Həsənkəndi- XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87].
Heyvalı - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Ermənicə mənbədə Keavalu kimidir (yenə orada). Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadoludan gətirilmə addır. 1308-ci ilə aid mənbədə Anadoluda Heyvə qalasının adı çəkilir [160, 55].
Camalgöl- 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı (23, 55). Ərəb dilində camal "gözəl" sözündəndir.
Makenik - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir.
Masruka- XVIII əsrin ortalarında Göycə mahalında bir tərkidünya kilsə adı [150,361]. Türk dillərində mes "dağın cənub tərəfi", "yüksəkliyin meşəsiz tərəfi" [126,369] və örük "dayanacaq", "gəliş yeri" [93, 390], "düşərgə" (143, 1,2,1223) sözlərindən ibarətdir.
Metstap - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361]. Ermənicə mets "böyük" və azərbaycanca "tap" sözlərindən ibarətdir. Bax: Tap.
Oskaşen - XVIII əsrin ortalırında Göycə mahalında kənd adı [150,360].
Parkis - XVIII əsrin ortalırında Göycə mahalında kənd adı [150, 360].
Portak - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361].
Sedanki - XVIII əsrin əvvəllərində Göycə mahalında kənd adı [150, 361]. Fars dilində se-”üç” və dəngə-”məhəllə”, “oba”, “kənd” sözlərindən ibarətdir.
Sercan- İrəvan əyalətinin Göycə nahiyəsində Qalacıq kəndi yaxınlığında monastır adı (23, 56).
Sos- Göycə mahalında Göycə gölünün cənub-qərbində kənd adı. XIX əsrin əvvəllərində dağılmışdır.
XABUL - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında bir kənd adı [150, 361].
XACAR - XVIII əsrdə İrəvan əyaələtinin Göycə mahalında kənd adı [150, 360]. Erkən orta əsrlərdə Albaniyada Həcər tayfa adı ilə eynidir, lakin mənası məlum deyil.
XOLOZ - XVIII əsrin ortalarında Göyçə mahalında bir kənd adının ermənicə yazılışı [150, 360].
XOSABAK - XVIII əsrin ortalarında Göycə mahalında bir kəndin ermənicə yazılışı [150, 360].
XOSKAŞEN - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında bir kəndin ermənicə yazılışı [150, 360]
HRANS - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Aran kənd adının ermənicə yazılışıdır. Qədim türk mənşəli Aran tayfasının adını əks etdirir.
ŞARİS - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150, 361].
ŞAHAKÇI - 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı [170, 12]. “Göycə gölünün sahilində yerləşir” (23, 55).
Çaykənd - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. 1918-ci ildə kəndin əhalisi qovulmuş Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Hrazdan adlandırılmışdı.
Mədinə - İrəvan xanlığının Göycə mahalında kənd adı [159] 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ərazisinin Aşağı Qetaşen kəndindən ermənilər zəbt etmişdir [20,303].
SALMANAB - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə bu kəndin adı çəkilmir.
Rəhmankənd - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra İrəvan quberniyasının Novobayazid qəzasında kiçik məntəqə idi (136, 32). Kəndin digər adı Əfəndikənd olmuşdur (133, 209). XIX əsrin sonlarından sonra məlum deyil.
HACI MUMUXAN - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Hacı Mumuxan kəndin əsasını qoymuş şəxs adıdır.
ŞORƏLİ - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir
ŞAHRUZ - İrəvan xanlığının Göycə mahalında kənd adı. XIX əsrin ortalarındja kəndin əhalisi sıxışdırılıb çıxarılmış və ermənilər yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Qeqamavan adlandırılmışdır.
İstinadlar
. 2020-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.