Vüsal Quliyev (dövlət xadimi)
Vüsal Quliyev (tam adı: Quliyev Vüsal İlham oğlu; d. 31 dekabr 1982, Kürdəmir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi işin təşkili sektorunun müdiri; Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini.
Vüsal Quliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Həyatı
Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur.
Təhsili
1989–1999-cu illərə Bakı şəhəri 244 nömrəli məktəbdə orta təhsil, 1999–2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetində hüquq üzrə bakalavr, 2003–2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət hüququ üzrə magistr təhsili almışdır.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri" mövzusunda magistr dissertasiyası müdafiə etmiş və hazırda həmin akademiyanın doktorantıdır.
2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "Sense" Proqramının məzunu olmuşdur.
İctimai fəaliyyəti
2000–2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin, 2003–2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuşdur.
2006-cı ildə Niderlandın "Olde Vechte" Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini almışdır.
2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il müddətində ölkəni bu qurumda təmsil etmişdir.
Dövlət qulluğunda
2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunmuşdur.
2010–2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" üzrə işçi qrupunun və "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olmuşdur.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir.
2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş, aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir.
2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış ictimai-siyasi işin təşkili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.
Dil biliyi
Azərbaycan, rus və ingilis dillərini bilir.
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli, 1983 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
- ↑ Müavin: Vüsal Quliyev