Qırxbuğum
Qırxbuğum, Yol otu, Xarmanotu - Polygonum aviculare L.
Qırxbuğum | |
---|---|
| |
Elmi təsnifat | |
Aləmi: | Bitkilər |
Şöbə: | Örtülütoxumlular |
Sinif: | İkiləpəlilər |
Sıra: | Qərənfilçiçəklilər |
Fəsilə: | Qırxbuğumkimilər |
Yarımfəsilə: | Polygonoideae |
Cins: | Qırxbuğum |
Beynəlxalq elmi adı | |
Polygonum L. | |
Botaniki təsviri
Hündürlüyü 15-40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir.
Mənşəyi və yayılması.
Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir.
Ekoloji qrup və bitdiyi yerlər
Kserofitdir, dağ-kserofit və alaq bitkilik tiplərində rast gəlir. Əsasən daşlı yamaclarda, yol kənarlarında və baxımsız olan yerlərdə sərilmiş kiçik ləkələr əmələ gətirir.
Kimyəvi tərkibi
Kumarin, flavonoid, efir yağları, C vitamini və antosianlarla zəngindir.
Təsiri və tətbiqi
Qırxbuğum farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet, Çin və xalq təbabətində, eləcə də homeopatiyada və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xoraları, dizenteriya, öd kisəsi, böyrək, sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, dəri, malyariya xəstəlikləri, şişlər, podaqra, babasil, qanaxmalar zamanı istifadə olunur. Antioksidant, antihelmint, fitonsid, sidikqovucu, hərarəti salan, hipotenziv, qansaxlayıcı, büzücü, damargenişləndirici, şualanmadan qoruyucu, iltihab proseslərinə qarşı və s. təsirə malikdir.
Əks təsirləri
Hamiləlik dövründə istifadəsi ziyandır.
İstifadə olunan hissələri
Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir.
İstifadə formaları
Cövhərlər.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
Yol otunun yerüstü hissəsi çiçəkləmədən əvvəl bişmiş halda qida kimi istifadə olunur. Çox vaxt qurudulur və qışda dovğaya əlavə olunur. Bundan başqa qırxbuğumlu plovun hazırlanmasında da istifadə olunur. Ev quşları üçün yem, eləcə də boyaq bitkisidir.
Yayılması
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində bitir.
İstinadlar
Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
Növləri
Azərbaycanın dərman bitkiləri
- Su qırxbuğumu, Qırxbuğum amfibia (Polygonum amphibium L.)
- Quş qırxbuğumu, Quşbuğdası (Polygonum aviculare L.) (=Polygonum arenastrum Bor.)
- İlanvari qırxbuğum (Polygonum bistorta L.)
- Ətrəng qırxbuğum, Ətrəng qurdpəncəsi (Polygonum carneum C.Koch)
- Çoxyarpaq qırxbuğum (Polygonum foliosum Lindl. fil.)
- Subibəri (Polygonum hydropiper L.)
- Kiçik qırxbuğum, Bala qırxbuğum (Polygonum minus Huds.)
- Düyünlü qırxbuğum (Polygonum nodosum Pers.) (=P.lapatifolium L.)
- Qırmızıbaş qırxbuğum (Polygonum persicaria L.)
- Kələkötür qırxbuğum (Polygonum scabrum Moench)
- Polipodium, Şirinkök (Polypodium L.)
- Adi şirinkök (Polypodium vulgare L.)
Digər növləri
- Polygonum albanicum
- Polygonum hickmanii
- Polygonum arenastrum
- Polygonum bidwelliae
- Polygonum bolanderi
- Polygonum caespitosum
- Polygonum californicum
- Polygonum chinense
- Polygonum coccineum
- Polygonum cognatum
- Polygonum davisiae
- Polygonum douglasii
- Polygonum erectum
- Polygonum hydropiperoides
- Polygonum marinense
- Polygonum minimum
- Polygonum multiflorum
- Polygonum paronychia
- Polygonum parryi
- Polygonum pensylvanicum
- Polygonum phytolaccifolium
- Polygonum polygaloides
- Polygonum polystachyum
- Polygonum ramosissimum
- Polygonum sagittatum
- Polygonum shastense
- Polygonum tinctorum
- Polygonum viviparum
Təbabətdə
Çiçək açan dövrdə bitkinin yerüstü hissələri toplanır və açıq havada qurudulur. Böyrək xəstəlikləri və sidik yolları xəstəliklərində istifadə olunur.
- Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
- Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019