Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur.
Şəhərin görməli yerləri
Ən mühüm turizm obyektləri bunlardır:
Seyid Süleyman Fəxrəbad
İmamzadə Seyid Süleyman məqbərəsi
Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları
Qarasu çayının sahili
Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası
Sasani dövrünün 2000 illik epiqrafik abidələri
Unar kəndində qədim qəbiristanlıq
Şeyx Heydər türbəsi
Arşaq qalası
Qışlaqzaxir qalası
Qənbər təpəsi
Anar qədim məzarlığı
Cənnət Sara məscidi
Həsəndaş müqəddəs yeri
Meşəlik parkı
Şirvan dərəsi
Qarasu
Huşəng meydanı
Savalan dağının ətəkləri
Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur. Meşkinşəhr həm də özünün balı, qurudulmuş meyvələri, alması və üzümü ilə də məşhurdur.
İstinadlar
. 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.