Ağaverdi dağı — Naxçıvan Muxtar RespublikasınınŞahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin cənub-qərb hissəsində, silsilənin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun cənub-qərb istiqamətli Ağqaya şaxəsində yerləşən, 2099,2 metr hündürlüyü olan dağ.
Dağ Keçili kəndindən 2,5 km qərbdə, Nursu kəndindən 2 km şimal-şərqdədir. Sıldırım yamaclıdır. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.