Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir.Kimyəvi formulu- Na2S.
Natrium sulfid-oksigensiz duzdur.
Alınması
Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır.
Na2SO4+4H2→Na2S+4H2O
Na2SO4+4C→Na2S+4CO
Na2SO4+4CO→ Na2S+4CO2
Fiziki xassələri
Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir. Ion dəyişmə reaksiyalarına girir.
Kimyəvi xassələri
Durulaşdırılmiş xlor turşusu ilə qarşılıqlı reaksiyaya girir.
Na2S+2HCl→NaCl+H2S
Qatı sulfat turşusu ilə qarşılıqlı reaksiyaya girir.
Na2S+3H2SO4→SO2+2H2O+2NaHSO4
Kalium permanqanatın su məhlulu ilə reaksiyaya girir.
3Na2S+2KMnO4+4H2O→2MnO2+6NaOH+2KOH+3S
Yodla reaksiyada təmiz kükürd çökür.
Na2S+J2→2NaJ+S
Istifadə olunması
Natrium sulfid istehsalatda kükürdlü rəngləyicilər və sellülozalar, dərinin tükünün təmizlənməsində, dərinin aşılanmasında, analitik kimyada reagent kimi istifadə olunur.