| Yekaterina Laskaridu | |
|---|---|
| yun. Αικατερίνη Λασκαρίδου | |
| |
| Doğum tarixi | 1842 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1916(73–74 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | avtomobil qəzası[d] |
| Fəaliyyəti | müəllimə, pedaqoq, qadın hüquqları fəalı[d], yazıçı |
| Mükafatları | |
Yekaterina Laskaridu (yun. Αίκαθαρίνη Λασκαρίδου; 1842, Vyana – 1916, Afina) — Yunanıstanda uşaq bağçası sisteminin qurucusu, qız məktəblərində fiziki məşqləri tətbiq edən yunan feminist və pedaqoqu.
Həyatı
| ]Qızlıq soyadı Xristomannos olan Laskaridu, 1842-ci ildə Vyanada, Şərqi Makedoniyanın Meleniko şəhərindən (indiki Bolqarıstanda) olan A. Xristomannos və Mariya Kazazinin ailəsində dünyaya göz açıb. 1842-1855-ci illərdə Vyana Müəllimlər Akademiyasında çalışmışdır. 1858-ci ildə Bursalı varlı tacir Laskaris Laskaridis ilə evlənib. Ömürlərinin çox hissəsini Afinada yaşamış cütlük, burada 1864-cü ildə Laskaridu Yunan Qızlar Məktəbini (Greek Girls' School) qurdular. 1865-1867-ci illərdə Laskaridu, Con və Meri Hill Memorial Məktəbində (Hill Memorial School) müəllim kimi çalışmış, daha sonra isə məktəbin direktoru olmuşdur. O, 1867-ci ildə o, Kalliopi Kexadzi ilə birlikdə Yunan Qızlar Məktəbini (Hellenic Girls' School) qurdu və 1887-ci ilə qədər (təqaüdə çıxana qədər) burada çalışdı. 1878-1879-cu illərdə Laskaridu Almaniyada baronessa Berta von Marenholtz-Bülovin ilə birlikdə təhsil alıb. Burada Yunanıstan təhsilinə tətbiq etdiyi, məktəbəqədər təhsil və məktəbəqədər müəllimlərin hazırlanması metodu olan Froebel metodunu öyrəndi. Laskaridu Yunan Qadınlar Birliyinin təhsil şöbəsinin prezidenti olub və məktəblərdə ilk gimnastika dərslərinin tətbiqi üçün Gimnastika Assosiasiyası ilə birlikdə çalışıb.
1897-ci il Yunanıstan-Türkiyə müharibəsinin qızğın vaxtında Laskaridu Afina və Pirey bələdiyyə teatrlarında yoxsullar üçün təlim seminarları təşkil etmişdi. Sonralar hər iki yerdə kasıblar üçün uşaq bağçaları və gimnaziyalar açdı. 1906-cı ildə müəllim hazırlamaq üçün axşam məktəbləri açıldı. Nəhayət, 1912-ci ildə Laskaridu məktəbə qədər təhsil müəllimlərinin hazırlanması üçün Milli Uşaq bağçasını və Afina Ali Qızlar Məktəbini qurdu.
Laskaridunun 1876-cı ildə anadan olmuş və məşhur rəssam Sofiya Laskaridu, və 1882-ci ildə anadan olmuş Eyrini Laskaridu adlı qızları vardı. Eyrini Kallifeedə Korlar evini qurdu və Yunanıstanda Brayl üsulunu tətbiq etdi.
Gördüyü işlərə görə Laskaridu Xilaskar Ordeninin Gümüş Xaçı ilə təltif edilib.
Laskaridu 1916-cı ildə Afinada avtomobil qəzasında vəfat edib.
İstinadlar
| ]- Dictionary of Women Worldwide (ing.): 25,000 Women Through the Ages. / A. Commire, D. Klezmer Detroit: Gale, Yorkin Publications, 2006. 2572 p.
- // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
- "Internationalization in Education" (PDF). Society for the History of Children and Youth. International Standing Conference for the History of Education 34. 27–30 iyun 2012. 30 may 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 aprel 2024.
- "SILENCED VOICES: FEMALE IDENTITY IN HENRY JAMES AND GREGORIOS XENOPOULOS" (PDF). E Department of American Literature and Culture, School of English, Faculty of Philosophy. ARISTOTLE UNIVERSITY OF THESSALONIKI. 22 mart 2025 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 aprel 2025.
- Dalakoura, Aikaterini. "Women Educators and their Contribution to Educational Theory and Practice". Kallipos publications. 6 fevral 2016. 23 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
- "Αικατερίνη Λασκαρίδου (1842-1916)". serrelib.gr (yunan). 6 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
- "Laskaridou, Aikaterini (1842–1916)". www.encyclopedia.com. Encyclopedia.com. 19 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
- "From Artist to Myth: The reception of Sophia Laskaridou | CHRISTINA GRAMMATIKOPOULOU | Interartive | Contemporary Art + Thought". interartive.org. 10 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Yekaterina Laskariduyun Aikaterinh LaskaridoyDogum tarixi 1842 1842 Dogum yeri Vyana Avstriya imperiyasiVefat tarixi 1916 1916 73 74 yasinda Vefat yeri Afina Afina belediyyesi d Merkezi Afina d Attika YunanistanVefat sebebi avtomobil qezasi d Fealiyyeti muellime pedaqoq qadin huquqlari feali d yaziciMukafatlari Vikianbarda elaqeli mediafayllar Yekaterina Laskaridu yun Aika8arinh Laskaridoy 1842 Vyana 1916 Afina Yunanistanda usaq bagcasi sisteminin qurucusu qiz mekteblerinde fiziki mesqleri tetbiq eden yunan feminist ve pedaqoqu Heyati span Qizliq soyadi Xristomannos olan Laskaridu 1842 ci ilde Vyanada Serqi Makedoniyanin Meleniko seherinden indiki Bolqaristanda olan A Xristomannos ve Mariya Kazazinin ailesinde dunyaya goz acib 1842 1855 ci illerde Vyana Muellimler Akademiyasinda calismisdir 1858 ci ilde Bursali varli tacir Laskaris Laskaridis ile evlenib Omurlerinin cox hissesini Afinada yasamis cutluk burada 1864 cu ilde Laskaridu Yunan Qizlar Mektebini Greek Girls School qurdular 1865 1867 ci illerde Laskaridu Con ve Meri Hill Memorial Mektebinde Hill Memorial School muellim kimi calismis daha sonra ise mektebin direktoru olmusdur O 1867 ci ilde o Kalliopi Kexadzi ile birlikde Yunan Qizlar Mektebini Hellenic Girls School qurdu ve 1887 ci ile qeder teqaude cixana qeder burada calisdi 1878 1879 cu illerde Laskaridu Almaniyada baronessa Berta von Marenholtz Bulovin ile birlikde tehsil alib Burada Yunanistan tehsiline tetbiq etdiyi mektebeqeder tehsil ve mektebeqeder muellimlerin hazirlanmasi metodu olan Froebel metodunu oyrendi Laskaridu Yunan Qadinlar Birliyinin tehsil sobesinin prezidenti olub ve mekteblerde ilk gimnastika derslerinin tetbiqi ucun Gimnastika Assosiasiyasi ile birlikde calisib 1897 ci il Yunanistan Turkiye muharibesinin qizgin vaxtinda Laskaridu Afina ve Pirey belediyye teatrlarinda yoxsullar ucun telim seminarlari teskil etmisdi Sonralar her iki yerde kasiblar ucun usaq bagcalari ve gimnaziyalar acdi 1906 ci ilde muellim hazirlamaq ucun axsam mektebleri acildi Nehayet 1912 ci ilde Laskaridu mektebe qeder tehsil muellimlerinin hazirlanmasi ucun Milli Usaq bagcasini ve Afina Ali Qizlar Mektebini qurdu Laskaridunun 1876 ci ilde anadan olmus ve meshur ressam Sofiya Laskaridu ve 1882 ci ilde anadan olmus Eyrini Laskaridu adli qizlari vardi Eyrini Kallifeede Korlar evini qurdu ve Yunanistanda Brayl usulunu tetbiq etdi Gorduyu islere gore Laskaridu Xilaskar Ordeninin Gumus Xaci ile teltif edilib Laskaridu 1916 ci ilde Afinada avtomobil qezasinda vefat edib Istinadlar span Dictionary of Women Worldwide ing 25 000 Women Through the Ages A Commire D Klezmer Detroit Gale Yorkin Publications 2006 2572 p ISBN 978 0 7876 7585 1 Laskaridu Ekaterina Enciklopedicheskij slovar Brokgauza i Efrona V 86 tomah 82 t i 4 dop SPb 1890 1907 Internationalization in Education PDF Society for the History of Children and Youth International Standing Conference for the History of Education 34 27 30 iyun 2012 30 may 2023 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 10 aprel 2024 SILENCED VOICES FEMALE IDENTITY IN HENRY JAMES AND GREGORIOS XENOPOULOS PDF E Department of American Literature and Culture School of English Faculty of Philosophy ARISTOTLE UNIVERSITY OF THESSALONIKI 22 mart 2025 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 9 aprel 2025 Dalakoura Aikaterini Women Educators and their Contribution to Educational Theory and Practice Kallipos publications 6 fevral 2016 23 avqust 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 10 aprel 2024 Aikaterinh Laskaridoy 1842 1916 serrelib gr yunan 6 iyul 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 10 aprel 2024 Laskaridou Aikaterini 1842 1916 www encyclopedia com Encyclopedia com 19 avqust 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 10 aprel 2024 From Artist to Myth The reception of Sophia Laskaridou CHRISTINA GRAMMATIKOPOULOU Interartive Contemporary Art Thought interartive org 10 sentyabr 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 14 sentyabr 2022 Normativ yoxlamaGND 1162296895 ISNI 0000000394225624 NLG 42443 SUDOC 158959728 VIAF 288676704 WorldCat VIAF 288676704 Kateqoriyalar 1842 ci ilde dogulanlarVyanada dogulanlar1916 ci ilde vefat edenlerAfinada vefat edenlerYunanistan feministleriGizli kateqoriyalar ISBN sehrli kecidlerinin istifade olundugu sehifelerVikipediya Vikidatada menbeleri olan meqalelerElifba sirasina gore sexslerVikipediya Namelum parametrleri olan sexs meqaleleri
