Hünərli
Hünərli, Tsakuri, Zakirli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd.
Hünərli | |
---|---|
39°34′06″ şm. e. 46°59′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 800 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 2020-ci il 7 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələritərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.
Toponimikası
Qədim adı Zakuri kimidir. 1828-ci ildə ermənilər yerləşdikdən sonra Tsakuri adlandırmışlar. 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır.
Tarixi
Zakirli kəndi Qarabağ silsiləsindədir. XIX əsrə aid rus mənbələrində Zakurli variantında qeydə alınmışdır. Oykonimin Zakirli tirəsinin adi ilə bağlıliği güman edilir. Gəlmə ermənilər burada məskunlaşdiqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi. 1992-ci ildən kəndin indiki adı bərpa edildi. 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmişdir.
7 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılmışdır
İstinadlar
- ↑ Hünərli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı, 2005
- [1]
Xarici keçidlər
- Qarabağdakı abidələrimiz — Hünərli məbədi ARAŞDIRMA
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |