Yenikənd (Qəbələ)
Yenikənd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Yenikənd | |
---|---|
40°58′53″ şm. e. 47°50′44″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1888 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3633 |
Coğrafiyası
Yenikənd. Vaxtilə Lazadan yuxarıda, Muçuq şəlaləsinə yaxın ərazidə məskunlaşan əhali 1955-ci ildən Düzyengicədə buranın təməlini qoyublar. İndi oralara ancaq yaylağa dönürlər. 1915 nəfər əhalisi var və kəndin 30 ailəsi yenə köçəri həyat sürür. Belə ki, Kürdəmirdə 3 min hektar qışlaq sahələri olduğundan qoyunçuluq inkişaf edib. 15 mindən artıq qoyun-quzuları var. Kənddə isə iki minə yaxın iri buynuzlu mal-qara saxlanılır. Zəhmətə bağlı insanlar alın təri ilə özlərinə rahat yaşayış yaradıblar. Kənddə 500 nəfər şagirdin təhsil aldığı və 50-dən yuxarı müəllimin çalışdığı orta məktəbdə isə tədrisin keyfiyyəti barəsində onu demək olar ki, hər il ali məktəblərə qəbul olunanlar arasında Yenikənd sakinləri də az deyil. Əhalinin təhsil səviyyəsi yüksək olduğundan burada digər bir məktəbin də tikilməsi məqsədəuyğun hesab edilib. 480 şagird yeri olan, iki mərtəbəli və müasir səviyyədə təchiz olunan yeni tədris korpusu 2004-2008- ci illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramına əsasən şagirdlərin ixtiyarına verilib. Ərazidən keçən dağ çaylarının qarşısında bəndin qurulması isə yeni inkişaf layihəsində (2009-2013) öz əksini tapıb. Suvarma üçün yeni su mənbəyinin yaradılması məqsədilə çayların qarşısında su anbarlarının tikilməsi planlaşdırılıb. Yenikəndlə Bılıx arasında su terminalının tikintisi gündəmdədir. 1600 hektar yararlı torpağın 1000 hektarı camaatın istifadəsində, qalanı bələdiyyə mülkiyyətindədir.
Toponimikası
- Yenikənd oyk., mür.
- Ağdaş r-nunun Aşağı Nemətabad i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi Sovet hakimiyyəti dövründə salınmış və rəmzi olaraq belə adlandırılmışdır;
- Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. 1992-ci ildən kəndin adı Aşağı Kəsəmən kimi rəsmiləşdirilmişdir;
- Ağsu r-nunun Gürcüvan i.ə.v.-də kənd. Xanbulaq yastanındadır;
- Dəvəçi r-nunda kənd. Gil—gilçayın sahilində, Samur-Dəvəçi ovalığındadır;
- Gədəbəy r-nunun Çobankənd i.ə.v.-də-kənd. Dağətəyi ərazidədir;
- Gədəbəy r-nunun Gərgər i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır;
- Gədəbəy r-nunun Qumlu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir;
- Goranboy r-nunun Qaraçinar i.ə.v.-də kənd. Murovdağ silsiləsinin ətəyindədir;
- Göyçay r-nunun Məlikkənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Şükürlü olmuşdur. Sovet hakimiyyəti illərində adı dəyişdirilmiş və rəmzi olaraq belə adlandırılmışdır;
- Xocavənd r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrin 20-ci illərində əsasən Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri orada məskunlaşmış, sonralar kəndin adını Noraşen (erm. “yeni kənd, təzə kənd”) adlandırmışlar. 1992-ci ildən kəndin adı Yenikənd kimi rəsmiləşdirilmişdir;
- Kəlbəcər r-nunun Ağcakənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Alaqaya olmuşdur. Yaşayış məntəqəsini 1930-cu illərdə Ağcakənd və Laçın r-nundakı Oğuldərə kəndlərindən köçmüş ailələr Alaqaya adlı dağın yaxınlığında saldığı üçün belə adlanmışdır. Kənd indi də yerli əhali arasında bu ad ilə tanınır. Yeni salınmış yaşayış məntəqəsi olduğu üçün sonralar Yenikənd adı ilə rəsmiləşdirilmişdir;
- Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir;
- Qəbələ r-nunun Zalam i.ə.v.-də kənd. Daşüz silsiləsinin ətəyindədir. Vaxtilə ruslar yaşayan kəndi ətraf əhali Musabəyli adlandırırdı. Sovet hakimiyyəti illərində Stalinabad, 1961—ci ildən isə Yenikənd adlandırıldı. Böyük Vətən müharibəsindən sonrakı illərdə rus ailələri kənddən köçüb getmiş, orada Dağıstandan gəlmiş ləzgi ailələri məskunlaşmışdı;
- Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir;
- Neftçala r-nunun Bankə i.ə.v.-də kənd. Cənub-Şərqi Şirvan düzündədir. Bir müddət Sibirkə, Qırmızı Urxana da adlanmışdır;
- Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir;
- Sabirabad r-nunun Quruzma i.ə.v.-də kənd. Şirvan düzündədir;
- Salyan r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Aşağı Xələc olmuşdur. 1965-ci ildə adı dəyişdirilmiş və rəmzi olaraq belə adlandırılmışdır;
- Samux r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Kənd 1927-ci ildə salınmış və bolşevik Ə.H. Qarayevin (1896-1938) şərəfinə Qarayevkənd adlanmışdır. 1937—ci ildə Ə.H.Qarayev xalq düşməni kimi həbs edil-dikdən sonra kəndə Yenikənd adı verildi. Kənd 1940-cı ildə Kürdən Ceyrançölə çəkilmiş kanalın sağ sahilinə köçürülmüşdü. İlk sakinləri 1918—ci ildə Ermənistanın Eç-miədzin (Üçkilse) r-nunun Qarxun, Canfıda, Zeyvə və Türkmən kəndlərindən didərgin salınmış azərb. ailələr olmuşdur;
- Şahbuz r-nunun Sələsüz i.ə.v.-də kənd. Dağ yamacmdadır. 1936-cı ilədək Siçancıq adlanırdı. 2003-cü ildən Kiçikoba adı ilə rəsmiləşdi-rilmişdir;
- Şamaxı r-nunun Göylər i.ə.v.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir;
- Şərur r-nunun Xanlıqlar i.ə.v.-də kənd. Şərur düzündədir. Arpaçay su anbarı tikintisi fəhlələri üçün salınmış bu yaşayış məntəqəsi 1975—ci ildən Yenikənd (yeni salın¬mış kənd) adlandırılmışdır. 2003-cü ildən kəndin adı Danayeri kimi rəsmiləşdirilmişdir;
- Zəngilan r-nunun Alıbəyli i.ə.v.-də kənd. Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş Hüseynbəyli və Qarakilsə kəndləri birləşdikdən sonra yeni yaşayış məntəqəsi 1958—ci ildən Yenikənd adlandırılmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1888 nəfər əhali yaşayır.
Din
Kənddə Yenikənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
Xarici keçidlər
- Qəbələ rayonu İnzibati Ərazi Vahidləri 2017-07-29 at the Wayback Machine
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (azərb.)
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |