamış modelini çəkiclə məhv etmişdir. Həyatının qalan hissəsində şinto rahibi olmuş və aviasiya tədqiqatları zamanı baş vermiş qəzaların qurbanlarını yad etmək məqsədilə 1915-ci ildə Yavata şəhərində Hiko məbədini qurmuşdur.

Xatirəsi

Yaponiyada Ninomiyanın xatirəsi üçün bir çox abidə qoyulmuş və memorial hazırlanmışdır. Yavatahama kitabxanasında Ninomiya bölgəsi və Ninomiya üçün ilham mənbəyi olmuş yerdə Ninomiya Çuhaçi Uçuş Pavilyonu yaradılmışdır. Kanaqava prefekturasının Maruqame şəhərində ilk aviasiya təcrübəsini keçirdiyi yerdə daş abidələr qoyulmuşdur. Məbədlərin birində onun bürünc heykəli yerləşir. Ninomiya tərəfindən yaradılmış Hiko məbədinə bitişik olan aviasiya muzeyində onun əşyaları və onun ixtiraları (eskizlər, fotolar, çərpələnglər, təyyarə modelləri) sərgilənir.

Ninomiya orduya təyyarə hazırlamaq təklifini etdiyi zaman Seulda farmakoloq kimi işləyirdi. Bu səbəbdən 1931-ci ildə Seulda yerləşən onun üçün daş abidə qoyulmuşdur. İkinci Dünya müharibəsindən sonra bu daş abidə parkdan yığışdırılmışdır.

İstinadlar

  1. "Ninomiya Chuhachi Japanese Flight". Japan Experience (ingiliscə). 25 dekabr 2012. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.
  2. Shiroshita, Sohei. "Chuhachi Ninomiya and the Failure to Transfer his Airplane Technology to Japan". The International Conference on Business & Technology Transfer (ingiliscə). may 2010: 73–82. doi:10.1299/jsmeicbtt.2010.5.0_73. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.
  3. "Hikō Jinja—Shrine of Flight". Atlas Obscura (ingiliscə). 3 noyabr 2023. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2024.

