Tahir Əliyev (rejissor)
Tahir Cabbar oğlu Əliyev (d. 28 aprel 1975) — Azərbaycan kinorejissoru.
Tahir Əliyev | |
---|---|
Tahir Cabbar oğlu Əliyev | |
Digər adı | Tahir Tahiroviç |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1998-indiyədək |
Təhsili |
Həyatı
Tahir Əliyev 28 aprel 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (Cəmil Quliyevin emalatxanası) təhsil alıb (1993-1998). Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr təhsili alıb. (2012-2014).
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır.
Fəaliyyəti
Tahir Əliyev "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1995-2000), "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor (2003-2007), AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor (2007-2008), "Salnamə" kinostudiyasında quruluşçu rejissor (2008-2016) kimi çalışıb. Hal-hazırda Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəridir.
"Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyyətinin və Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür.
Mükafatları
- Respublika "Gənclər mükafatı" (2005)
- Kinematoqrafiya sahəsindəki uğurlarına görə "İlin ən yaxşı sənədli film rejissoru" mükafatı - 2005, Bakı
- V Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat), 2005, Bakı
- V Volakalamsk Beynəlxalq Kinofestivalı (mətbuat mükafatı) – 2007, Moskva
- VII Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat) - 2007, Bakı
- V Avroasiya Beynəlxalq Kinofestivalı (I dərəcəli diplom) - 2009, Sevastopol
- XVlll- "Zolotoy Vityaz" Kinoforumu (diplom) - 2009, Lipetsk
- lV "İnsan və Müharibə" Beynəlxalq Kinofestivalı (priz) - 2009, Yekaterinburq
- Atatürk Ərzurum Universitetinin Eyitim fakültəsinin xüsusi diplomu – 2009, Ərzurum
- Sloveniya Respublikası Novo-Qoriça şəhərinin Fəxri Mükafatı - 2010, Novo-Qoriça
- "Bilik Aləmi" Beynəlxalq Kinofestivalı xüsusi diplomu -2010, Sankt-Peterburq
- "S.Bondarçuk adına" Beynəlxalq Kinofestivalı (priz) - 2010, Volakalamsk
- XX - "Zolotoy Vityaz" Kinoforumu (diplom) - 2011, Kursk
- Kars Kafkas Universitetinin diplomu - 2012, Kars
- "Azərbaycan Alman" dostluq cəmiyyətinin xüsusi diplomu - 2012, Bakı
- Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı (diplom)-2014, Bakı
- XI Avroasiya Beynəlxalq Kinofestivalı (diplom) - 2015, Sevastopol
- Rusiya Federasiyasının prezidenti V.Putininin, Böyük Vətən Müharibəsi mövzusuna kinoda töhfələrinə görə , "Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibəti ilə” mükafatı və xatirə medalı - 2015, Moskva
- İlin ən yaxşı televiziya filmi. "Qızıl pəri" kino mükafatı ("Unudulmuş partizan") - 2015, Bakı
- Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" xatirə medalı - 2016, Varşava
- “Rasim Ocaqov” adına kinofestival – “Ən yaxşı bədii film” 2018, Şəki
Filmoqrafiya
Rejissor kimi
- Yaz havası (film, 1998)(bədii film)
- Özgələr arasında doğma (film, 2004)(sənədli film)
- Akademik Yusif Məmmədəliyev (film, 2005)(sənədli film)
- Nəimi (film, 2005)(sənədli film)
- Arpaçay (film, 2006)
- Kuklalar, adamlar... (film, 2006)(sənədli film)
- Sərhədsiz ürək (film, 2006)(sənədli film)
- Səhra gülü (film, 2007)(sənədli film)
- 125 illik yol (film, 2008)(qısametrajlı sənədli film)
- Sofya (film, 2008)(sənədli film)
- Təxəllüsü "Mixaylo" (film, 2008)(sənədli film)
- Parisli azərbaycanlı (film, 2009)(sənədli film)
- Akademik (film, 2010)
- Xəzərdən Dunaya (film, 2010)(sənədli film)
- Kazım Qarabəkir Paşa (film, 2010)(sənədli film)
- Qafqaz qartalının uçuşu (film, 2010)(sənədli film)
- Sizi çox sevirəm (film, 2010)(sənədli film)
- 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film)
- Boş yerə təbil vurma (film, 2011) (qısametrajlı sənədli film)
