Wikipedia
Hamarqışlaq
Hamarqışlaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Hamarqışlaq | |
---|---|
39°10′15″ şm. e. 48°28′20″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 81 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 961 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 1517 |
Tarixi
Toponimikası
Cəlilabad rayonunun Xəlilli inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Hamarava variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini Burovar kəndindən çıxmış ailələr XIX əsrin ortalarında salmışlar. Oykonim hamar (düzənlik) və oba, yaxud qışlaq (maldarların müvəqqəti yaşayış yeri) komponentlərindən düzəlib, "düzənlik sahədə salınmış oba, qışlaq" mənasındadır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 961 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |