Elvin Şahmarlı
Elvin Malik oğlu Şahmarlı (d. 15 fevral 2002; Əliabad, Biləsuvar rayonu — ö. 13 oktyabr 2020 Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.
Elvin Şahmarlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əliabad, Biləsuvar rayonu, Azərbaycan Respublikası |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Əliabad kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | |
Döyüşlər | İkinci Qarabağ Müharibəsi • Suqovuşan döyüşü |
Təltifləri |
Həyatı
Elvin Şahmarlı 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Əliabad kənd tam orta məktəbində orta təhsilini almışdır.
Hərbi xidməti
Elvin Şahmarlı 2020-ci ildə hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elvin Şahmarlı 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şahmarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şahmarlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- ↑ "Tarix yazıb tarixə yazılanlar- Biləsuvar şəhidləri" ( (azərb.)). 04.01.2021. 2021-01-04 tarixində . İstifadə tarixi: 04.01.2021.
- ↑ "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. İstifadə tarixi: 08.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 29.12.2020. 2020-12-29 tarixində . İstifadə tarixi: 29.12.2020.