Frederik Passi
Frederik Passi (fr. Frédéric Passy; 20 may 1822[…], Paris – 12 iyun 1912[…], Nöyi-sür-Sen, Sena[d]) — Fransız iqtisadçı. Barışa doğru mübarizəni fəal dəstəkləmiş, ilk Nobel Sülh Mükafatına (1901) Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusu Anri Dünanla birgə layiq görülmüşlər.
Frederik Passi | |
---|---|
Frédéric Passy | |
Doğum tarixi | 20 may 1822[…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 1912[…] (90 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Fransız |
Elm sahəsi | İqtisadçı |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | Nobel Sülh Mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fransız Dövlət Şurası'nda nəzarətçi olaraq çalışdıqdan (1846-1849) sonra yazıları və konferanslarıyla müxtəlif iqtisadi islahatların reallaşdırılmasını müdafiə etməyə başladı. Bir çox xeyriyyə işinin təşkilatçılığında vəzifələndi. Yaxından tanıdığı ingilis iqtisadçılar Riçard Kobden və Con Braytın liberal fikirləri istiqamətində sərbəst ticarətin aktivlərindən oldu. Krım müharibəsi(1853-1856) əsnasında sülhün təmin edilməsi üçün cəhdlər etdi. 1867-ci ildə "Le Temps" jurnalında yayımlanan çağırışıyla Fransa və Prussiya krallığı arasındakı müharibənin qabağını aldı. Həmin il, sonradan Fransa Beynəlxalq Rəyçilər Dərnəyi olaraq bilinən Beynəlxalq Sülh Birliyini qurdu. Fransız-Alman müharibəsindən (1870-1871) sonra, Alsas-Lorrayna tərəfsizlik statusu verilərək müstəqilliyinin tanınmasını təklif etdi. 1881-ci ildə Fransız Nümayəndələr Palatasının bir üzvü olaraq, Fransa və Hollandiya arasındakı Fransız Quyanası - Surinam sərhədindəki anlaşılmazlıqla bağlı hakim təyin olundu.Beynəlxalq Parlamentlər Birliyinin qurulmasında(1889) iştirak etdi.
İstinadlar
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması — 2011.
- ↑ Frédéric Passy // Sycomore (fr.) / Assemblée nationale
- ↑ Frédéric Passy // Léonore verilənlər bazası (fr.) — ministère de la Culture.
- ↑ Frederic Passy // Encyclopædia Britannica (ing.)
- ↑ Frédéric Passy // Brockhauz Ensiklopediyası (alm.)
- ↑ Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası, Avstriya Milli Kitabxanası Record #11605283X // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
- "The Nobel Peace Prize 1901". İstifadə tarixi: 4 iyul, 2014.