Məryəm Şabanova
Məryəm Şabanova (d. 2 iyun 1985, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı.
Karyerası
Məryəm 1985-ci ildə Bakı şəhərində anadan olub. Yəhudi əsillidir. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır.
2006-cı ildə Məryəm ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır. 2012-ci ildə isə onun ikinci oğlu - David dünyaya gəlib.
2009-cu ildə Məryəm Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçim turlarına qoşulur. 2 fevralda keçirilən yarımfinal mərhələsində Məryəm Şabanova uğurla çıxış edir və Azad Şabanovu, Elli Miçiyevanı və Ülviyyə Rəhimovanı geridə qoyaraq Safura Əlizadə və Milk & Kisses qrupu ilə birlikdə finala keçir. Lakin final mərhələsində Məryəm qələbə qazana bilmir və həmin il Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində Safura Əlizadə təmsil edir. Daha sonradan 2010-cu ilin aprel ayında Məryəm Şabanova Rusiyanın tanınmış müğənnisi Qriqori Leps üçün mahnı bəstələyir. Hal-hazırda Məryəm musiqi karyerasına davam edir.
İstinadlar
- . 2012-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- "Eurovision-2010"_musabiqesindeki_temsilchisi__173684.html Azərbaycanın "Eurovision-2010" müsabiqəsindəki təmsilçisi altı nəfərin arasından seçiləcək[ölü keçid]
- Vüqarlı, Vüqar (2009-07-08). "Around 20 artists have expressed their desire to represent Azerbaijan in Eurovision-2010" (Rusca). Day.az. İstifadə tarixi: 6 Yanvar 2010. (#apostrophe_markup)