Susuzluq (Kəlbəcər)
Susuzluq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsində kənd.
Susuzluq | |
---|---|
40°14′45″ şm. e. 46°10′14″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.731 m |
Saat qurşağı | |
Tarixi
Susuzluq kəndi Susuzluq dağının ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XIX əsrdə Əliyli kəndindən (indiki Gədəbəy rayonunun Sarıköynək kəndi) gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Susuzluq dərəsinin və eyniadlı dağın adını daşıyır.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Susuzluq kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. 4 iyun 2021-ci il tarixində kənd yaxınlığında baş verən mina partlayışı nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur.
Yaylaqlar
Ağbulaq yurdu, Qumlu yurd, Güneydərə yurdu, Yalyurd, Boyun yurd, Ağdağ yurdu, Soğanlı yurd, Qırxbulaq yaylağı.
Bulaqlar
Çay bulaq, Cələli bulaq, Novlu bulaq, Alı bulağı, Qara su, Sarı bulaq, Sonanın bulağı, Göy bulaq, Ağ bulaq, Qumlu bulaq, Fətalı bulaq, Pənahın bulağı, Dilənin bulağı, Koralı bulağı, Şor bulaq, Xudaverdinin bulağı.
Məşhur yerlər
Biçənəktala, Seyidalıbiçən, Şorbulaq, Nəsiryeri, İlyasyeri, Möyləcbiçən, İmanverdibiçən, Nazikdağ, Enlidağ, Sarıqaya, Vesinyalı, Qarasu, Sarının dalı, Ağdaşın boynu, Dərəyeri, Sarıyoxuş, Kəməndin yalı, Alıdərəsi, Suvax, Təksöyüd, Möyləc çökəyi, Yarıx, Ardışlı, Yaltəpə, Gəzdək qayası, Arı qayası, Pənahın kalafası, Abbasın kalafası, Gamış gölü, Orucyeri, Pərzad yatağı, Almanın düzü, Məhəmməd dərəsi, Keçəlyeri, Almalı, Anaxanım bulağı, Təkə qaçan qılınc uçuğun boynu, Qasım binəsi, Dağınbaşı, Əhmədin bulağı, Şamın güneyi, Qaraqayanın güneyi, Alçalı, Yayra, Bozlugüney, Həsəndüşən təpə, Dilikdiliyin təpəsi, Qəbirstanlığın güneyi, Mirzəalının kalafası, Balabiçənək tala, Saqqızlı, Mirsadiq yatağı, Cəlilli biçənəyi, Palıdlıq, Köhsərin palıdı, Məhərrəm kalafası, Comaqaya, Söyüdlüçəpər, Suludərə, Nəsirin xırmanı, Dəlikdaş, Talanın düzü, Qozludərə.
Susuzluq dağı
Kəlbəcər rayonu ərazisində dağ. Murovdağ silsiləsinin cənubundadır. Dağ adını həmin dağın ətəyindəki Susuzluq dərəsinin adından almışdır. Dərənin adı isə orada suyun olmaması ilə bağlıdır. Oronim “su olmayan yer” mənasındadır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Susuzluq (Kəlbəcər)". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
- Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.