Venadaxili ya venoz kateter, periferik vena daxili kateter, PVK ( istehsalçı firma adları: Abbokath®, Braunüle®, Flexüle®, Venflon®, Viggo®) vena daxilinə müəyyən müddətə maye və dərman preparatlarının yeridilməsi ya applikasiyası üçün periferik xüsusən yuxarı ətraf venaların daxilinə qoyulan plastik və elastik bir borucuq. Venadaxili kateter qoyulduğundan sonra bir neçə gün ərzində istifadə oluna bilinir.
Venadaxili kateterlər
1a – vena daxilinə yeridilən plastik hissə.
1b – plastrla fiksə etmək üçün qanadlar. 1c – inyektor. 1d – infuziya üçün ing.Luer-Lock ağzı, 2 – ucunda təhlökəsizlik sancağı olan istinad iynəsi, 3 – plastik mandrin,
4 – fiksasiya etmək üçün steril plastr
Venadaxili kateterlərin rəng kodu.
Ölçüləri (Gauge)
24
22
20
18
17
16
14
Rənglər
Sarı
Göy
açıq-çəhrayı
Yaşıl
Ağ
Boz
Narıncı
xarici diametri (mm)
0,7
0,9
1,1
1,3
1,5
1,7
2,2
daxili diametri (mm)
0,4
0,6
0,8
1,0
1,1
1,3
1,7
buraxma qabiliyyəti (ml/dəqiqə)
13
36
61
103/96
128
196
343
buraxma qabiliyyəti (l/saat)
0,78
2,16
3,66
6,18/5,76
7,68
11,76
20,58
batırılma uzunluğu (mm)
19
25
33
33/45
45
50
50
Qoyulma texnikası
Venaların dolması üçün bazu üzərinə turniketin qoyulması
Dəri dezinfeksiya edildikdən sonra venanın punksiyası
Katetr qoyulduqdan sonra steril pflastrla fiksasiyası
Tarixçəsi
1962 ci ilə qədər vena daxilinə inyeksiya və infuziyalar dəmir iynələr vasitəsilə aparılırdı. Dəmir iynələr həm xəstələrin həm də tibbi personalın rahatlığı və təhlükəsizliyi baxımından çox əlverişsiz olduğundan, venadaxili elastik və plastik kateterlər ilk dəfə 1962 ci ildə kimyaçı həkim Bernd Braun tərəfindən icad edilmişdir. Tibbidə bəzən bu kateterləri "Braun kateterləri" də adlandırırlar.