Wikipedia
1914
Qriqori | 1914 MCMXIV |
Bəhai | 70 – 71 |
Benqal | 1321 |
Berber | 2864 |
Myanma | 1276 |
Bizans | 7422 – 7423 |
Buddist | 2458 |
Erməni | 1363 ԹՎ ՌՅԿԳ |
Efiopiya | 1906 – 1907 |
Hicri | 1332 – 1333 |
Hind | |
- Vikram-samvat | 1970 – 1971 |
- Şaka samvat | 1836 – 1837 |
- Kali-yuqa | 5015 – 5016 |
Holosen təqvimi | 11914 |
Yəhudi | 5674 – 5675 |
İran | 1292 – 1293 |
Qibti | 1630 – 1631 |
Koreya | 4247 |
Tailand günəş | 2457 |
Hadisələr
- 4 fevral - Limada Peru ordusu tərəfindən prezident sarayının tutulması. Prezident Qilermo Billinqxerstin devrilməsi və ölkədən sürgün olunması.
- 8 mart - İspaniyada kortesə seçkilərdə monarxistlər qələbə qazanması.
- 14 mart - Serbiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması
- 21 aprel - ABŞ ordusunun Meksikanın Veraskus limanına çıxarılması
- 28 iyun — Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinantın Serbiya millətçisi Qavrilo Prinsip tərəfindən öldürülməsi.
- 23 iyul - Avstriya-Macarıstan vəliəhd Frans Ferdinantın öldürülməsi ilə əlaqədar Serbiyaya ultimatum verməsi.
- 28 iyul- Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi, I Dünya müharibəsinin başlanması.
- 1 avqust - Almaniyanın Rusiya imperiyasına müharibə elan etməsi.
- 2 avqust - Almaniyanın Fransaya müharibə elan etməsi.
- İtaliyanın öz bitərəfliliyini elan etməsi.
- 3 avqust - Almaniyanın Belçikaya müharibə elan etməsi
- 4 avqust - Böyük Britaniya və Avstraliyanın Almaniyaya müharibə elan etməsi
- Argentinanın öz birtərəfliliyini elan etməsi.
- 6 avqust - Avstriya-Macarıstanın Rusiya imperiyasına müharibə elan etməsi
- 15 avqust - Panama kanalının istifadəyə verilməsi
- 18 dekabr - Misirin Böyük Britaniyanın protektoratlığı elan edilməsi
- Osmanlı dövlətində Fuat Uzkınay tərəfindən ilk türk filmi sayılan "San-Stefanodakı rus abidəsinin çöküşü"nün çəkilməsi.
- yanvar - "H.Z.Tağıyevin birləşmiş fabriklərinin kontoru"nun təsis edilməsi.
- 12 aprel - 1914-cü ildə Bakıda Azərbaycan dilində "Bəsirət" adlı həftəlik siyasi, ictimai, iqtisadi və ədəbi qəzetin nəşrə başlaması.
- 15 aprel — H.Z.Tağıyev və Musa Nağıyev tərəfindən ilk milli bank - Bakı Tacir Bankının təşkil edilməsi.
- 25 iyun - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyətinin açılması.
- 15 oktyabr - Ə.Müznibin redaktorluğu ilə "Dirilik" jurnalının nəşrə başlaması.
- Bakıda Musa Nağıyevin vəsaiti ilə xəstəxana tikintisinə (1914-1918) başlanılması.
- "M.Q.Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti"nin təşkil olunması.
- Gəncədə Müəllimlər Seminariyasının açılması.
- Tovuzda ikinci sement zavodunun işə düşməsi.
Doğumlar
- 22 mart — Lütfəli Abdullayev, azərbaycanlı aktyor, komik rolların mahir ifaçısı, Azərbaycanın xalq artisti (ö.1973).
- 26 may - İlyas Əfəndiyev - xalq yazıçısı, nasir, dramaturq
- 15 sentyabr — Adolfo Bioy Kasares, Argentina yazıçısı.
- 17 avqust — Xəlil Abbasov — Sosialist Əməyi Qəhrəmanı (1948), Böyük Vətən müharibəsi iştirakçısı.
- Teymur Bəxtiyari