Azərbaycanca AzərbaycancaDeutsch Deutsch日本語 日本語Lietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська УкраїнськаUnited State United State
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var Vaxt keçdikcə məlumatlar sürətli şəkildə dəyişə bilər və ilk

Ramiz Mehdiyevin həbsi

Ramiz Mehdiyevin həbsi
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az
TikTok Jeton Satışı
Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Vaxt keçdikcə məlumatlar sürətli şəkildə dəyişə bilər və ilkin xəbərlər etibarsız ola bilər. Bu məqalənin cari məzmunu ən son yeniləmələri və ən aktual məlumatları əks etdirməyə bilər. Bu məqaləni təkmilləşdirməkdən və ya müzakirə səhifəsində dəyişiklikləri müzakirə etməkdən çəkinməyin, lakin etibarlı istinadları olmayan əlavələrin silinəcəyini unutmayın. (oktyabr 2025)

Ramiz Mehdiyevin həbsi — Azərbaycan ictimai-siyasi və elm xadimi Ramiz Mehdiyevin həbs edilməsi.

image
Ramiz Mehdiyev 2018-ci ildə.

14 oktyabr 2025-ci ildə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.

Zəmin

Ramiz Mehdiyev müxtəlif dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti (2019–2022), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995–2019), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü (2007), Azərbaycan Respublikasının Həqiqi Dövlət Müşaviri,Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin (1993–05.03.2021) və Veteranlar Şurasının üzvü (05.03.2021–h.h.) olmuşdur. O, Azərbaycandakı siyasi proseslərin mərkəzində olan fiqurlardan biri hesab edilmiş və "boz kardinal" olaraq tanınmışdır.

Uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevin dövrü 2019-cu ildə sona çatmışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyin edilmiş, lakin bu vəzifəni üç ildən sonra tərk etmək məcburiyyətində qalmışdır. Mehdiyev xüsusilə COVID-19 pandemiyası dövründə nümayişkaranə şəkildə öz etirazlarını bildirmiş və AMEA-nın rəsmi vebsaytını dünya nizamı ilə bağlı öz baxışlarını əks etdirən bir bloqa çevirmişdir. 2025-ci ilin fevralında Azərbaycanda çevriliş planlayan bir qrup sui-qəsdçi barədə şayiələr yayılmağa başlamışdır. İddialara görə, Ramiz Mehdiyev bu çevrilişçilərin lideri hesab olunmuşdur. "Meydan TV"də qeyd olunmuşdur ki, Ramiz Mehdiyev seçki saxtakarlığı etmək, mətbuatı hakimiyyətdən asılılaşdırmaq və xalqdan oğurladıqları ittihamları ilə bağlı uzun müddət tənqid olunmuşdur. Bundan əlavə, Mehdiyev İkinci Qarabağ müharibəsində dəstək xarakterli çıxış etmədiyi üçün də mətbuatda tənqid edilmişdir.

Sabiq deputat və Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü Etibar Əliyev Mehdiyevin akademik titulunun və elmi işlərinin ləğv edilməsinin qanunla mümkün olduğunu bildirmişdir. Əliyev özündən başqa Şahlar Əsgərov, Zahid Qaralov, Əli Nağıyev, qarşı da Ramiz Mehdiyev tərəfindən maneələr törədildiyini qeyd etmişdir. Professor Cəmil Həsənlinin 2020-ci ildə verdiyi açıqlamaya görə, Ramiz Mehdiyev bir vaxtlar Heydər Əliyevin əleyhinə sözlər söyləmiş, Mehdiyev demişdir ki, onu komsomol işinə Həsən Həsənov, partiya işinə isə Teymur Əliyev irəli çəkmiş, lakin Heydər Əliyev uzun müddət onun karyera yüksəlişinə mane olmuşdur. 1988-ci ildə, Mərkəzi Komitənin (MK) katibi vəzifəsindən azad edildiyi vaxt Mehdiyev hələ MK üzvü qalmaq istəmiş və plenumlarda Heydər Əliyevin əleyhinə çıxışlar etmişdir. Həmçinin, sabiq deputat Maksim Musayev də iddia etmişdir ki, Əbdürrəhman Vəzirov dövründə ona qarşı yazılı materiallar hazırlanarkən Ramiz Mehdiyev Heydər Əliyevin əleyhinə yazılar yazmışdır. Bundan başqa, sabiq deputat və Azərbaycanın İstanbuldakı keçmiş konsulu Xeyrəddin Qoca bildirmişdir ki, Ramiz Mehdiyevin dövründə özünə və həmkarı Alqış Həsənoğluna qarşı təzyiqlər tətbiq edilmişdir.

"Modern.az" saytında dərc olunan məqalədə qeyd edilmişdir ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Fəzail Ağamalı, Musa Musayev, Sabir Rüstəmxanlı, Siruz Təbrizli və "Yeni Azərbaycan" qəzeti redaktoru Alqış Musayev kimi şəxslər açıq şəkildə ona qarşı çıxmışdır. Yazıçı-jurnalist Sirus Təbrizli qeyd etmişdir ki, o, vaxtilə bir dəfə Ərşad Əzimzadəyə, sabiq Prezident Heydər Əliyevə Ramiz Mehdiyevi şikayət etmiş, onun özünə qarşı "quyu qazdığını" bildirmişdir. Təbrizli bu hadisənin ardından YAP-ı tərk etdiyini və Mehdiyevin fəaliyyətinə qarşı dərin nifrət bəslədiyini bildirmişdir.

İddialara görə, Ramiz Mehdiyev 2021-ci ildə 16 nəfər deputatı, o cümlədən Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzovu "ona böhtan atmaq", "işgüzar nüfuzunu ləkələmək" və "təqsirsiz şəkildə ittiham etmək" kimi hərəkətlərlə məhkəməyə vermək istəmiş, lakin sonradan bu addımı atmamışdır.

Həbs

image
"Qafqaz dördlüyü" ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə görüşdə Ramiz Mehdiyev, Vladimir Putin, Serj Sarkisyan və . 2002-ci il.

14 oktyabr 2025-ci ildə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Ramiz Mehdiyev təxminən 7 saat ifadə vermişdir. Mehdiyevin müdafiəsini Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyev həyata keçirir. Ramiz Mehdiyev növbəti gün keçirilən məhkəməyə gedə bilməmiş və bu səbəbdən məhkəmə prosesi onlayn keçirilmişdir.

"Manset.az" saytı jurnalisti Ramiz Mehdiyev ilə əlaqə saxlamış, onun dövlətə xəyanətdə ittiham edilməsi haqda mövqeyini soruşmuşdur. O, telefonu açmağına baxmayaraq, sualı eşidən kimi dəstəyi asmışdır. Müxtəlif mənbələr Ramiz Mehdiyevin ev dustaqlığını çəkdiyi məkan haqqında fərqli məlumatlar vermişdilər. Bəzi mənbələr bunun Novxanı qəsəbəsində yerləşən əmlak, digərləri isə Bakının Tbilisi prospektində, "Avropa" otelinin yaxınlığında yerləşən bir villa olaraq göstərmişdilər.

"Azəri Press Agentliyi"nin yaydığı məlumata görə, Ramiz Mehdiyevin Rusiyanın dəstəyi ilə dövlət çevrilişi həyata keçirməyə cəhd etdiyi iddia olunmuşdur. İddialara əsasən, Mehdiyev Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginlikdən istifadə etməyə çalışaraq Moskvadan siyasi dəstək gözləmişdir. O, hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkədə keçid dövrü üçün Dövlət Şurası formatında müvəqqəti idarəetmə orqanı yaradılmasını təklif etmişdir. Mənbə məlumat vermişdir ki, Mehdiyev rəhbərlik etməyi planlaşdırdığı bu qurumda təmsil olunacaq şəxslərin siyahısını da Rusiya tərəfi ilə bölüşmüşdür. Hesabatda qeyd olunmuşdur ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə keçirilən görüşü zamanı Rusiya tərəfi Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı barədə Azərbaycan nümayəndə heyətinə məlumat vermişdir.

"Eurasianet"də dərc olunan təhlildə Ramiz Mehdiyevin həbs edilməsi və ittiham olunması Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə artıq mövcud olan gərginliyin göstəricisi kimi qiymətləndirilmişdir. Bundan başqa, sabiq deputat və siyasi şərhçi Rasim Musabəyov bildirmişdir ki, Azərbaycandakı siyasi proseslərin başında həmişə Ramiz Mehdiyev olmuş, ölkə siyasətində uzun illər dominant rol oynamışdır. Musabəyov Mehdiyevin həbsinin ölkədəki siyasi sistemin dəyişməsi və yeni liderlik strukturunun formalaşması ilə əlaqəli olduğunu qeyd etmişdir. Təhlükəsizlik eksperti İlham İsmayıl bildirmişdir ki, Mehdiyevin planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılması və bu qurumun rəhbərliyinin özünə verilməsi nəzərdə tutulmuşdur. O, əlavə etmişdir ki, Rusiya Mehdiyevin simasında heç bir perspektiv görmədiyindən onu ifşa etmişdir. "Caliber.az" saytının məlumatına görə, Mehdiyev, 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra yaranan gərginlikdən istifadə etmiş və çevriliş planını həyata keçirmək istəmişdir.

"Yeni Müsavat"da qeyd edilmişdir ki, istintaq orqanları Mehdiyev və yaxınlarına məxsus əmlakların satışını və bağışlanmasını məhdudlaşdırmaq məqsədilə notariuslara göstəriş vermişlər. Obyekt, villalar, torpaq sahələri kimi daşınmaz əmlaklar satışa çıxarılmağa başlamış, bəzən bazar dəyərindən 30–40% ucuz qiymətlə göstərilmişdir. Bu addımların məqsədi olaraq şübhə olunan "əməl qaçırma" hallarının qarşısını almaq göstərilmişdir.

"Operativ Media" saytında yayımlanan məqalədə Ramiz Mehdiyevin yaxın ətrafında olan və onunla əlaqəli olduğu iddia edilən şəxslər sıralanmış, bura Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, AXCP-nin gənclər təşkilatının keçmiş fəalı Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, Eldar Mahmudovun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qohumu Cahangir Hacıyev, "qara kassa" kimi tanınan Ziya Məmmədov və obun ki qardaşı, AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elton Məmmədov, "Tərtər işi"nə görə məhkəmə sistemindən uzaqlaşdırılmış , Prezident Administrasiyasının işlər idarəsinə müdir təyin edilmiş Fikrət Əliyev, deputatlar Zahid Oruc və Məlahət İbrahimqızı daxil edilmişdir. Məqalədə həmçinin, Ramiz Mehdiyevin siyasi planlarının və ittihamlarının Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxta təsadüf etdiyi qeyd bildirilmişdir

Ramiz Mehdiyev həbs olunduğu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilmişdir. 17 oktyabrda İsa Həbibbəyli bildirmişdir ki, Ramiz Mehdiyevin AMEA-dakı üzvlüyü məsələsinə baxılır. O qeyd etmişdir ki, bu məsələ məhkəmənin qərarından sonra müzakirə olunacaq və uyğun qərar veriləcək. Dramaturq və filosof Firuz Mustafa Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə orada elm adamları tərəfindən mənfi qarşılandığını, elmin inkişafına mane olduğunu və öz mövqeyi olan institut rəhbərlərini sıxışdırdığını qeyd etmişdir. Mustafa Mehdiyevin AMEA-da rəhbərlik etdiyi dövrdə akademiyada rüşvət və intriqa yuvası yaratdığını, özünün və yaxınlarının şəxsi maraqları üçün fəaliyyət göstərdiyini vurğulamışdır.

Mədət Quliyevin verdiyi açıqlamaya görə, Mehdiyev yalnız AMEA-dan yox, həmçinin Təhlükəsizlik Şurasından da çıxarılacaq və bu prosesə 17 oktyabrda başlanılmışdır. Elə növbəti gün prezident fərmanı ilə həmin vəzifədən azad olunmuşdur.

Əlaqəli hadisələr

Həmin gün Ramiz Mehdiyevin ailə üzvləri — həyat yoldaşı Qalina Yuriyevna Mehdiyeva və oğlu Teymur Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Mehdiyeva barəsində məhkəmə iddiası qaldırılmışdır. İddiaçı "Fireland Vineyards" MMC-nin qanuni təmsilçisi Elmar Çingiz oğlu Səidovdur. Məlumata görə, Qalina Mehdiyeva və oğlu Teymur Mehdiyev Ramiz Mehdiyevin külli miqdarda borclanmasına səbəb olmuşdular. Novxanı qəsəbəsində Ramiz Mehdiyevin ailəsinə məxsus 155 hektar torpaq sahəsi olduğu bildirilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı rəsmi məlumatlara görə, Novxanı kəndində subsidiya alan cəmi 2 fermer təsərrüfatı olmuşdur. Onlardan biri Qalina Mehdiyeva, digəri isə Teymur Mehdiyevə məxsus olmuşdur. 2017-ci ildə açıqlanan məlumata görə, Qalina Mehdiyeva sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5.650 manat, Teymur Mehdiyev isə 42 hektar torpaq sahəsinə görə 2.100 manat subsidiya almışdılar. "Bank BTB" ASC-nin səhmlərinin 74,98%-i (49.829 ədəd) Nigar İsmayıl qızı Mehdiyevaya – Ramiz Mehdiyevin gəlininə məxsusdur. Teymur Mehdiyev 18 oktyabrda vəzifəsindən azad edilmişdir.

Əlavə olaraq, Qalina Mehdiyevanın yaxın əməkdaşı və Ramiz Mehdiyevin ailə üzvü olan, Bakı Dövlət Universitetində Riyaziyyat / Mexanika-Riyaziyyat fakültəsində Hesablama Riyaziyyatı kafedrasının müdiri Mehriban İmanova vəzifəsindən azad edilmişdir. İmanova Mehdiyeva ilə sıx əməkdaşlıq etmiş, onun işlərini idarə etmiş və onun fəaliyyətində mühüm rol oynamışdır.

Əlavə iddialar

Ramiz Mehdiyev barəsində irəli sürülən ittihamlar arasında onun Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli ilə əlaqələrinin olması iddiaları da yer almışdır. Hökümətə yaxın mənbələrin iddialarına görə, Mehdiyev ölkədəki siyasi mühiti zəiflətmək və seçkilərin legitimliyini şübhə altına almaq məqsədilə müxalifətdən istifadə etmiş, xüsusən də boykot strategiyasını AXCP və Əli Kərimli vasitəsilə gündəmə gətirmişdir. Sabiq deputat Fəzail Ağamalı Mehdiyevin Əli Kərimli, mühacir blogerlər və digər şəxslərlə əlbir olduğunu iddia etmişdir. REAL Partiyasının sədri Natiq Cəfərli Mehdiyevin müxalifətlə əlaqələri iddialarını şübhə altına almış və bunların sübutlu olmalı olduğunu bildirmişdir. Oxşar məcrada irəli atılmış iddialara görə, Ramiz Mehdiyevim planı "beşinci kolon" fəaliyyəti çərçivəsində Rusiyanın maraqları istiqamətində qurulmuşdur. sədri Hafiz Hacıyev qeyd etmişdir ki, keçmiş prokurordan biri Əli Kərimlini həbs etmək istəmiş, lakin Ramiz Mehdiyev buna icazə verməmişdir. Hacıyev bildirmişdir ki, Əli Kərimli Əbülfəz Elçibəyin hakimiyyəti dövründə onun devrilməsində birinci rol oynamış və Ramiz Mehdiyevin maneələri səbəbindən həbs edilə bilməmişdir. Həmçinin, Hacıyev iddia qaldırmışdır ki, Mehdiyevin təsiri ilə "Əli Kərimliyə hakimiyyət daxilindən 50–100 minlərlə vəsait daxil olur".

