Wikipedia
Xan Babayev
Xan Yusif oğlu Babayev (22 mart 1919 – 29 may 1967) — Azərbaycan kinooperatoru,[1] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.
Xan Babayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan Demokratik Respublikası |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | AXC→ SSRİ |
Fəaliyyəti | Operator |
Mükafatları | |
IMDb | ID 2178036 |
Həyatı
Xan Babayev 22 mart 1919-cu ildə Lənkəranda anadan olmuşdur. 1937-ci ildə Politexnik İnstitutunu, 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakultəsini – B.Volçekin emalatxanasını bitirmişdir.[2] Bir neçə bədii və sənədli filmlərin operatoru olmuşdur. 29 may 1967-ci ildə Bakıda vəfat etmişdir.
Mükafatları
Xan Babayev "Qırmızı Bayraq",[3] "Qırmızı Ulduz",[3] "Vətən müharibəsi" ordenləri və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.[3][4][5]
Filmoqrafiya
- Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
- Bakının işıqları (film, 1950)
- Böyük dayaq (film, 1962)
- Çağırışa cavab (film, 1947)
- Doğma xalqıma (film, 1954)
- Gədəbəyin sərvəti (film, 1950)
- Kinooperator Xan Babayev (film, 2014)
- Korun mahnısı (film, 1961)
- Qara daşlar (film, 1956)
- Mahnı bayramı (film, 1954)
- Neft kəşfiyyatçıları (film, 1950)
- Ögey ana (film, 1958)
- Respublika stadionu (film, 1951)
- Səadət və əmək mahnıları (film, 1957)
- Şanlı, qeyri-adi il (film, 1960)
- Yeni həyat qurucuları (film, 1949)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Kazımzadə, A. Belə bir kinooperator var idi – Xan: [Dövlət Film Fondunda Xan Babayevin 95 illik yubileyi ilə əlaqədar gecə keçirildi] //Kaspi.- 2014.- 26-28 aprel.- S. 20.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ 1 2 3 "Бабаев Хан Юсуфович" (rus). kino-teatr.
- ↑ "Память народа :: Документ о награде :: Бабаев Хан Юсуфович, Медаль «За оборону Сталинграда»". pamyat-naroda.ru. İstifadə tarixi: 2017-09-19.
- ↑ "Память народа :: Документ о награде :: Бабаев Хан Юсуфович, Медаль «За оборону Сталинграда»". pamyat-naroda.ru. İstifadə tarixi: 2017-09-19.
Mənbə
- "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 91-95.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
