İlqar Məmmədov (hərbçi)
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İlqar Məmmədov.
İlqar Məmmədov | |
---|---|
Məmmədov İlqar Aydın oğlu | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Əli Bayramlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Daxili Qoşunlar |
Hərbi hissə | Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbi |
Xidmət illəri | 1991 — günümüz |
Rütbə | |
Vəzifəsi | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi |
Təltifləri |
Məmmədov İlqar Aydın oğlu — Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi .
Həyatı
7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olmuşdur. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 1991—1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.
1992—2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini — qərargah rəisi vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir. İki övladı var.
Mənbə
- Ali Hərbi Məktəb