Sumqayıt Kimya Sənaye Parkı (MMC)
Bu məqalə "Sumqayıt Kimya Sənaye Parkı" MMC haqqındadır. Sumqayıt şəhərindəki sənaye parkı üçün Sumqayıt Kimya Sənaye Parkı səhifəsinə baxın. |
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda fəaliyyət göstərən Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı Sənaye Parklarının idarəedici təşkilatıdır.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC | |
Ölkə: | Azərbaycan |
Yaradılıb: | 21 dekabr 2011-ci il |
Tabeçilik: | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi [1] |
Ünvan: | “Demirchi Tower”, 20-ci mərtəbə, Xocalı pr. 37, Bakı şəhəri |
Rəhbərlik | |
Rəhbər: | Nazim Talıbov |
Sayt | |
“Sumqayıt Kimya Sənaye Parkı” MMC |
Tarix
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci ildə imzaladığı Fərmanına əsasən yaradılıb. “Sumqayıt Kimya Sənaye Parkı” MMC 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınıb.
Fəaliyyət istiqamətləri
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin fəaliyyəti
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 sənaye parkının idarəedici təşkilatıdır.
- Sumqayıt Kimya Sənaye Parkı
- Mingəçevir Sənaye Parkı
- Qaradağ Sənaye Parkı
- Pirallahı Sənaye Parkı
Sənaye parkları
Sənaye parkları – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sumqayıt Kimya Sənaye Parkı
Sumqayıt Kimya Sənaye Parkı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb.
Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508,14 hektar təşkil edir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır. Hazırda sənaye parkında 24 rezident var:
- “Azertexnolayn” MMC
- “SOCAR Polymer” MMC
- “AzerFloat” QSC
- “Baku Non Ferrous and Foundry Company” MMC
- İnşaat Kimyəviləri Zavodu
- “MST Engineering Services” MMC
- “Aqrokimya Azərbaycan” MMC
- “Alco” MMC
- “STDC” MMC
- “Azərxalça” ASC
- “STP” MMC
- “Tabaterra” QSC
- SOCAR Karbamid Zavodu
- “Sumplast” MMC
- “Labdisc Azərbaycan” QSC
- “Nexus Labs” MMC
- “Archi Glass” MMC
- “Galenka Azərbaycan” MMC,
- Universal Packing Industry” QSC
- “Azmonbat” MMC
- “Bakı Tekstil Fabriki” MMC
- "Glassica" QSC
- Azərsulfat MMC
- "Novus Plastica" MMC
2013-cü il oktyabrın 3-də dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi keçirilib.
2015-ci il oktyabrın 25-də Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan "Azertexnolayn" MMC-nin texniki avadanlıqlar zavodunun açılışında və “SOCAR Polymer” MMC-nin Yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimi keçirilib.
2017-ci il dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında 3 müəssisənin təməlqoyma və 4 müəssisənin açılış mərasimləri keçirilib.
2018-ci il 18 iyulda Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Polymer” MMC-nin Polipropilen istehsalı zavodunun açılışı olub.
2018-ci il 16 noyabrda isə parkda yerləşən Ferroərintilər zavodunun, Siqaret fabrikinin və İnşaat Kimyəviləri Zavodunun açılışı olub.
2019-cu il 16 yanvarda isə parkda yerləşən Karbamid zavodunun, 2019-cu il 18 fevralda isə parkda yerləşən “SOCAR Polymer” MMC-nin Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun açılışı olub.
2020-ci il 6 apreldə isə parkda yerləşən “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub.
Pirallahı Sənaye Parkı
Pirallahı Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb.
Pirallahı Sənaye Parkının ərazisi 30 hektar torpaq sahəsi təşkil edir. Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Hazırda Pirallahı Sənaye Parkında 5 rezident var:
- “R-Pharm” MMC,
- “Diamed Co” MMC
- “Caspian Pharmed” QSC,
- “İFFA” MMC
- “Absheron Saffron LTD” MMC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il mayın 16-da Pirallahı Sənaye Parkına səfər edib və "Diamed CO" şpris istehsalı zavodunun açılışında iştirak edib.
2019-cu il dekabrın 9-da isə Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi R-Pharmın açılışı olub.
Mingəçevir Sənaye Parkı
Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə yaradılıb.
Mingəçevir şəhərində yerləşən Mingəçevir Sənaye Parkının ərazisi 26 hektar torpaq sahəsi təşkil edir. Mingəçevir Sənaye Parkı yüngül sənayə, tekstil sənayesi üzrə ixtisaslaşıb. Hazırda Mingəçevir Sənaye Parkında 1 rezident var:
1. Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti
21 sentyabr 2016-cı il tarixində Mingəçevir Sənaye Parkının təməli qoyulub.
27 fevral 2018-ci il tarixində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışı keçirilib.
Qaradağ Sənaye Parkı
Qaradağ Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 3 iyun tarixli Sərəncamı ilə yaradılıb.
Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən Qaradağ Sənaye Parkının ərazisi 72 hektar torpaq sahəsi təşkil edir. Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir.
Qaradağ Sənaye Parkında 1 rezident var:
- “Bakı Gəmiqayırma Zavodu” MMC
20 sentyabr 2013-cü ildə İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olmuşdur.
26 avqust 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.
Peşə Təhsil Mərkəzi
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 aprel tarixli 68 nömrəli qərarına əsasən yaradılıb. Nazirlər Kabinetinin 2020-ci il 18 iyul tarixli 257 nömrəli qərarı ilə Mərkəzin adındakı “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilərək Peşə Təhsil Mərkəzi adlandırılmağa başlandı.
2020-ci il 14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peşə Təhsil Mərkəzinin açılış mərasimində iştirak edib.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi ölkədə sənaye parkının ərazisində yaradılmış ilk peşə təhsil müəssisəsidir.
Sənaye parklarının üstünlükləri
İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması;
Sənaye parklarının rezidentləri üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.
Həmçinin bax
- Neftçala Sənaye Məhəlləsi
İstinadlar
- "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti
- ↑ Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında
- “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə
- “Azertexnolayn” MMC
- “SOCAR Polymer” MMC
- . 2020-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
- . 2019-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
- “MST Engineering Services” MMC
- “Aqrokimya Azərbaycan” MMC
- . 2020-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
- “STDC” MMC
- “Azərxalça” ASC
- “STP” MMC
- Tabaterra
- http://www.socar.az/socar/az/home/
- “Archi Glass” MMC
- . 2020-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
- New resident of Sumgayit Chemical Industrial Park - "Novus Plastica" LLC
- İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir
- İlham Əliyev Sumqayıtda texniki avadanlıqlar zavodunun açılışında iştirak edib
- İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub
- İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında iştirak ediblər
- İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib
- İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib
- İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
- İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
- https://president.az/articles/36333
- Pirallahı Sənaye Parkının yaradılması haqqında
- http://www.r-pharm.com/ru/
- www.diamed.az
- http://www.iffa.az/
- http://www.absheron-saffron.com/
- İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılışında iştirak edib
- Pirallahıda dərman istehsalı müəssisəsi açılıb
- Mingəçevir Sənaye Parkının yaradılması haqqında
- Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti
- İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib
- İlham Əliyev Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak edib
- Qaradağ Sənaye Parkının yaradılması haqqında
- www.bakushipyard.com
- Bakı gəmiqayırma zavodunun açılış mərasimində İlham Əliyevin nitqi
- "Bakı Gəmiqayırma Zavodu" MMC-yə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib
- “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin yaradılması haqqında
- “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 aprel tarixli 68 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
- İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
- İmtiyazlar