Deputat Fəzail Ağamalı iddia etmişdir ki, Ramiz Mehdiyev və Əli İnsanovun arasında əvvəllər gərginlik olmağına baxmayaraq, sonradan onların əməkdaşlıq əlaqələrinin yarandığına dair ehtimallar mövcuddur. Ağamalı qeyd etmişdir ki, İnsanov 2020-ci ilin iyun ayında verdiyi müsahibədə Mehdiyevə müsbət münasibət bəyan etmiş və bu, onların əməkdaşlığına dair "regional kontingent" qurma ehtimalını gündəmə gətirmişdir.

Reaksiyalar

Ramiz Mehdiyevin həbs olunması Azərbaycan cəmiyyətində ictimai şərhlər geniş fikir mübadiləsi yaratmış və bu müzakirələr siyasi kontekstdə əhəmiyyət kəsb etmişdir. "Yeni Müsavat" apardığı sorğu əsasında xəbər vermişdir ki, Bakının sakinləri arasında yayılan fikrə görə, Mehdiyevin bu sərvəti xalqın vergiləri və dövlət resursları hesabına formalaşmış, buna görə də "xalqın haqqıdır, xalqa da qaytarılsın" şüarı ilə ictimai tələblər səslənmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru və sabiq təhsil naziri Misir Mərdanov Mehdiyevin dövlətin müxtəlif strukturlarına öz adamlarını yerləşdirməsi və təhsilin inkişafına maneələr yaratması nəticəsində ölkəyə böyük zərbələr vurduğunu bildirmiş, həm Milli Məclisdə, həm də dövlət orqanlarında Ramiz Mehdiyevin kadrları olduğunu və bu səbəbdən təmizləmə işləri davam etdirilməli olduğunu əlavə etmişdir. Mərdanov qeyd etmişdir ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin öz atasının fəaliyyətindən xəbərsiz olmasının mümkün deyil və onların ədalət qarşısında cavab verəcəyinə inanır. Teymur Mehdiyev Fövqəladə Hallar nazirinin müavini və general-mayordur. Oxşar istiqamətdə fikir bildirən sabiq dövlət müşaviri və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov Ramiz Mehdiyevin törətdiyi cinayətləri tək başına etmədiyini və bu cinayətlərdə bir neçə şəxsin iştirak etdiyini bildirmişdir. Həsənov cinayətlərin törədilməsində iştirak edən digər şəxslərin adlarını açıqlamamış, lakin onların da məsuliyyət daşıdığını qeyd etmişdir. Professor Cümşüd Nuriyev də bildirmişdir ki, Ramiz Mehdiyev,Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə 900-dən çox yüksək vəzifəyə kadr yerləşdirmişdir.

İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri və sabiq maliyyə naziri Əvəz Ələkbərov Mehdiyevin peşəkar aparat işçisi olduğunu, ancaq doktorluq dissertasiyasının müdafiəsi zamanı diplom almağına mane olduğunu qeyd etmiş, həmçinin Eldar Mahmudovun da qanun qarşısında ciddi cəzalandırılması, rütbələrinin və ordenlərinin geri alınması və qanunsuz qazandıqları vəsaitlərin dövlətə qaytarılması lazım olduğunu vurğulamışdır. Deputat Məlahət İbrahimqızı Milli Məclisin plenar iclasında bəyan etmişdir ki, "dövlət başçısına xəyanət edən hər şəxs, o cümlədən Ramiz Mehdiyev, qanun qarşısında cavab verməlidir". İbrahimqızı əlavə olaraq vurğulamışdır ki, Mehdiyevin Yeni Azərbaycan Partiyasından çıxarılması gözləniləndir, lakin hazırda bunun üçün məhkəmə qərarını gözləmək lazımdır.

Ana Vətən Partiyasının sədri və sabiq millət vəkili Fəzail Ağamalı bildirmişdir ki, Mehdiyevin telefonlarının izlənməsi və evindəki söhbətlərin müvafiq qurumlar tərəfindən izlənməsi ehtimalı var. O, Mehdiyevin öldürülə biləcəyini də ehtimal etmişdir. Ağamalı Mehdiyevin Rusiyanın Azərbaycandakı əsas əlaqələndiricisi olduğunu və bu səbəbdən onun təhlükəsizliyinin önəmli olduğunu qeyd etmiş, Mehdiyevin həbsxanada öldürülməsi ehtimalının istintaqın gedişatına mane ola biləcəyini bildirmişdir. Etibar Əliyev qeyd etmişdir ki, Mehdiyevin doktorluq dissertasiyasının sovet ideologiyası ilə bağlı olduğunu və bu səbəbdən elmlər doktoru adının ləğvinin gündəmdə ola biləcəyini qeyd etmişdir. O, Mehdiyevin elmi işlərinin də ləğv olunmasının vacib olduğunu vurğulamışdır.

II, III və IV çağırış Milli Məclisinin deputatı olmuş Gülər Əhmədova Ramiz Mehdiyevi “siyasi timsah” adlandırmış, Mehdiyevin əmri ilə özünə, ailəsinə və yaxınlarına qarşı şər-böhtan yazıldığını, onların həyatının məhv edildiyini bildirmişdir. Əhmədova Mehdiyevin təsiri ilə müxtəlif jurnalistlərə və saytların rəhbərlərinə təzyiq göstərildiyini, onların özünə qarşı mənfi yazılar yazdırıldığını iddia etmişdir. Bundan başqa, deputat Tənzilə Rüstəmxanlı öz həmkarı Siyavuş Novruzovu tənqid etmiş, "Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazmağını" tələb etmişdir.

Müsavat Partiyasının sədri İsa Qəmbər bildirmişdir ki, Mehdiyevin "hakimiyyətin ikinci adamı" və "Moskvanın əsas kadrlarından biri" olduğu iddiaları "təəccüblü deyil", amma o, bu istiqamətdə hüquqi açıqlamanın rəsmi şəkildə verilməsinin vacib olduğunu qeyd etmişdir. sədr müavini bildirmişdir ki, Ramiz Mehdiyev türk milli kimliyinə qarşı mübarizə aparmışdır. AĞ Partiya sözçüsü və "Yeni Müsavat" qəzetinin siyasət yazarı Cavanşir Abbaslı bildirmişdir ki, Ramiz Mehdiyevə qarşı başlanmış cinayət işi uzun müddət hazırlanmışdı, lakin yalnız "uyğun zamana" qədər gizlədilmişdi.

İstinadlar

  1. "E-QANUN". e-qanun.az.
  2. "Ramiz Mehdiyev". modern.az. 31 mart 2022 tarixində arxivləşdirilib.
  3. "http://anl.az/el/emb/R.Mehdiyea lim.html". anl.az. 31 mart 2022 tarixində arxivləşdirilib.
  4. "Ramiz Mehdiyev, hər iki Əli Həsənov və Siyavuş Novruzov YAP-ın İdarə Heyətindən çıxarıldılar". 31 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2021.
  5. "Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib". www.musavat.com.
  6. "Серый кардинал Баку отправлен под арест". Коммерсантъ. 15 oktyabr 2025.
  7. "Секрет и разоблачение заговора Рамиза Мехтиева". Эхо Кавказа. 17 oktyabr 2025.
  8. ""Ramiz Mehdiyev Əliyevlərin əmrlərinin icraçısı olub, buna görə də mükafatlandırılıb"". 17 oktyabr 2025.
  9. https://yenisabah.az/hetta-eli-kerimli-de-orduya-destek-verdi-amma-ramiz-mehdiyev
  10. "Ramiz Mehdiyev kimləri ləkələyib, kimlərin qarşısını kəsib? - Keçmiş deputat adlar çəkdi". azxeber.com.
  11. "Ramiz Mehdiyev Heydər Əliyevin əleyhinə nələr demişdi...- FOTO". www.bakupost.az. 17 oktyabr 2025.
  12. "Ramiz Mehdiyev vəzifədə olarkən onu kimlər "Allah" hesab edib?". Pravda.az.
  13. "Ramiz Mehdiyev Critics while in office - PHOTOS". Modern.az.
  14. "Sirus Təbrizli Ramiz Mehdiyevdən Heydər Əliyevə belə şikayət etmişdi". Modern.az.
  15. https://konkret.az/ramiz-mehdiyev-16-deputati-mehkemeye-vermekden-niye-vaz-kecdi/
  16. "Ramiz Mehdiyevin ittiham edildiyi maddələr AÇIQLANDI – Aralarında dövlətə xəyanət də var". Oxu.az (az.). İstifadə tarixi: 14 oktyabr 2025.
  17. "Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi — 4 aylıq ev həbsi". Qafqazinfo (az.). 14 oktyabr 2025. İstifadə tarixi: 14 oktyabr 2025.
  18. "Ramiz Mehdiyevə 4 aylıq "ev dustaqlığı" verildiyi xəbərləri yayılıb". BBC News Azərbaycanca. 15 oktyabr 2025.
  19. "Heydar Aliyev's longtime ally Ramiz Mehdiyev charged with treason". OC Media. 15 oktyabr 2025.
  20. "Ramiz Mehdiyev dindirildi: 7 saat…". KONKRET. 17 oktyabr 2025.
  21. https://unikal.az/news/502067/ramiz-mehdiyevin-mehkemesi-onlayn-kecirilib
  22. "Ramiz Mehdiyev telefonu açdı: "Kimdir danışan?"". Lent.az.
  23. "Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Foto". Axar.Az. 17 oktyabr 2025.
  24. "Ramiz Mehdiyev ev həbsini məşhur villasında çəkmirmiş — Fotolar-Video". Qafqazinfo. 16 oktyabr 2025.
  25. "Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - "Mehdiyev işi"nin DETALLARI". Apa.az.
  26. "Как был раскрыт заговор Рамиза Мехтиева? - ПОДРОБНОСТИ «дела Мехтиева»". 1news.az.
  27. "Analysis: Mehdiyev arrest points to lingering Azerbaijani-Russian tension | Eurasianet". eurasianet.org.
  28. https://yenisabah.az/proseslerin-basinda-ramiz-mehdiyev-dururdu
  29. "Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH". Modern.az.
  30. "Ramiz Mehdiyev hakimiyyəti ələ keçirsəydi, nələr baş verəcəkdi? - Sensasion ssenari". GlobalInfo.az. 17 oktyabr 2025.
  31. "«Государственный совет Рамиза Мехтиева»: раскрыты подробности плана переворота в Азербайджане | Caliber.Az". caliber.az. 18 oktyabr 2025.
  32. "Ramiz Mehdiyevin yaxınları TƏLAŞ İÇİNDƏ: Mülklərini satışa çıxardılar – Notariuslara ŞOK TAPŞIRIQ". musavat.com.
  33. https://operativmedia.az/post/104992/ramiz-mehdiyevin-sebekesinde-kimler-var?fbclid=IwdGRjcANgn6JjbGNrA2Cfd2V4dG4DYWVtAjExAAEe2uQy_7dEpViBvsY-Vwos1u1dIN4frEwNbLza4sS5PZ_RYVWDrWWh5s8UWdM_aem_tDG0v8IdoFjj0hQ1JMgKAA
  34. "Ramiz Mehdiyev kafedra müdiri vəzifəsindən çıxarıldı". Report.az.
  35. "İsa Həbibbəyli: Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır". Report.az.
  36. https://aqreqator.az/az/hadise/96456602
  37. "Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır — Mədət Quliyevdən açıqlama". Qafqazinfo. 17 oktyabr 2025.
  38. https://qafqazinfo.az/news/detail/prezident-ramiz-mehdiyevi-tehlukesizlik-surasinin-uzvluyunden-azad-etdi-486008
  39. "Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına "stop" qoyuldu". Qafqazinfo. 17 oktyabr 2025.
  40. "Ramiz Mehdiyevin həyat yoldaşı ilə bağlı hərəkətə keçildi". Axar.Az. 16 oktyabr 2025.
  41. "Mehdiyevin həyat yoldaşını məhkəməyə verdilər: Şərab biznesi ortaya çıxdı - FOTOFAKT". www.bakupost.az. 4 fevral 2021.
  42. https://editor.az/ramiz-mehdiyevin-general-ogluyla-bagli-qerar-belli-oldu
  43. "Qalina Mehdiyevanın "sağ əli" Mehriban İmanova da yola salınır". musavat.com.
  44. "Ramiz Mehdiyev Əli Kərmlini "seçki oyunu"na CƏLB EDİB". Modern.az.
  45. "Ramiz Mehdiyev şifrəsi: ŞOK PLAN". KONKRET. 15 oktyabr 2025.
  46. https://pravda.az/news/79465
  47. https://musavat.com/mobile/news/ramiz-mehdiyev-eli-insanovla-birlikdedir-fezail-agamalidan-ilginc-iddialar_731625.html
  48. "İnsanlar sosial şəbəkələrdə Ramiz Mehdiyevlə bağlı nələri yazırlar?". 16 oktyabr 2025.
  49. https://www.musavat.com/news/ramiz-mehdiyevin-serveti-xalqin-haqqidir-xalqa-da-qaytarilsin-baki-sakinleri-danisir_1209263.html
  50. "Ramiz Mehdiyev o cür xanımı biabır etdi - "Boz kardinal"la baglı dəhşətli faktlar - VİDEO". www.bakupost.az. 16 oktyabr 2025.
  51. "Ramiz Mehdiyevə dövlətə xəyanət ittihamı – Oğlu vəzifədə qala bilərmi?". www.bakupost.az. 17 oktyabr 2025.
  52. "Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini oldu". 5 may 2014 – www.azadliq.org vasitəsilə.
  53. https://yenisabah.az/ramiz-mehdiyev-bu-cinayetleri-tek-toretmeyib-adlar-aciqladi
  54. https://reyting.az/slayd/138132-professor-ramiz-mehdiyev-yuksek-vezifelere-900-den-cox-kadr-yerlesdirib.html
  55. ""Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!" - Eks-nazir". Modern.az.
  56. "Məlahət İbrahimqızı: Dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev qanun qarşısında cavab verəcək". Report.az.
  57. ""Ramiz Mehdiyev kimdir ki, mən onun komandasında olum?" – Məlahət İbrahimqızıdan SƏRT SÖZLƏR (VİDEO)". musavat.com.
  58. "Ramiz Mehdiyev ÖLDÜRÜLƏ BİLƏR – sabiq deputatdan ŞOK AÇIQLAMA (VİDEO)". www.musavat.com.
  59. "Mehdiyevin akademik titulu, elmi işləri ləğv edilməlidir! - Eks-deputat". Modern.az.
  60. "Gülər Əhmədova Ramiz Mehdiyevi siyasi timsah ADLANDIRDI". Modern.az.
  61. "Siyavuş Novruzov məni saxtakar adlandırdı - Tənzilə Rüstəmxanlı hirsləndi". Modern.az.
  62. https://pravda.az/news/195368
  63. https://bizimyol.info/aze/articles/2025/10/17/3702kfr3bv151myrq1.html
  64. https://patrulaz.az/ramiz-mehdiyev-cinayet-isi-uzre-boyuk-bir-sebekenin-ifsa-olunacagini-dusunurem-cavansir-abbasli

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Bu meqalede davam eden aktual hadiselerle bagli melumat var Vaxt kecdikce melumatlar suretli sekilde deyise biler ve ilkin xeberler etibarsiz ola biler Bu meqalenin cari mezmunu en son yenilemeleri ve en aktual melumatlari eks etdirmeye biler Bu meqaleni tekmillesdirmekden ve ya muzakire sehifesinde deyisiklikleri muzakire etmekden cekinmeyin lakin etibarli istinadlari olmayan elavelerin silineceyini unutmayin oktyabr 2025 Ramiz Mehdiyevin hebsi Azerbaycan ictimai siyasi ve elm xadimi Ramiz Mehdiyevin hebs edilmesi Ramiz Mehdiyev 2018 ci ilde 14 oktyabr 2025 ci ilde Cinayet Mecellesinin 278 1 dovlet hakimiyyetini ele kecirmeye yonelen emeller 274 dovlete xeyanet ve 193 1 3 2 ci cinayet yolu ile elde edilmis emlaki leqallasdirma maddeleri ile cinayet mesuliyyetine celb edilmisdir ZeminRamiz Mehdiyev muxtelif dovrlerde Azerbaycan Milli Elmler Akademiyasinin AMEA prezidenti 2019 2022 Azerbaycan Respublikasi Prezidentinin Administrasiyasinin rehberi 1995 2019 Azerbaycan Felsefe ve Sosial Siyasi Elmler Assosiasiyasinin prezidenti AMEA nin heqiqi uzvu 2007 Azerbaycan Respublikasinin Heqiqi Dovlet Musaviri Azerbaycan Respublikasinin Tehlukesizlik Surasinin uzvu Yeni Azerbaycan Partiyasinin YAP Idare Heyetinin 1993 05 03 2021 ve Veteranlar Surasinin uzvu 05 03 2021 h h olmusdur O Azerbaycandaki siyasi proseslerin merkezinde olan fiqurlardan biri hesab edilmis ve boz kardinal olaraq taninmisdir Uzun iller Azerbaycan Respublikasi Prezidentinin Administrasiyasinin rehberi olan Ramiz Mehdiyevin dovru 2019 cu ilde sona catmisdir O Azerbaycan Milli Elmler Akademiyasinin prezidenti vezifesine teyin edilmis lakin bu vezifeni uc ilden sonra terk etmek mecburiyyetinde qalmisdir Mehdiyev xususile COVID 19 pandemiyasi dovrunde numayiskarane sekilde oz etirazlarini bildirmis ve AMEA nin resmi vebsaytini dunya nizami ile bagli oz baxislarini eks etdiren bir bloqa cevirmisdir 2025 ci ilin fevralinda Azerbaycanda cevrilis planlayan bir qrup sui qesdci barede sayieler yayilmaga baslamisdir Iddialara gore Ramiz Mehdiyev bu cevriliscilerin lideri hesab olunmusdur Meydan TV de qeyd olunmusdur ki Ramiz Mehdiyev secki saxtakarligi etmek metbuati hakimiyyetden asililasdirmaq ve xalqdan ogurladiqlari ittihamlari ile bagli uzun muddet tenqid olunmusdur Bundan elave Mehdiyev Ikinci Qarabag muharibesinde destek xarakterli cixis etmediyi ucun de metbuatda tenqid edilmisdir Sabiq deputat ve Milli Meclisin Elm ve tehsil komitesinin kecmis uzvu Etibar Eliyev Mehdiyevin akademik titulunun ve elmi islerinin legv edilmesinin qanunla mumkun oldugunu bildirmisdir Eliyev ozunden basqa Sahlar Esgerov Zahid Qaralov Eli Nagiyev qarsi da Ramiz Mehdiyev terefinden maneeler toredildiyini qeyd etmisdir Professor Cemil Hesenlinin 2020 ci ilde verdiyi aciqlamaya gore Ramiz Mehdiyev bir vaxtlar Heyder Eliyevin eleyhine sozler soylemis Mehdiyev demisdir ki onu komsomol isine Hesen Hesenov partiya isine ise Teymur Eliyev ireli cekmis lakin Heyder Eliyev uzun muddet onun karyera yukselisine mane olmusdur 1988 ci ilde Merkezi Komitenin MK katibi vezifesinden azad edildiyi vaxt Mehdiyev hele MK uzvu qalmaq istemis ve plenumlarda Heyder Eliyevin eleyhine cixislar etmisdir Hemcinin sabiq deputat Maksim Musayev de iddia etmisdir ki Ebdurrehman Vezirov dovrunde ona qarsi yazili materiallar hazirlanarken Ramiz Mehdiyev Heyder Eliyevin eleyhine yazilar yazmisdir Bundan basqa sabiq deputat ve Azerbaycanin Istanbuldaki kecmis konsulu Xeyreddin Qoca bildirmisdir ki Ramiz Mehdiyevin dovrunde ozune ve hemkari Alqis Hesenogluna qarsi tezyiqler tetbiq edilmisdir Modern az saytinda derc olunan meqalede qeyd edilmisdir ki Ramiz Mehdiyev Prezident Administrasiyasinin rehberi oldugu dovrde Fezail Agamali Musa Musayev Sabir Rustemxanli Siruz Tebrizli ve Yeni Azerbaycan qezeti redaktoru Alqis Musayev kimi sexsler aciq sekilde ona qarsi cixmisdir Yazici jurnalist Sirus Tebrizli qeyd etmisdir ki o vaxtile bir defe Ersad Ezimzadeye sabiq Prezident Heyder Eliyeve Ramiz Mehdiyevi sikayet etmis onun ozune qarsi quyu qazdigini bildirmisdir Tebrizli bu hadisenin ardindan YAP i terk etdiyini ve Mehdiyevin fealiyyetine qarsi derin nifret beslediyini bildirmisdir Iddialara gore Ramiz Mehdiyev 2021 ci ilde 16 nefer deputati o cumleden Fezail Agamali Melahet Ibrahimqizi Semed Seyidov Adil Eliyev Musa Qasimli Qenire Pasayeva Elman Nesirov Hikmet Babaoglu Eldar Quliyev Ulvi Quliyev Hicran Huseynova Cavid Osmanov Sahin Ismayilov Malik Hesenov Sevinc Huseynova Siyavus Novruzovu ona bohtan atmaq isguzar nufuzunu lekelemek ve teqsirsiz sekilde ittiham etmek kimi hereketlerle mehkemeye vermek istemis lakin sonradan bu addimi atmamisdir Hebs Qafqaz dordluyu olkelerinin tehlukesizlik suralarinin katibleri ile gorusde Ramiz Mehdiyev Vladimir Putin Serj Sarkisyan ve 2002 ci il 14 oktyabr 2025 ci ilde Cinayet Mecellesinin 278 1 dovlet hakimiyyetini ele kecirmeye yonelen emeller 274 dovlete xeyanet ve 193 1 3 2 ci cinayet yolu ile elde edilmis emlaki leqallasdirma maddeleri ile cinayet mesuliyyetine celb edilmis ve Baki seheri Sebail rayon mehkemesi terefinden baresinde 4 ay muddetine ev dustaqligi qetimkan tedbiri secilmisdir Istintaqi Dovlet Tehlukesizliyi Xidmeti aparir Ramiz Mehdiyev texminen 7 saat ifade vermisdir Mehdiyevin mudafiesini Baki seheri 3 sayli Vekil Burosunun rehberi Zaur Abiyev heyata kecirir Ramiz Mehdiyev novbeti gun kecirilen mehkemeye gede bilmemis ve bu sebebden mehkeme prosesi onlayn kecirilmisdir Manset az sayti jurnalisti Ramiz Mehdiyev ile elaqe saxlamis onun dovlete xeyanetde ittiham edilmesi haqda movqeyini sorusmusdur O telefonu acmagina baxmayaraq suali esiden kimi desteyi asmisdir Muxtelif menbeler Ramiz Mehdiyevin ev dustaqligini cekdiyi mekan haqqinda ferqli melumatlar vermisdiler Bezi menbeler bunun Novxani qesebesinde yerlesen emlak digerleri ise Bakinin Tbilisi prospektinde Avropa otelinin yaxinliginda yerlesen bir villa olaraq gostermisdiler Azeri Press Agentliyi nin yaydigi melumata gore Ramiz Mehdiyevin Rusiyanin desteyi ile dovlet cevrilisi heyata kecirmeye cehd etdiyi iddia olunmusdur Iddialara esasen Mehdiyev Azerbaycan Rusiya munasibetlerinde yaranmis gerginlikden istifade etmeye calisaraq Moskvadan siyasi destek gozlemisdir O hakimiyyeti zor gucune ele kecirdikden sonra olkede kecid dovru ucun Dovlet Surasi formatinda muveqqeti idareetme orqani yaradilmasini teklif etmisdir Menbe melumat vermisdir ki Mehdiyev rehberlik etmeyi planlasdirdigi bu qurumda temsil olunacaq sexslerin siyahisini da Rusiya terefi ile bolusmusdur Hesabatda qeyd olunmusdur ki Azerbaycan ve Rusiya prezidentlerinin Dusenbede kecirilen gorusu zamani Rusiya terefi Ramiz Mehdiyevin teklifi ve onun sebekesinin plani barede Azerbaycan numayende heyetine melumat vermisdir Eurasianet de derc olunan tehlilde Ramiz Mehdiyevin hebs edilmesi ve ittiham olunmasi Azerbaycan ile Rusiya arasindaki munasibetlerde artiq movcud olan gerginliyin gostericisi kimi qiymetlendirilmisdir Bundan basqa sabiq deputat ve siyasi serhci Rasim Musabeyov bildirmisdir ki Azerbaycandaki siyasi proseslerin basinda hemise Ramiz Mehdiyev olmus olke siyasetinde uzun iller dominant rol oynamisdir Musabeyov Mehdiyevin hebsinin olkedeki siyasi sistemin deyismesi ve yeni liderlik strukturunun formalasmasi ile elaqeli oldugunu qeyd etmisdir Tehlukesizlik eksperti Ilham Ismayil bildirmisdir ki Mehdiyevin planinda dovlet hakimiyyetini zorla ele kecirdikden sonra kecid dovru ucun muveqqeti Dovlet Surasi formatinda qurum yaradilmasi ve bu qurumun rehberliyinin ozune verilmesi nezerde tutulmusdur O elave etmisdir ki Rusiya Mehdiyevin simasinda hec bir perspektiv gormediyinden onu ifsa etmisdir Caliber az saytinin melumatina gore Mehdiyev 2024 cu ilin dekabrinda AZAL teyyaresinin Rusiyanin hava mekaninda vurulmasindan sonra yaranan gerginlikden istifade etmis ve cevrilis planini heyata kecirmek istemisdir Yeni Musavat da qeyd edilmisdir ki istintaq orqanlari Mehdiyev ve yaxinlarina mexsus emlaklarin satisini ve bagislanmasini mehdudlasdirmaq meqsedile notariuslara gosteris vermisler Obyekt villalar torpaq saheleri kimi dasinmaz emlaklar satisa cixarilmaga baslamis bezen bazar deyerinden 30 40 ucuz qiymetle gosterilmisdir Bu addimlarin meqsedi olaraq subhe olunan emel qacirma hallarinin qarsisini almaq gosterilmisdir Operativ Media saytinda yayimlanan meqalede Ramiz Mehdiyevin yaxin etrafinda olan ve onunla elaqeli oldugu iddia edilen sexsler siralanmis bura Azerbaycanin sabiq xarici isler naziri Elmar Memmedyarov Prezident Administrasiyasinin sabiq sobe mudiri Eli Hesenov sabiq medeniyyet naziri Ebulfes Qarayev AXCP nin gencler teskilatinin kecmis feali Azer Qasimov sabiq milli tehlukesizlik naziri Eldar Mahmudov Eldar Mahmudovun mueyyen meqsedler ucun Abxaziyaya pul oturen qohumu Cahangir Haciyev qara kassa kimi taninan Ziya Memmedov ve obun ki qardasi AMEA nin Yuksek Texnologiyalar Parki Mehdud Mesuliyyetli Cemiyyetinin direktoru Elton Memmedov Terter isi ne gore mehkeme sisteminden uzaqlasdirilmis Prezident Administrasiyasinin isler idaresine mudir teyin edilmis Fikret Eliyev deputatlar Zahid Oruc ve Melahet Ibrahimqizi daxil edilmisdir Meqalede hemcinin Ramiz Mehdiyevin siyasi planlarinin ve ittihamlarinin Adnan Ehmedzadenin iqtisadi texribati ile eyni vaxta tesaduf etdiyi qeyd bildirilmisdir Ramiz Mehdiyev hebs olundugu gun Prezident yaninda Dovlet Idarecilik Akademiyasinda Dovlet qullugu ve kadr siyaseti kafedrasinin mudiri vezifesinden azad edilmisdir 17 oktyabrda Isa Hebibbeyli bildirmisdir ki Ramiz Mehdiyevin AMEA daki uzvluyu meselesine baxilir O qeyd etmisdir ki bu mesele mehkemenin qerarindan sonra muzakire olunacaq ve uygun qerar verilecek Dramaturq ve filosof Firuz Mustafa Ramiz Mehdiyevin Azerbaycan Milli Elmler Akademiyasina rehberlik etdiyi dovrde orada elm adamlari terefinden menfi qarsilandigini elmin inkisafina mane oldugunu ve oz movqeyi olan institut rehberlerini sixisdirdigini qeyd etmisdir Mustafa Mehdiyevin AMEA da rehberlik etdiyi dovrde akademiyada rusvet ve intriqa yuvasi yaratdigini ozunun ve yaxinlarinin sexsi maraqlari ucun fealiyyet gosterdiyini vurgulamisdir Medet Quliyevin verdiyi aciqlamaya gore Mehdiyev yalniz AMEA dan yox hemcinin Tehlukesizlik Surasindan da cixarilacaq ve bu prosese 17 oktyabrda baslanilmisdir Ele novbeti gun prezident fermani ile hemin vezifeden azad olunmusdur Elaqeli hadiseler Hemin gun Ramiz Mehdiyevin aile uzvleri heyat yoldasi Qalina Yuriyevna Mehdiyeva ve oglu Teymur Mehdiyevin olkeden cixisina mehdudiyyet qoyulmusdur Mehdiyeva baresinde mehkeme iddiasi qaldirilmisdir Iddiaci Fireland Vineyards MMC nin qanuni temsilcisi Elmar Cingiz oglu Seidovdur Melumata gore Qalina Mehdiyeva ve oglu Teymur Mehdiyev Ramiz Mehdiyevin kulli miqdarda borclanmasina sebeb olmusdular Novxani qesebesinde Ramiz Mehdiyevin ailesine mexsus 155 hektar torpaq sahesi oldugu bildirilmisdir Kend Teserrufati Nazirliyinin 2015 2018 ci iller ucun aciqladigi resmi melumatlara gore Novxani kendinde subsidiya alan cemi 2 fermer teserrufati olmusdur Onlardan biri Qalina Mehdiyeva digeri ise Teymur Mehdiyeve mexsus olmusdur 2017 ci ilde aciqlanan melumata gore Qalina Mehdiyeva sahib oldugu 113 hektar torpaq sahesine gore 5 650 manat Teymur Mehdiyev ise 42 hektar torpaq sahesine gore 2 100 manat subsidiya almisdilar Bank BTB ASC nin sehmlerinin 74 98 i 49 829 eded Nigar Ismayil qizi Mehdiyevaya Ramiz Mehdiyevin gelinine mexsusdur Teymur Mehdiyev 18 oktyabrda vezifesinden azad edilmisdir Elave olaraq Qalina Mehdiyevanin yaxin emekdasi ve Ramiz Mehdiyevin aile uzvu olan Baki Dovlet Universitetinde Riyaziyyat Mexanika Riyaziyyat fakultesinde Hesablama Riyaziyyati kafedrasinin mudiri Mehriban Imanova vezifesinden azad edilmisdir Imanova Mehdiyeva ile six emekdasliq etmis onun islerini idare etmis ve onun fealiyyetinde muhum rol oynamisdir Elave iddialar Ramiz Mehdiyev baresinde ireli surulen ittihamlar arasinda onun Azerbaycan Xalq Cebhesi Partiyasi sedri Eli Kerimli ile elaqelerinin olmasi iddialari da yer almisdir Hokumete yaxin menbelerin iddialarina gore Mehdiyev olkedeki siyasi muhiti zeifletmek ve seckilerin legitimliyini subhe altina