Wikipedia
Kişi və qadın (film, 1966)
"Kişi və qadın" (fr. Un homme et une femme) — rejissor Klod Leluşun filmi.
Kişi və qadın | |
---|---|
fr. Un homme et une femme | |
Janr | melodram |
Rejissor | Klod Leluş |
Prodüser | Klod Leluş |
Ssenari müəllifi | Klod Leluş Pyer Utterhoven |
Baş rollarda | Anuk Eme Jan-Lui Trentinyan |
Operator | Klod Leluş Patris Puge |
Bəstəkar | Fransis Ley |
İstehsalçı | Les Films 13 |
İlk baxış tarixi | 12 iyul 1966 |
Filmin növü | bədii film |
Rəng | ağ-qara |
Vaxt | 102 dəqiqə |
Gəlir | 14,000,000 $ |
Ölkə | Fransa |
Dil | fransız dili |
İl | 1966 |
Sonrakı film | "Kişi və qadın: 20 il sonra" |
IMDb | ID 0061138 |
Məzmun
Film gənc dul qadın Anna ilə avtomobil yarışçısı, dul kişi Jan-Luinin bir-birinə olan məhəbbətindən bəhs edir. Annanın əri kaskadyor olmuşdu və kino çəkilişləri vaxtı həlak olmuşdu. Jan-Luinin arvadı isə onun yarış zamanı həlak olduğunu eşidib özünə qəsd etmişdi.
Anna ilə Jan-Lui təsadüfən rastlaşmışdılar. Onların uşaqları Dovildəki pansionda oxuyur. Anna qatara gecikir və Jan-Lui onu evinə qədər aparmalı olur. Onların arasında dərhal qarşılıqlı cazibə hissi baş verir. Bu hiss isə tədricən sevgiyə çevrilir.
Mükafatlar və nominasiyalar
Mükafatlar
1966-cı ilin "Oskar" mükafatı:
- Xarici dildə ən yaxşı filmə görə
- Ən yaxşı orijinal ssenariyə görə
1968-ci ilin "BAFTA" mükafatı:
- Ən yaxşı xarici aktrisa – Anuk Eme
1966-cı ilin Kann kinofestivalı:
- Qızıl Palma Budağı – Klod Leluş
- Beynəlxalq Kinematoqrafiya Katolik Təşkilatı (OCIC) – Klod Leluş
1967-ci ilin "Qızıl qlobus" mükafatı:
- Ən yaxşı xarici film
- Ən yaxşı dram aktrisası – Anuk Eme
Nominasiyalar
1966-cı ilin "Oskar" mükafatı:
- Ən yaxşı qadın roluna görə – Anuk Eme
- Ən yaxşı rejissor işinə görə – Klod Leluş
1968-ci ilin "BAFTA" mükafatı:
- Ən yaxşı film
1967-ci ilin "Qızıl Qlobus" mükafatı:
- Ən yaxşı rejissor – Klod Leluş
- Ən yaxşı musiqi – Fransis Ley
- Ən yaxşı mahnı – "Kişi və qadın" (musiqisi: Fransis Ley, sözləri: Pyer Baru)
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifləri : Klod Leluş, Pyer Utterhoven
- Rejissor : Klod Leluş
- Operatorlar : Klod Leluş, Patris Puge
- Bəstəkar : Fransis Ley
- Prodüser : Klod Leluş
Rollarda
- Anuk Eme – Anna Qotye
- Jan-Lui Trentinyan – Jan-Lui Dürok
- Pyer Baru – Pyer Qotye
- Valeri Laqranj – Valeri Dürok
- Antuan Sir – Antuan Dürok
- Suad Amidu – Fransuaz Qotye
- Anri Şemen – Jan-Luinin ortağı
- Yan Barri – Jan-Luinin sevgilisi
İstinadlar
- "A Man and a Woman, Box Office Information". The Numbers. İstifadə tarixi: 2016-08-18.
- "Full cast and crew for A Man and a Woman". Internet Movie Database. İstifadə tarixi: 2016-08-18. (#apostrophe_markup)
Xarici keçidlər
- A Man and a Woman — Internet Movie Database saytında.
- A Man and a Woman AllMovie saytında
- A Man and a Woman Rotten Tomatoes saytında (ing.)
- Filmin sonluğu sayt YouTube