Wikipedia
Hacı Qara (film, 2002)
Hacı Qara | |
---|---|
Janr | Komediya Macəra Musiqili Məhəbbət |
Rejissor | Cahangir Mehdi, Elnur Mehdi |
Əsərin müəllifi | Mirzə Fətəli Axundov |
Ssenari müəllifi | İsi Məlikzadə, Cahangir Mehdi |
Baş rollarda | Səyavuş Aslan-Hacı Qara Elnur Mehdi-Heydər bəy Günel Həsənzadə-Sona Əjdər Həmidov-Kərəməli Məlik Dadaşov-Ohan Yüzbaşı |
Operator | Yuri Varnovski |
Bəstəkar | Arif Məlikov |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası "Aydın" İstehsalat-Kommersiya Mərkəzi |
İlk baxış tarixi | 2002 |
Filmin növü | tammetrajlı bədii film |
Rəng | rəngli |
Vaxt | 78,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2002 |
Texniki məlumat | 8 hissə 2150 metr 35 mm |
Məzmun
- Burada təkcə xəsisliyin ifşasından söhbət getmir. Ekran əsərində xalqımızın istək və arzularını, həyat tərzini, milli adət-ənənələrini əks etdirmək müəlliflərin əsas qayəsi olmuşdur. Filmdə yadelli, nankor ermənilərin zaman-zaman Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli rus məmurlarının xalqımıza qarşı yeritdiyi müstəmləkə siyasətinə etiraz işarələri vardır. Bu ştrixlər personajların dialoqlarında və xarakterlərində daha qabarıq verilmişdir.
- Film əvvəldən axıradək bəstəkar Arif Məlikovun şux, oynaq musiqisi ilə, ayrı-ayrı obrazlar üçün yazdığı duzlu, məzəli mahnılarla müşayiət olunur. Heydər bəylə (Elnur Mehdi) Sonanın (Günel Həsənzadə) lirik məhəbbət əhvalatı filmin leytmotivini təşkil edir. Film Şərq, o cümlədən Azərbaycan kinosu üçün xarakterik olan xoşbəxt sonluqla bitir.
Film haqqında
- Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
- Bu film pyesin II ekran variantıdır. "Hacı Qara" pyesinin motivləri üzrə eyniadlı bədii film ilk dəfə 1929-cu ildə rejissor Abbasmirzə Şərifzadə tərəfindən çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin Müəllifi : Mirzə Fətəli Axundov
- Ssenari müəllifi : İsi Məlikzadə, Cahangir Mehdi
- Quruluşçu rejissor : Cahangir Mehdi, Elnur Mehdi
- Quruluşçu operator : Yuri Varnovski
- Quruluşçu rəssam : Rafiq Nəsirov
- Bəstəkar : Arif Məlikov
- Mahnıların Mətni : Ramiz Rövşən
- Musiqi redaktoru : Rauf Əliyev
- Səs operatoru : Əsəd Əsədov
- Geyim rəssamı : Mehriban Əfəndiyeva
- Qrim üzrə Rəssam : Telman Yunusov
- Montaj : Tamilla Muxtarova
- Rejissor : Adil İsmayılov (III)
- Operator : Azər Salayev
- Rejissor assistenti : Mahir İbadov, Arzu Abdullayeva
- Operator assistenti : Eldar Ağayev
- İcraçı prodüser : Əlfi Şükürov, Ədalət Yunusov, Şamil Süleymanlı
- Redaktor : Mirzəağa Atəş
Rollarda
- Səyavuş Aslan-Hacı Qara
- Əjdər Həmidov-Kərəməli
- Saleh Sadıqov-Molla
- Muxtar Avşarov-Erməni zabit
- Lətifə Əliyeva-Tükəz
- Rəşid Səməndər-Əsgər bəy
- Rəşad Həsənov-Səfər bəy
- Fuad Poladov-Pristav
- Ədalət Ziyadxanov-Erməni Mkrtç
- Arif Qasımov-Erməni əkinçi
- Məlik Dadaşov-Ohan Yüzbaşı
- Aqil Əmirov
- Günel Həsənzadə-Sona
- Elnur Mehdi-Heydər bəy
- İdris Rüstəmov-Əsgər
Filmi səsləndirənlər
- Yaşar Nuri-Ohan Yüzbaşı (Məlik Dadaşov) (titrlərdə yoxdur)
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 379.