Xarici keçidlər

  • "Tamamuşi" modeli

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Cuhaci Ninomiya 二宮 忠八 Ninomiya Cuhaci 20 iyun 1866 Yavatahama d Ehime prefekturasi 8 aprel 1936 Yaponiya aviasiya qabaqcili Qarga tipli ucan aparat 1891 ve qizilbocek tipli ucan aparat 1893 kimi musteqil aviasiya dizaynlari hazirlamisdir Cuhaci Ninomiyayap 二宮 忠八Dogum tarixi 20 iyun 1866 1866 06 20 Dogum yeri Yavatahama d Ehime prefekturasi YaponiyaVefat tarixi 8 aprel 1936 1936 04 08 69 yasinda Vefat sebebi mede xercengiFealiyyeti aeronavt d muhendis herbi qulluqcu Vikianbarda elaqeli mediafayllarHeyatiCuhaci Ninomiya 1866 ci ilde samuray ailesinin dorduncu oglu kimi dogulmusdur Usaqliqdan ucan aparatlara boyuk maragi olmusdur Orduya qosulmazdan once cerpelenglerin hazirlanmasi ile mesgul olmus reklam meqsedleri ucun valideyn ve usaq cerpelengi ixtira etmisdir Fotodukkanda isledikden sonra 14 yasinda boyuk qardasinin derman dukkaninda islemeye baslamisdir Tibbi bilikleri sebebile Yaponiya ordusunda xeste baxicisi teyin olunmusdur 1889 cu ilin noyabrinda Yaponiya ordusunda herbi telim zamani dincelen Ninomiya qanadini cirpmadan ucan qargalari musahide etmis ve bundan ilhamlanaraq ilk miniatur teyyare modelini yaratmisdir Teyyare modelinin 60 santimetr genisliyinde bir qanadi dord pervanesi ve uc tekeri var idi pervanesi gemi pervanesi esasinda yaradilmisdi Karasu herf qarga adini verdiyi bu modelin on hissesine qarga sekli de cekmisdir Ninomiyanin 29 aprel 1891 ci ilde Maruqame herbi telim sahesindeki kecirdiyi tecrube zamani bu model 1 metr hundurluye qalxmis ve 9 metr mesafeye ucmusdur Aviasiya tecrubelerine davam eden Ninomiya ucan baliqlar daxil olmaqla diger ucan canlilari musahide etmeye baslamis ve onlar esasinda eskizler cekmisdir 1893 cu ilde qizilboceklerden ilhamlanaraq istiqamet deyise bilen Tamamusi adli yeni miniatur teyyare modeli yaratmisdir 1894 cu ilde Cin yapon muharibesi zamani onun boluyu Cine gonderilende modellerini ve planlarini ozu ile aparmisdir O insan dasiyan teyyarelerin hazirlanmasi ucun orduya muraciet etse de muracieti redd edilmisdir Ordudan ayrildiqdan sonra Osakada yerlesen farmakologiya sirketinde islemeye baslamisdir O teyyare istehsali ucun vesait toplamis ve teyyare ucusu eksprementleri aparmaq ucun munasib olan Yavata seherine kocmusdur O 1908 ci ilde insan dasiya bilen ilk teyyare modelini tamamlamaq uzreyken Rayt qardaslarinin 1903 cu ildeki ugurundan xeber tutmusdur Bu xeberi esiden Ninomiya derhal butun aviasiya tecrubelerini dayandirmis tamamlanmamis modelini cekicle mehv etmisdir Heyatinin qalan hissesinde sinto rahibi olmus ve aviasiya tedqiqatlari zamani bas vermis qezalarin qurbanlarini yad etmek meqsedile 1915 ci ilde Yavata seherinde Hiko mebedini qurmusdur XatiresiYaponiyada Ninomiyanin xatiresi ucun bir cox abide qoyulmus ve memorial hazirlanmisdir Yavatahama kitabxanasinda Ninomiya bolgesi ve Ninomiya ucun ilham menbeyi olmus yerde Ninomiya Cuhaci Ucus Pavilyonu yaradilmisdir Kanaqava prefekturasinin Maruqame seherinde ilk aviasiya tecrubesini kecirdiyi yerde das abideler qoyulmusdur Mebedlerin birinde onun burunc heykeli yerlesir Ninomiya terefinden yaradilmis Hiko mebedine bitisik olan aviasiya muzeyinde onun esyalari ve onun ixtiralari eskizler fotolar cerpelengler teyyare modelleri sergilenir Ninomiya orduya teyyare hazirlamaq teklifini etdiyi zaman Seulda farmakoloq kimi isleyirdi Bu sebebden 1931 ci ilde Seulda yerlesen onun ucun das abide qoyulmusdur Ikinci Dunya muharibesinden sonra bu das abide parkdan yigisdirilmisdir Istinadlar Ninomiya Chuhachi Japanese Flight Japan Experience ingilisce 25 dekabr 2012 2024 03 04 tarixinde arxivlesdirilib Istifade tarixi 4 mart 2024 Shiroshita Sohei Chuhachi Ninomiya and the Failure to Transfer his Airplane Technology to Japan The International Conference on Business amp Technology Transfer ingilisce may 2010 73 82 doi 10 1299 jsmeicbtt 2010 5 0 73 2024 03 04 tarixinde arxivlesdirilib Istifade tarixi 4 mart 2024 Hikō Jinja Shrine of Flight Atlas Obscura ingilisce 3 noyabr 2023 2023 11 07 tarixinde arxivlesdirilib Istifade tarixi 1 mart 2024 Xarici kecidler Tamamusi modeli

Nəşr tarixi: İyun 10, 2025, 10:32 am
Ən çox oxunan
  • Mart 21, 2025

    Naxçıvan məhəlli höküməti

  • Fevral 26, 2025

    Naxçıvan Elm və Texnika Mərkəzi

  • Mart 14, 2025

    Naxçıvan BK

  • Fevral 28, 2025

    Naxçıvan Ali Məclisinin VII çağırış deputatları

  • Fevral 26, 2025

    Naxçıvan türk liseyləri

Gündəlik
  • Nyu-York

  • Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi

  • Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası

  • Avstriya-Macarıstan

  • Avstriya-Macarıstan quldeni

  • 1940

  • 1946

  • İtaliya

  • Bəşər Əsəd

  • 9 iyun

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı