Yekaterina Sarıyeva
Yekaterina Sarıyeva (d. 18 dekabr 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı yüngül atlet. Yekaterina Sarıyeva, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında qızıl medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.
Yekaterina Sarıyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Yekaterina Sarıyeva |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Yüngül atletika |
Karyerası
Yekaterina Sarıyeva 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarına qatıldı. Üçtəkanla tullanma yarışlarının final mərhələsində o, 13.28 metr nəticə ilə 1-ci yeri tutdu və III İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Yekaterina Sarıyeva 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Uzunluğa tullanma yarışlarının final mərhələsində o, 5.27 metr nəticə ilə 9-cu yeri tutdu. Üçtəkanla tullanma yarışlarının final mərhələsində isə o, 12.81 metr nəticə ilə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Həmçinin bax
- Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında
- Azərbaycan 2015 Avropa Oyunlarında
- Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında
İstinadlar
- "Yekaterina Sarıyeva. (ing.)". www.baku2015.com (I Avropa Oyunlarının rəsmi saytı). İstifadə tarixi: 28 iyul 2017.[ölü keçid]