almaq meqsedile muxalifetden istifade etmis xususen de boykot strategiyasini AXCP ve Eli Kerimli vasitesile gundeme getirmisdir Sabiq deputat Fezail Agamali Mehdiyevin Eli Kerimli muhacir blogerler ve diger sexslerle elbir oldugunu iddia etmisdir REAL Partiyasinin sedri Natiq Ceferli Mehdiyevin muxalifetle elaqeleri iddialarini subhe altina almis ve bunlarin subutlu olmali oldugunu bildirmisdir Oxsar mecrada ireli atilmis iddialara gore Ramiz Mehdiyevim plani besinci kolon fealiyyeti cercivesinde Rusiyanin maraqlari istiqametinde qurulmusdur sedri Hafiz Haciyev qeyd etmisdir ki kecmis prokurordan biri Eli Kerimlini hebs etmek istemis lakin Ramiz Mehdiyev buna icaze vermemisdir Haciyev bildirmisdir ki Eli Kerimli Ebulfez Elcibeyin hakimiyyeti dovrunde onun devrilmesinde birinci rol oynamis ve Ramiz Mehdiyevin maneeleri sebebinden hebs edile bilmemisdir Hemcinin Haciyev iddia qaldirmisdir ki Mehdiyevin tesiri ile Eli Kerimliye hakimiyyet daxilinden 50 100 minlerle vesait daxil olur Deputat Fezail Agamali iddia etmisdir ki Ramiz Mehdiyev ve Eli Insanovun arasinda evveller gerginlik olmagina baxmayaraq sonradan onlarin emekdasliq elaqelerinin yarandigina dair ehtimallar movcuddur Agamali qeyd etmisdir ki Insanov 2020 ci ilin iyun ayinda verdiyi musahibede Mehdiyeve musbet munasibet beyan etmis ve bu onlarin emekdasligina dair regional kontingent qurma ehtimalini gundeme getirmisdir ReaksiyalarRamiz Mehdiyevin hebs olunmasi Azerbaycan cemiyyetinde ictimai serhler genis fikir mubadilesi yaratmis ve bu muzakireler siyasi kontekstde ehemiyyet kesb etmisdir Yeni Musavat apardigi sorgu esasinda xeber vermisdir ki Bakinin sakinleri arasinda yayilan fikre gore Mehdiyevin bu serveti xalqin vergileri ve dovlet resurslari hesabina formalasmis buna gore de xalqin haqqidir xalqa da qaytarilsin suari ile ictimai telebler seslenmisdir AMEA Riyaziyyat ve Mexanika Institutunun direktoru ve sabiq tehsil naziri Misir Merdanov Mehdiyevin dovletin muxtelif strukturlarina oz adamlarini yerlesdirmesi ve tehsilin inkisafina maneeler yaratmasi neticesinde olkeye boyuk zerbeler vurdugunu bildirmis hem Milli Meclisde hem de dovlet orqanlarinda Ramiz Mehdiyevin kadrlari oldugunu ve bu sebebden temizleme isleri davam etdirilmeli oldugunu elave etmisdir Merdanov qeyd etmisdir ki Ramiz Mehdiyevin oglu Teymur Mehdiyevin oz atasinin fealiyyetinden xebersiz olmasinin mumkun deyil ve onlarin edalet qarsisinda cavab vereceyine inanir Teymur Mehdiyev Fovqelade Hallar nazirinin muavini ve general mayordur Oxsar istiqametde fikir bildiren sabiq dovlet musaviri ve Prezident Administrasiyasinin ictimai siyasi meseleler sobesinin kecmis mudiri Eli Hesenov Ramiz Mehdiyevin toretdiyi cinayetleri tek basina etmediyini ve bu cinayetlerde bir nece sexsin istirak etdiyini bildirmisdir Hesenov cinayetlerin toredilmesinde istirak eden diger sexslerin adlarini aciqlamamis lakin onlarin da mesuliyyet dasidigini qeyd etmisdir Professor Cumsud Nuriyev de bildirmisdir ki Ramiz Mehdiyev Prezident Administrasiyasina rehberlik etdiyi dovrde 900 den cox yuksek vezifeye kadr yerlesdirmisdir Iqtisad elmleri doktoru professor Emekdar muellim Azerbaycan Dovlet Iqtisad Universitetinin Maliyye ve audit kafedrasinin mudiri ve sabiq maliyye naziri Evez Elekberov Mehdiyevin pesekar aparat iscisi oldugunu ancaq doktorluq dissertasiyasinin mudafiesi zamani diplom almagina mane oldugunu qeyd etmis hemcinin Eldar Mahmudovun da qanun qarsisinda ciddi cezalandirilmasi rutbelerinin ve ordenlerinin geri alinmasi ve qanunsuz qazandiqlari vesaitlerin dovlete qaytarilmasi lazim oldugunu vurgulamisdir Deputat Melahet Ibrahimqizi Milli Meclisin plenar iclasinda beyan etmisdir ki dovlet bascisina xeyanet eden her sexs o cumleden Ramiz Mehdiyev qanun qarsisinda cavab vermelidir Ibrahimqizi elave olaraq vurgulamisdir ki Mehdiyevin Yeni Azerbaycan Partiyasindan cixarilmasi gozlenilendir lakin hazirda bunun ucun mehkeme qerarini gozlemek lazimdir Ana Veten Partiyasinin sedri ve sabiq millet vekili Fezail Agamali bildirmisdir ki Mehdiyevin telefonlarinin izlenmesi ve evindeki sohbetlerin muvafiq qurumlar terefinden izlenmesi ehtimali var O Mehdiyevin oldurule bileceyini de ehtimal etmisdir Agamali Mehdiyevin Rusiyanin Azerbaycandaki esas elaqelendiricisi oldugunu ve bu sebebden onun tehlukesizliyinin onemli oldugunu qeyd etmis Mehdiyevin hebsxanada oldurulmesi ehtimalinin istintaqin gedisatina mane ola bileceyini bildirmisdir Etibar Eliyev qeyd etmisdir ki Mehdiyevin doktorluq dissertasiyasinin sovet ideologiyasi ile bagli oldugunu ve bu sebebden elmler doktoru adinin legvinin gundemde ola bileceyini qeyd etmisdir O Mehdiyevin elmi islerinin de legv olunmasinin vacib oldugunu vurgulamisdir II III ve IV cagiris Milli Meclisinin deputati olmus Guler Ehmedova Ramiz Mehdiyevi siyasi timsah adlandirmis Mehdiyevin emri ile ozune ailesine ve yaxinlarina qarsi ser bohtan yazildigini onlarin heyatinin mehv edildiyini bildirmisdir Ehmedova Mehdiyevin tesiri ile muxtelif jurnalistlere ve saytlarin rehberlerine tezyiq gosterildiyini onlarin ozune qarsi menfi yazilar yazdirildigini iddia etmisdir Bundan basqa deputat Tenzile Rustemxanli oz hemkari Siyavus Novruzovu tenqid etmis Ramiz Mehdiyevin eleyhine 10 il evvel danisib tarix yazmagini teleb etmisdir Musavat Partiyasinin sedri Isa Qember bildirmisdir ki Mehdiyevin hakimiyyetin ikinci adami ve Moskvanin esas kadrlarindan biri oldugu iddialari teeccublu deyil amma o bu istiqametde huquqi aciqlamanin resmi sekilde verilmesinin vacib oldugunu qeyd etmisdir sedr muavini bildirmisdir ki Ramiz Mehdiyev turk milli kimliyine qarsi mubarize aparmisdir AG Partiya sozcusu ve Yeni Musavat qezetinin siyaset yazari Cavansir Abbasli bildirmisdir ki Ramiz Mehdiyeve qarsi baslanmis cinayet isi uzun muddet hazirlanmisdi lakin yalniz uygun zamana qeder gizledilmisdi Istinadlar E QANUN e qanun az Ramiz Mehdiyev modern az 31 mart 2022 tarixinde arxivlesdirilib http anl az el emb R Mehdiyea lim html anl az 31 mart 2022 tarixinde arxivlesdirilib Ramiz Mehdiyev her iki Eli Hesenov ve Siyavus Novruzov YAP in Idare