Təharət
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Mütləq və muzaf su
Su ya mütləqdir (saf), ya muzaf (qarışıq). Muzaf su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır:
1. Kürr su
2. Az su
3. Axar su
4. Yağış suyu
5. Quyu suyu
Kürr su
Kürr su 36 qarış[1] olan bir qabı dolduracaq miqdardakı sudur. Və təqribən 384 kq-dır.
Əgər sidik, qan, kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və nəcis olmuş bir şey kürr suya dəyərsə, o suyun qoxusu və ya rəngi, ya da dadı nəcasatın tə’sirindən dəyişirsə, kürr su nəcis olur; əgər dəyişmirsə nəcis olmaz.
Əgər kürr suyun qoxusu, rəngi və ya dadı nəcasatdan başqa bir şeylə dəyişirsə, nəcis olmaz.
Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin qoxusu, rəngi və ya dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişirsə və dəyişməyən hissəsi kürr miqdarından az olsa, o suyun hamısı nəcisdir. Amma əgər dəyişməyən hissə, kürr miqdarında və ya daha artıq olsa, yalnız qoxu, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə pakdır.
Fəvvarənin suyu, kürr suya bağlı (müttəsil) olsa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülürsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər. Amma lazımdır ki, fəvvarə suyu nəcis su ilə qarışsın.
Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya birləşmiş olsa və nəcasatın qoxu, rəng və ya dadını almamışdırsa və nəcasatın özü də onda olmazsa, pakdır.
Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa və ona nəcasat dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir.
Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk edilirsə, kürr su hökmündədir. Yə’ni nəcasatı pak edər və ona nəcasat dəydiyi vaxt (rəngi, dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır.
Suyun kürr olması iki yolla sübut olunur:
1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.
2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Amma əgər bir adil, yaxud e'timadlı şəxs və ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə etibar etmək məhəlli işkaldır.
Az su
Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir.
Az suya nəcis bir şey dəysə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma əgər sıçrayışla (təzyiqlə) nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə çatan qismi nəcis, qalan hissəsi isə pakdır.
Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin lazım ehtiyata görə, eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan su da nəcisdir.
Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis etməz:
1. Nəcasatın qoxusu, rəng və ya dadını almasın.
2. Kənardan başqa bir nəcis ona çatmasın.
3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasat gəlməsin.
4. Suyun içərisində ğait zərrələri olmasın.
5. Nəcasat məxrəc yerinin ətrafına normadan artıq yayılmamış olsun.
Axar su
Axar su o sulara deyilir ki: 1-təbii mənbəyi olsun. 2-Hətta müəyyən vəsitə ilə cari (axar) etsələr belə axar olsun; 3-Müəyyən qədər axımı davamlı olsun, və təbii mənbəyə birləşik olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar şəkildə tökülmək kimi-yerin üstündə cərəyan etməsi fərz olunduqda, cari su hesab edilir. Amma əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn əgər suyun axmasına, yaxud qaynamasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su hətta cərəyan etsə belə, cari su hökmündə deyil.
Axar su kürr su miqdarından az belə olsa, ona nəcasat dəydiyi zaman qoxusu, rəngi və ya dadı nəcasat vasitəsilə dəyişməyincə, pakdır.
Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin qoxusu, dadı və ya rəngi nəcasat dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə bitişən qismi kürr sudan az belə olsa, pakdır. Digər tərəfin dəyişməyən çay suları isə, əgər kürr miqdarında olsa və ya dəyişməyən su vasitəsi ilə çeşməyə bitişirsə, pakdır. Əks halda nəcisdir.
Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar su hökmündə deyildir. Yəni əgər kürr miqdarından az olsa, nəcasat dəydikdə nəcis olur.
Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su, axar su hökmündə deyildir.
Əgər bir çeşmə, məsələn; qışda qaynayar və yayda qaynaması kəsilirsə, yalnız qaynadığı zaman axar su hökmünü daşıyır.
İçindəki suyun miqdarı kürrdən az olan hamamın kiçik hovuzu, ikisinin suyu birlikdə kürr miqdarına yetişən bir xəzinəyə bağlı olsa və ona nəcis dəydiyi zaman qoxu, rəng və ya dadı dəyişməsə, nəcis olmaz.
Hamam və binaların krant və duşlarının borularından tökülən su, bağlı olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır.
Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, nəcasat dəyərsə nəcis olur. Amma əgər təzyiqlə axırsa, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.
Yağış suyu
Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa, pak olar. Lakin sidik ilə nəcis olan bədən və paltara isə vacib ehtiyat olaraq iki dəfə yağması lazımdır. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq lazım deyil. Amma iki-üç damcı yağmasının da faydası yoxdur, «yağış yağır» – deyiləcək şəkildə yağması gərəkdir.
Əgər yağış eyni nəcis üzərinə yağaraq başqa bir yerə sıçrayarsa, eyni nəcis onunla birlikdə olmazsa və nəcasatın qoxu, rəng və ya dadını götürməmiş olsa, pakdır. Deməli, əgər qanın üzərinə yağıb ayrı bir yerə axan yağış suyunda qan zərrələri olsa və ya qanın qoxu, rəng və ya dadını götürmüşsə, nəcisdir.
Əgər bir binanın tavanı və ya damı üzərində eyni nəcis varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir.
Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak edər.
Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, suyun torpağa yetişməsi səbəbilə muzaf olması mə'lum olmasın.
Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasatın qoxu, rəng və ya dadını almazsa, nəcis şey pak olar.
Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.
Quyu suyu
Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasat ona dəydiyi zaman onun qoxu, rəng və ya dadı o nəcasat vasitəsi ilə dəyişməyincə, həmin su pakdır.
Əgər bir nəcasatın tökülməsi nəticəsində qoxu, rəng və dadı dəyişən bir quyunun suyunda bu dəyişiklik yox olarsa, pak olar. Amma onun pak olması vacib ehtiyata gö-rə quyudan qaynayaraq çıxan su ilə qarışması şərti ilədir.
Suların hökmləri
Muzaf su, nəcis bir şeyi paklamır, onunla dəstəmaz və qüsl almaq da batildir.
Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasat dəysə, nəcis olur. Amma təzyiqlə nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə dəyən qismi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır.
Əgər nəcis olan muzaf su, kürr və ya axar suya, artıq ona muzaf su deyilməyəcək şəkildə qarışırsa pak olar.
Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su kimidir, yəni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yə’ni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir.
Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu mə’lum olmazsa, nəcasatı paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Ona bir nəcasat dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, vacib ehtiyat olaraq nəcis olur.
Qan və sidik kimi nəcasatın dəyməsi ilə bir suyun qoxu, rəng və ya dadı dəyişirsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun qoxu, rəng və ya dadı onun xaricində olan bir nəcasat vasitəsilə dəyişirsə, məsələn; suyun kənarında olan murdar olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, lazım ehtiyata görə nəcis olur.
Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində qoxu, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın.
Nəcis bir şeyi kürr və ya axar su içərisində paklasalar, onun pak olduğu yuyulmadan sonra ondan tökülən su pakdır.
Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir.