Wikipedia
Günəşli (Gədəbəy)
Günəşli (sovet dövründən 2004-dək istifadə olunan adı Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd dağlıq ərazidə yerləşir.
Günəşli | |
---|---|
40°31′24″ şm. e. 45°48′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 771 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2117 |
Tarixi
Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilmişdi.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ nömrəli Qanunu[ölü keçid]
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629