Vermikulit - mineral, Mg2,36Fe3+0,48 Al0,16(OH)2ôAl1,28Si2,72O10]0,64-[Mg0,32 (H2O)4]. Tərkibi dəyişkəndir. Quruluşu montmorillonitin quruluşuna yaxındır. Monoklinik. Habitus: pulcuqvari, lövhəvari. Ayrılma {010} üzrə mükəmməl. Tuncu-sarı, qonur, yaşımtıl. Parıltı - tutqun. Lövhələri yumşaq və əyilən. Sərtliyi 1-1,5. Xüsusi çəki~2,3. Kəskin qızdırıldıqda (300° və 800-1000° C-də) əmələ gələn buxarın təsiri nəticəsində vermikulit quruluş təbəqəcikləri dağılır və köpür. Həmişə törəmədir, maqnezium-dəmirli mikaların hipergen və bəzən hidrotermal hidratlaşma prosesində əmələ gəlir. Yüksək odadavamlılıq, səsudma və aşağı istilikkeçirmə qabiliyyəti, yüksək məsaməlik xassələri ilə səciyyələnir. Texnoloji avadanlığın izolə edilməsində; tikintidə (beton, mala və b. doldurucu kimi); kənd təsərrüfatında (rütubət saxlayıcı, mineral gübrələrin qatışığı kimi, substrat kimi hidroponikada və b. sahələrdə istifadə edilir.