Bu adın digər istifadə formaları üçün bax: Alekseyevka.
Çaykənarı (tarixi adı - Dəlləkkənd; digər keçmiş adı - Alekseyevka (Алексеевка)) — Azərbaycan Respublikasının Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Qusar çayının sağ sahilindən bir qədər aralı, Samur-Dəvəçi ovalığındadır.
12 iyun 2018-ci ildə Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı kəndi adlandırılmış və Alekseyevka kənd inzibati ərazi dairəsi Çaykənarı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Toponimikası
XIX əsrdə ruslar və ukraynalıların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur. Kəndə köçürülən slavyan (əsasən ukrayın, həmçinin rus) əhalinin əsası Ukraynanın indiki Xarkov vilayətinin Boqoduxovskiy rayonunun Şarovka kəndinin sakinlərindən ibarət idi. Beləliklə, Alekseyevka kəndi (digər kənd koloniyalarından fərqli olaraq) Azərbaycanda əsası qoyulmuş ukrayın kəndi olmuşdu.
1933-cü ildə Azərbaycanda Alekseyevka adlı digər iki kənd Qazax və Lənkəran rayonlarında qeydə alınmışdır.
↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
"Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının 12 iyun 2018-ci il tarixli, 1190-VQ nömrəli Qanunu" (azərb.). e-qanun.az. 2018-06-12. 2020-04-16 tarixində . İstifadə tarixi: 2020-04-16.