- Medo Hollandiyadadır (film, 2011)(sənədli film)
- Sərçələrin payı (film, 2011)(bədii film)
- IX korpus (film, 2012) (qısametrajlı sənədli film)
- Unudulmuş partizan (sənədli film, 2012)(sənədli film)
- Tbiliso (film, 2013)(bədii film)
- Parisdən məktublar (film, 2013)(sənədli film)
- Səsdən usanmışlar (film, 2014)(bədii film)
- Qafqazdan Appeninə (film, 2014)(sənədli film)
- Səssiz zaman (film, 2015)(bədii film)
- Düdəngədən Münhenə sənədli film, 2015)(sənədli film)
- Polkovnik (film, 2015)(sənədli film)
- Gecikmə (film, 2017)
- Cümhuriyyət tələbələri (film, 2018)
- Mirzə Cəlilin Azərbaycanı (film, 2019)
Ssenari müəllifi kimi
- IX korpus (film, 2012) (qısametrajlı sənədli film)
Aktyor kimi
- Əbədi ezamiyyət (film, 2016)(tammetrajlı sənədli-bədii film)
Məsləhətçi kimi
- Əbədi ezamiyyət (film, 2016)(tammetrajlı sənədli-bədii film)
Bədii rəhbər kimi
- Sakit gün (film, 2016)
- Ürək yaddaşı (film, 2016)
- İqlimlər (film, 2016)
- Bu Azərbaycan sirkidir (film, 2016)
- Sonluğun izi ilə (film, 2016)
- Ömrümün qızıl payızı (2017)
- Sarıbaş (2017)
- Sonuncu akkord (2017)
- İki dünya arasında (2017)
- Şahtaxtı (2017)
- Daşla danışan adam (2017)
- Orkestr və mən (2017)
- Əfsanə (2017)
- Mənim adım Ələkbər (2017)
- Qara dəlik (2017)
- Əliaçıq xəsis (2017)
- Ölməz Murtuza (2017)
- Cavabsız sual (2017)
- Ölümündən sonra məhkəmə (2017)
- Dəmirin yolu (2017)
- Həqiqət sorağında (2017)
- Hələ axşam olmayıb (2017)
İştirak etdiyi film
- 125 illik yol (film, 2008)(qısametrajlı sənədli film)
Prodüsser kimi
- Hüseyn xan Naxçıvanski. Qayıdış (film, 2014)(tammetrajlı sənədli film)
İstinadlar
- Putin Azərbaycan rejissorunu təltif etdi[ölü keçid]. kulis.lent.az, 22.09.2015 (az.)
- Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. İstifadə tarixi: 2015-12-30.
- AzərTAc. "Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyi Şəkidə təntənə ilə qeyd olunub" (PDF) (az.). Anl.az. 25.11.2018. İstifadə tarixi: 2019-03-06.
- Stalin və “Mixaylo”: [Rejissor Tahir Əliyevin “Mixaylo” sənədli filmi haqqında APA-ya müsahibəsi] //Femida.- 2008.- 2 avqust.- S. 8.
- Reyhan. “Xəzərdən Dunaya” sənədli filminin təqdimatı: [“Nizami” Kino Mərkəzində rejissor Tahir Əliyevin lentə aldığı eyniadlı sənədli filmi] //Mədəniyyət.- 2012.- 6 iyun.- S. 3.
- Hacılı, İ. "Kazım Qarabəkir Paşa" sənədli filmi təqdim olundu: [Kinematoqrafçılar İttifaqında rejissor Tahir Əliyevin quruluşunda hazırlanan eyni adlı filmin təqdimatı] //Mədəniyyət.- 2010.- 30 aprel.- S. 11.
- “Kazım Qarabəkir Paşa” filmi təqdim olundu: [İstanbulun Taksim Kültür Mərkəzində rejissor Tahir Əliyevin türk generalına həsr olunmuş eyni adlı sənədli filminin təqdimat mərasimi keçirildi] //Mədəniyyət.- 2011.- 11fevral.- S. 6.
- Yeganə. "Qafqaz qartalının uçuşu" sənədli filminin çəkilişi başa çatıb: [Azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevdən bəhs edən filmin rejuissoru Tahir Əliyevdir] //Mədəniyyət.- 2010.- 16 iyul.- S. 3.
- Lalə. Kinorejissor Tahir Əliyev Sloveniyada mükafat alıb: Sloveniyanın Nova Qoriça şəhərində rejissor Tahir Əliyevin “Salnamə” kinostudiyasında lentə aldığı iki filmə baxış olub: [Kromberq muzeyində “IX korpus” və “Unudulmuş partizan” filmi göstərilib] //Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 4.
- Hüseynov, F. “Parisdən məktublar”: [Nizami Kino Mərkəzində görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş rejissor Tahir Əliyevin eyniadlı sənədli filminin təqdimatı keçirilmişdir] //Mədəniyyət.- 2014.- 30 aprel.- S. 3.
Xarici keçidlər
- Полёт Кавказского орла - Показ фильма (сюжет - Renesans, RegionTV)
- Səda - “Hüseyn xan Naxçıvanski-Qayıdış” (12.05.2016)