Mehdi bəy Hacıbababəyov
Mehdi bəy Hacıbababəyov (d.1871, Şamaxı şəh. -ö.1925, Bakı şəh.) — ictimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri.
Mehdi bəy Hacıbababəyov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Haqqında
Mehdi bəy Hacıbababəyov 1871-ci ildə Şamaxıda anadan olmuşdur. Bakı realnı məktəbini bitirmişdir. 1918, 26 may Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra 1918, 27 may tarixində Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. 1901-ci ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir. Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Müsavat fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) üzvü idi.
Xarici keçidlər
- Azərbaycan Xalq Cümhuriyyətinin 98 yaşı tamam oldu
- Azərbaycan Milli Şurası
Həmçinin bax
İstinadlar
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, səh. 403