Wikipedia
Yeni Həyat (Qusar)
Yeni Həyat — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Yeni Həyat | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
- Kənd 1799-cu ildə yaradılmışdır.
Toponimikası
- Yeni Həyat oyk., sadə,
- Xaçmaz r-nunun Pirquluoba i.ə.v.-də qəsəbə. Samur-Dəveçi ovalığındadır. Qəsəbəyə 1965-ci ildə rəmzi olaraq belə ad verilmişdir;
- Qusar r-nunun Aşağı Ləgər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Kəndin adı simvolik məna daşıyır;
- Şəmkir r-nunun Çinarlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Otaxçı Təknəçi olmuşdur. Yaşayış məntəqəsini Kür çayının sahilində mövcud olmuş Ovçulu Təknəli kəndindən ayrılmış ailələr salmışlar. Kənd 1950-ci illərdə təqr. 7 km. ş.-ə tərəf yerini dəyişmiş və 1954-cü ildə rəmzi olaraq belə adlandırılmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 711 nəfər əhali yaşayır.
Təhsil
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Qusar rayonu Yeni Həyat kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 425 000 manat vəsait ayrılmışdır.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" 2021-10-26 at the Wayback Machine. president.az (az.)
Qusar rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |