Mərhəmət Həmzəyev
Mərhəmət Rizvan oğlu Həmzəyev (24 fevral 1997, Keçili, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
Mərhəmət Həmzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1997 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2020 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Murovdağ döyüşləri |
Həyatı
Mərhəmət Həmzəyev 1997-cı il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun leytenantı olan Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 22-də Şahbuz rayonunda dəfn olunub.
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.