Wikipedia
Aşağı Yeməzli
Aşağı Yeməzli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.
Aşağı Yeməzli | |
---|---|
39°12′06″ şm. e. 46°36′36″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 650 m |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Aşağı Yeməzli kəndi dəğətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər Orta Yeməzli kəndinin qışlaq yeri olmuşdur. Əhali qışlaq yerinə köçərək məskunlaşdıqdan sonra yeni yaşayış məntəqəsini Qışdaqlı, daha sonra Aşağı Yeməzli adlandırmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponent isə atyeməzli etnoniminin qısaldılmış formasıdır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Aşağı Yeməzli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-155-3.
Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |