Mirsəfa Rzayev
Mirsəfa Rzayev (tam adı: Mirsəfa Mircəlil oğlu Rzayev; 9 fevral 1995; Sumqayıt, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Mirsəfa Rzayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Cəbrayıl döyüşləri • Füzuli döyüşləri • Zəngilan döyüşləri |
Təltifləri |
Həyatı
Mirsəfa Rzayev Mircəlil oğlu 1995-ci il 9 fevral tarixində Sumqayıt şəhərində anadan olub. Rzayev Mirsəfa Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Bakı Limanının Dəniz xidmətləri departamenti və Dispetçer xidmətində Bərə terminalı üzrə dispetçer vəzifəsində çalışmışdır.
Hərbi xidməti
2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Mirsəfa Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə olub. Mirsəfa Rzayev oktyabr 27-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 27 oktyabr 2020-ci il tarixində Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (azərb.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 2020-12-10.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.