Wikipedia
Nəbi Tamayev
Nəbi Koroğlu oğlu Tamayev (1887 — 2 iyun 1957) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948).
Nəbi Tamayev | |
---|---|
azərb. Nəbi Koroğlu oğlu Tamayev | |
Doğum tarixi | |
Doğum yeri | Sust, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Sust, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı | Rusiya İmperiyası→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | qoyunçu |
Mükafatları | |
Həyat və əmək fəaliyyəti
Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
İstinadlar
- Наби Короглы оглы Тамоев на сайте podborslova.ru
- Tamayev Nəbi Koroğlu oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.