Wikipedia
Rafiq Ağayev
Rafiq Abbas oğlu Ağayev (6 iyun 1950; Cəlilabad, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992).
Rafiq Ağayev | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
Xələfi | Fəhmin Hacıyev | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Cəlilabad, Azərbaycan SSR | ||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||
Hərbi xidmət | |||||||
Xidmət illəri | 1992 | ||||||
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi | ||||||
Qoşun növü | Daxili Qoşunlar | ||||||
Rütbəsi | |||||||
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Həyatı
Rafiq Ağayev 1950-ci il iyunun 6-da Cəlilabad şəhərində anadan olub.
Hərbi xidməti
Azərbaycan Prezidenti Ayaz Mütəllibovun 22 aprel 1992-ci il tarixli Sərəncamına əsasən Rafiq Ağayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1992-ci il mayın 22-də isə həmin vəzifədən azad olunub.
Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Rafiq Ağayev həbs edilib və 1997-ci ildə ölüm cəzası alıb. 2001-ci il avqustun 17-də Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.