Wikipedia
3 noyabr
Oktyabr – Noyabr – Dekabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
3 noyabr — Qriqorian təqvimi ilə ilin 307-ci günü (uzun illərdə 308-ci). İlin sonuna 58 gün qalır.
Əhəmiyyətli hadisələr
- 644 — Ömər bin Xəttab (II İslam xəlifəsi) Mədinədə qətlə yetirilmişdir.
- 1493 — Xristofor Kolumb Karib adalarını kəşf etmişdir.
- 1507 — Leonardo da Vinçiyə Lisa Cerardininin (Mona Liza) rəsmini çəkmək sifariş edilmişdir.
- 1868 — ABŞ-dakı prezident seçkilərində respublikaçı Uliss Qrant qalib gəlmişdir.
- 1888 — Londonda Qarındeşən Cek son qurbanını öldürmüşdür.
- 1896 — ABŞ-dakı prezident seçkilərində respublikaçı namizəd Vilyam Mak-Kinli qalib gəlmişdir.
- 1905 — Çar II Nikolay siyasi məhbusların əfv olunması haqqında fərman vermişdir.
- 1907 — İlk vertolyot Fransada havaya qalxmışdır.
- 1908 — ABŞ-dakı prezident seçkilərində respublikaçı namizəd Vilyam Taft qalib gəlmişdir.
- 1911 — Şevrole avtomobil bazarına daxil olmuşdur.
- 1912 — Metaldan düzədilmiş ilk təyyarə Fransada pilotlar Ponş və Prinard tərəfindən havaya qaldırılmışır.
- 1918 — Polşa Rusiyadan ayrılaraq öz müstəqilliyini elan etmişdir.
- 1918 — Böyük Btirtaniya Mosulu ələ keçirmişdir.
- 1928 — Türkiyə ərəb qrafikli əlifbadan latın qrafikli əlifbaya keçmişdir.
- 1936 — ABŞ-dakı prezident seçkilərində Franklin Delano Ruzvelt qalib gəlmişdir.
- 1936 — Şimali Afrikada Əl-Əlameyn döyüşü baş vermişdir.
- 1948 — ABŞ-dakı prezident seçkilərində Harri Trumen qalib gəlmişdir.
- 1955 — İran Bağdad paktına qoşulmuşdur.
- 1957 — SSRİ Sputnik-2-də Layka adlı iti Yer orbitinə yollamışdır.
- 1964 — ABŞ-dakı prezident seçkilərində Lindon Conson qalib gəlmişdir.
- 1970 — Salvador Alyende Çili prezidenti seçilmişdir.
- 1986 — Türkiyənin "Zaman" qəzeti nəşrə başlamışdır.
- 1991 — Madriddə İsrail və Fələstin liderləri arasındakı ilk üzbəüz görüşlər başlamışdır.
- 1992 — ABŞ-ın İllinoys ştatında demokrat Kerol Mosli-Braun ABŞ Senatına seçilən ilk qaradərili qadın olmuşdur.
- 1992 – Vətəndaş Həmrəyliyi Partiyası rəsmi dövlət qeydiyyatına alınmışdır. (Şəhadətnamə-7)
- 1992 — ABŞ-dakı prezident seçkilərində demokrat Bill Klinton qalib gəlmişdir.
- 1994 — Azərbaycan Respublikası Çili ilə diplomatik əlaqələr qurmuşdur.
- 1996 — Türkiyənin tarixində dərin iz buraxan "Susurluq qəzası" baş vermişdir.
- 2004 — Həmid Kərzai Əfqanıstan prezidenti seçilmişdir.
Doğumlar
- 1604 — II Osman, Osmanlı padşahı.
- Benvenuto Çellini — İntibah incəsənətinin son nümayəndəsi.
- 1985 — Marsel Yansen, alman futbolçu.
Ölümlər
- 1996 — Jan Bedel Bokassa, afrikalı diktator.
- 2003 — Rəsul Həmzətov, avar şair.