Heyetinden cixarildilar 31 mart 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 6 mart 2021 Ramiz Mehdiyevin vekili belli oldu dovlet terefinden teyin edilib www musavat com Seryj kardinal Baku otpravlen pod arest Kommersant 15 oktyabr 2025 Sekret i razoblachenie zagovora Ramiza Mehtieva Eho Kavkaza 17 oktyabr 2025 Ramiz Mehdiyev Eliyevlerin emrlerinin icracisi olub buna gore de mukafatlandirilib 17 oktyabr 2025 https yenisabah az hetta eli kerimli de orduya destek verdi amma ramiz mehdiyev Ramiz Mehdiyev kimleri lekeleyib kimlerin qarsisini kesib Kecmis deputat adlar cekdi azxeber com Ramiz Mehdiyev Heyder Eliyevin eleyhine neler demisdi FOTO www bakupost az 17 oktyabr 2025 Ramiz Mehdiyev vezifede olarken onu kimler Allah hesab edib Pravda az Ramiz Mehdiyev Critics while in office PHOTOS Modern az Sirus Tebrizli Ramiz Mehdiyevden Heyder Eliyeve bele sikayet etmisdi Modern az https konkret az ramiz mehdiyev 16 deputati mehkemeye vermekden niye vaz kecdi Ramiz Mehdiyevin ittiham edildiyi maddeler ACIQLANDI Aralarinda dovlete xeyanet de var Oxu az az Istifade tarixi 14 oktyabr 2025 Ramiz Mehdiyev cinayet mesuliyyetine celb edildi 4 ayliq ev hebsi Qafqazinfo az 14 oktyabr 2025 Istifade tarixi 14 oktyabr 2025 Ramiz Mehdiyeve 4 ayliq ev dustaqligi verildiyi xeberleri yayilib BBC News Azerbaycanca 15 oktyabr 2025 Heydar Aliyev s longtime ally Ramiz Mehdiyev charged with treason OC Media 15 oktyabr 2025 Ramiz Mehdiyev dindirildi 7 saat KONKRET 17 oktyabr 2025 https unikal az news 502067 ramiz mehdiyevin mehkemesi onlayn kecirilib Ramiz Mehdiyev telefonu acdi Kimdir danisan Lent az Ramiz Mehdiyev ev dustaqligini bu villasinda cekir Foto Axar Az 17 oktyabr 2025 Ramiz Mehdiyev ev hebsini meshur villasinda cekmirmis Fotolar Video Qafqazinfo 16 oktyabr 2025 Ramiz Mehdiyevin dovlet cevrilisi plani nece ifsa olunub Mehdiyev isi nin DETALLARI Apa az Kak byl raskryt zagovor Ramiza Mehtieva PODROBNOSTI dela Mehtieva 1news az Analysis Mehdiyev arrest points to lingering Azerbaijani Russian tension Eurasianet eurasianet org https yenisabah az proseslerin basinda ramiz mehdiyev dururdu Rusiya Mehdiyevi niye satdi SERH Modern az Ramiz Mehdiyev hakimiyyeti ele kecirseydi neler bas verecekdi Sensasion ssenari GlobalInfo az 17 oktyabr 2025 Gosudarstvennyj sovet Ramiza Mehtieva raskryty podrobnosti plana perevorota v Azerbajdzhane Caliber Az caliber az 18 oktyabr 2025 Ramiz Mehdiyevin yaxinlari TELAS ICINDE Mulklerini satisa cixardilar Notariuslara SOK TAPSIRIQ musavat com https operativmedia az post 104992 ramiz mehdiyevin sebekesinde kimler var fbclid IwdGRjcANgn6JjbGNrA2Cfd2V4dG4DYWVtAjExAAEe2uQy 7dEpViBvsY Vwos1u1dIN4frEwNbLza4sS5PZ RYVWDrWWh5s8UWdM aem tDG0v8IdoFjj0hQ1JMgKAA Ramiz Mehdiyev kafedra mudiri vezifesinden cixarildi Report az Isa Hebibbeyli Ramiz Mehdiyevin AMEA da uzvluyu ile bagli meseleye baxilir Report az https aqreqator az az hadise 96456602 Ramiz Mehdiyev Tehlukesizlik Surasindan da cixarilir Medet Quliyevden aciqlama Qafqazinfo 17 oktyabr 2025 https qafqazinfo az news detail prezident ramiz mehdiyevi tehlukesizlik surasinin uzvluyunden azad etdi 486008 Ramiz Mehdiyevin aile uzvlerinin olkeden cixisina stop qoyuldu Qafqazinfo 17 oktyabr 2025 Ramiz Mehdiyevin heyat yoldasi ile bagli herekete kecildi Axar Az 16 oktyabr 2025 Mehdiyevin heyat yoldasini mehkemeye verdiler Serab biznesi ortaya cixdi FOTOFAKT www bakupost az 4 fevral 2021 https editor az ramiz mehdiyevin general ogluyla bagli qerar belli oldu Qalina Mehdiyevanin sag eli Mehriban Imanova da yola salinir musavat com Ramiz Mehdiyev Eli Kermlini secki oyunu na CELB EDIB Modern az Ramiz Mehdiyev sifresi SOK PLAN KONKRET 15 oktyabr 2025 https pravda az news 79465 https musavat com mobile news ramiz mehdiyev eli insanovla birlikdedir fezail agamalidan ilginc iddialar 731625 html Insanlar sosial sebekelerde Ramiz Mehdiyevle bagli neleri yazirlar 16 oktyabr 2025 https www musavat com news ramiz mehdiyevin serveti xalqin haqqidir xalqa da qaytarilsin baki sakinleri danisir 1209263 html Ramiz Mehdiyev o cur xanimi biabir etdi Boz kardinal la bagli dehsetli faktlar VIDEO www bakupost az 16 oktyabr 2025 Ramiz Mehdiyeve dovlete xeyanet ittihami Oglu vezifede qala bilermi www bakupost az 17 oktyabr 2025 Ramiz Mehdiyevin oglu fovqelade hallar nazirinin muavini oldu 5 may 2014 www azadliq org vasitesile https yenisabah az ramiz mehdiyev bu cinayetleri tek toretmeyib adlar aciqladi https reyting az slayd 138132 professor ramiz mehdiyev yuksek vezifelere 900 den cox kadr yerlesdirib html Ramiz Mehdiyev Eldar Mahmudov ciddi cezalandirilmali rutbeleri ordenleri geri alinmalidir Eks nazir Modern az Melahet Ibrahimqizi Dovlet bascisina xeyanet eden her kes elece de Ramiz Mehdiyev qanun qarsisinda cavab verecek Report az Ramiz Mehdiyev kimdir ki men onun komandasinda olum Melahet Ibrahimqizidan SERT SOZLER VIDEO musavat com Ramiz Mehdiyev OLDURULE BILER sabiq deputatdan SOK ACIQLAMA VIDEO www musavat com Mehdiyevin akademik titulu elmi isleri legv edilmelidir Eks deputat Modern az Guler Ehmedova Ramiz Mehdiyevi siyasi timsah ADLANDIRDI Modern az Siyavus Novruzov meni saxtakar adlandirdi Tenzile Rustemxanli hirslendi Modern az https pravda az news 195368 https bizimyol info aze articles 2025 10 17 3702kfr3bv151myrq1 html https patrulaz az ramiz mehdiyev cinayet isi uzre boyuk bir sebekenin ifsa olunacagini dusunurem cavansir abbasli

Nəşr tarixi: Oktyabr 18, 2025, 17:08 pm
Ən çox oxunan
  • Noyabr 30, 2025

    AĞ Partiya

  • Noyabr 24, 2025

    Açıq rezonator və açıq sistemlər

  • Noyabr 24, 2025

    Azərbaycan–Şərqi Asiya mədəni əlaqələri

  • Noyabr 23, 2025

    Azərbaycan–QDİƏT münasibətləri

  • Dekabr 07, 2025

    Azərbaycanda hərbi səfərbərlik (1941)

Gündəlik
  • Mesopotamiya

  • Pənahi Makulu

  • Zəncan

  • Karolinska İnstitutu

  • Siqnaxi bələdiyyəsi

  • Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)

  • Brüssel

  • Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti

  • Dağlıq Qarabağ Muxtar Vilayəti

  • Ermənistan

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı