Zağaltı
Zağaltı — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd.
ZAĞALTI | |
---|---|
39°53′08″ şm. e. 46°20′10″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020 ci il dekabrın 1 də 28 il 6 aydan sonra Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunu darma-dağın edərək işğala son qoydu.
Tarixi
Zagaaltı kəndi Mıxtökən silsiləsinin yamacındadır. Oykonim zağa (mağara) və altı (yanında, aşağısında) komponentlərindən düzəlib. Kənd mağaralı dağın aşağısında yerləşdiyi üçün belə adlandırılmışdır.
Zağaltı (Alıbəyli) kəndi rayon mərkəzindən 70 km. şimal-qərbdə, Kəlbəcər rayonu ilə sərhəddə yerləşir. Kəndin bir kitabxanası, bir məktəbi, mədəniyyət evi vardı. Kənd əhalisi 350 nəfər olmaqla Azərbaycan türklərindən ibarətdir. Yuksək dağlıq ərazisi və böyük meşə massivi vardı. Qarabağ müharibəsində 1 şəhid vermişdir – Əliqulu İsgəndərov (1971-1992).
Kənddə fətali, balo, həsənuşagı, hacımənli, süleymanlı, şərəfli türk tayfalarına mənsub əhali yaşayırdı. Zağaltı kəndinin inqilab dovründə Bahadur Qarayev kimi məşhur el adamı, tanınmış el ağsaqqalları olmuşdur.
Əhalisi
Kəndin əhalisi bu gün Azərbaycanın 34 rayon və şəhərlərində məcburi köçkün kimi məskunlaşmışdır.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 350 nəfər olmuşdur.
Şəxsiyyətləri
- Namiq Zaman - şair
- Əliqulu İsgəndərov - şəhid
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi. Kəndin əsas məşğuliyyəti heyvandarlıqla yanaşı Arıçılıq, əkinçilik(Dənli bitkilər,demyə),toxuculuq (gəvə, kilim, palaz, fərməş) olmuşdur. Köhnə hanalar vasitəsilə bu toxuculuğu inkişaf etdirmişlər. Hana-da həvə, kir-kir, kuju ağacı, vərəng-alan və s. alətlərdən istifadə etmişlər. Dağlıq ərazidə bir neçə su dəyirmanlari (Təhməzin dəyirmani, Tanriverdinin dəyirmanı) olmuşdur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və s. əkirdilər. Meşələri dövlət əhəmiyyətli yasaqlıqlar idi. Meşədə qırmızı palıd, cökə, göyrüş, fıstıq, minlərlə meyvə ağacları mövcud idi. Yüzlərlə müalicəvi əhəmiyyətli təbii bulaqları təsərrüfata yararlı otlaq sahələri mövcud idi.
Zaga altı dağı
Laçın rayonunun şimal hissəsində dağ. Hündürlüyü 3413 m. Dağ eyniadlı kəndin adını daşıyır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Zağaltı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |